27 İyul 2024 08:15
881
SİYASƏT
A- A+
Keçinin əcəli çatanda...

Keçinin əcəli çatanda...

 

Felyeton

 

Deyir,  keçinin əcəli çatanda  buynuzunu çobanın çomağına sürtər!

Otuz ildən çoxdur ki, Ermənistan özünü  məşhur  "O olmasın, bu olsun" filmindəki  ərköyün keçi kimi  aparır.

Özünə yox, arxasındakı  "qoçu"lara - ABŞ-yə, Fransaya, Avropa İttifaqına  və digərlərinə güvənir.

44 günlük Zəfər müharibəsində qüdrətli Azərbaycan Ordusu bu keçinin qulağını möhkəmcə buraraq mıqqıltısını  dünyaya yaydı!

Sonradan yenə cızıqdan çıxmaq istəyini görərək, uzanmış qulağını 2-3 dəfə də yüngülvari dartdı!

Keçi bir az ağıllanan kimi oldu, hətta "Qarabağ Azərbaycandır!"  deyərək  həqiqəti boynuna aldı!

Amma keçi keçidir də...

Dərin ağlı olsa, keçilik etməz ki...

Əslində, nə qədər ağıldan kəm olsa da, heç zaman unutmamalıdır ki,  "dəmir yumruq"  var və o  işə  düşəndə heç kim  dadına çata bilməyəcəkdir!

***

Keçinin yaddaşını  təzələməkdən ötrü  bəzi məqamları ona  xatırlatmaq istərdik.

Ermənistan kimlərinsə köməyi ilə Azərbaycan torpaqlarını işğal etmişdi və lovğalanaraq özünü  "qalib dövlət",  "qalib millət" adlandırırdı.

O qədər qudurmuşdu ki  (qudurtmuşdular ki),  nə BMT-ni saya salırdı, nə beynəlxalq hüququ, nə də sülh çağırışlarını.

Gözünə  döndüyüm  Azərbaycan Ordusu  44 gündə onu  elə ağıllandırdı ki,  təkcə özü yox, bütün  dünya da buna məəttəl qalaraq  "afərin"  dedi!

Bir balaca özünə gəlib toxtayan kimi  yenidən çaşdı:

 

* Gah Azərbaycan Ordusunun  hərbi postuna qumbara tulladı;

* Gah ekofəallarımızın  öz mədənlərimizdə  monitorinq keçirmələrinə imkan vermədi;

* Gah  Ermənistandan Laçın yolu ilə  mina daşıyaraq  yenidən ərazilərimizdə basdırmağa başladı;

* Gah qondarma qurumlarında təzədən  "prezident seçkiləri"  keçirdilər.

 

Hətta dəfələrlə  atəşkəsi  pozaraq hədlərini aşdılar!

"Dəmir yumruğ"un  2023-cü ildəki  iki zərbəsi - 23 mart və 19-20 sentyabr əməliyyatları  "axmaq  baş  sahibinə qapaz yedizdirər"  misalının həqiqiliyini də hayların yadına saldı!

"Dəmir yumruğ"un vur-tut 23 saat çəkən əməliyyatı zamanı:

*  Ermənilərin otuz il ərzində yaratdıqları müdafiə mövqeləri, bunkerləri və  digər  gizlinləri darmadağın edildi!

*  Azərbaycan  ərazilərində  qalmış qanunsuz silahlı  birləşmələr  məsələnin qəlizliyini  görən kimi silah-sursatlarını təhvil verərək, əllərini yuxarı qaldırıb təslim oldular!

*  Gündüz  "sadə əməkçi",  ara qarışanda döyüşçüyə çevrilən terrorçular isə silahlarını atıb mülki əhaliyə qoşuldular!

*  Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyənlər, çörəyini yeyib suyunu içdikləri dövlətin qanunları ilə yaşamaqdan imtina edənlər şələ-külələrini  yığışdırıb  Ermənistana  üz tutdular!

 

Azərbaycan Laçın qapısını geniş açaraq bircəsinin  burnunu belə qanatmadan hamısını mehribanlıqla yola saldı...

Azərbaycan torpağını  Ermənistana birləşdirmək istəyənlər  torpaqsız-zadsız  özləri Ermənistana birləşdilər...

