09 Oktyabr 2025 08:45
10