Beynəlxalq hüquq da, ədalət də, zəfər də təmin olundu!

Necə deyərlər, səninki səndə, mənimki məndə!

 

***

 

Bütün bunlardan sonra bir qədər sakitləşdilər!

Hətta Qazax bölgəsindəki  4 kəndimizi dinməz-söyləməz geriyə qaytarmaqla delimitasiya və demarkasiya prosesinə də  başladılar.

Sonra yenə fitə getdilər...

* AŞPA  oradan bir kağız parçası yazdı...

* Fransa  "əlidurbinli"  casus dəstəsi göndərdi...

* "Böyük bacı"sı ona bir qədər köhnə - kürüş texnika, silah-sursat verdi...

* Özü Hindistandan nisyə silahlar aldı...

* Dartılmış qulağına kimlərsə  "qorxma" - deyə pıçıldadı...

 

Yenə ağlını itirərək cızığından çıxmağa başlayır...

Həm də, deyəsən, unudur:  cızığından çıxanda  Azərbaycan qulağını elə burur ki, zoqqultusu  uzun müddət davam edir!

Növbəti dəfə Ermənistanı  yenidən qudurtmaq  istəyirlər:

* Avropa  Sülh Fondu  cibinə bir  on milyon  avro basdı!

* ABŞ gəlib birgə təlimlər keçirdi.

* KTMT-dən çıxacağı ilə hədələdi.

 

Gördü hələ ki, qulağına əl atan yoxdur, yenidən ürəklənərək Rusiyaya dirsək göstərməyə başladı!

Üstəlik, yenidən  iriçaplı silahlardan atəş açmaqla  Azərbaycanla şərti sərhəddə sülh sükutunu pozdu.

Kvadrokopter  vasitəsilə  ərazilərimizə uçuşlar keçirərək kəşfiyyat aparmağa cəhd etdi.

Əvvəlcə  Rusiya Prezidentinin  mətbuat katibi Dmitri Peskov dolaqvari ifadə ilə başlarını sığalladı:  "Ermənistan suveren ölkədir, bizim üçün qardaş ölkədir,  biz Ermənistanın siyasi  müdrikliyinə ümid edirik".

Sözünün mabədində isə  xəbərdarlıqlarını etdi:  "Biz sadəcə olaraq istəmirik ki, onlar Kiyevin bir vaxtlar  seçdiyi  alternativsizliyi  seçsinlər".

Bu  diplomatik ifadənin açması belədir ki,  gör Rusiya ordusu  arxasında  NATO-nun durduğu  Ukraynanı  o günə qoyubsa, bapbalaca  Ermənistanın başında necə turp əkər!

Ardınca  Azərbaycan  Respublikası Müdafiə Nazirliyi də öz xəbərdarlığını bəyanat şəkilində açıqladı:

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar verib.

Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyil və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.

Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onun havadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcək.

Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcək".

***

Otuz il ərzində Ermənistan kimlərəsə arxalandı  (onların sırasında bu gün arxa çevirdiyi də var)  və sülhə gəlmədi!

Özünə pis oldu:

* Beynəlxalq transmilli layihələrdən kənarda qaldı.

* Ayaq tutan vətəndaşı xaricə qaçdığından ölkəsi boşaldı.

* Əhalisi yoxsullaşdı, dilənçi gününə düşdü.

* Yerablur  adlı  "geniş ərazi"  yiyəsi oldu.

 

Bütün bunları bir daha təkrarlamaq istəyirsə, qoy silahlansın, təlimlər keçirsin,  pul yığsın, atəşkəsi pozsun, dron uçursun.

44 günlük müharibənin dərslərini bir daha xatırladırıq:

Yenidən  hərbi əməliyyatlara başlasa, qisas almaq istəsə, bu gün onu  qızışdıranların,  təhrik edənlərin  əsgərləri forpost ölkə uğrunda  vuruşub özünü qurban verməyəcəkdir!

Azərbaycan Ordusu ilə  təkbətək qalmalı olacaqdır!

Nəticəsi nə olacaq, bunu dünya bilir, özü də növbəti dəfə  görəcəkdir!

Keçiliyin sonu qəssabın bıçağında tamamlanır! 

 

Bəxtiyar  SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!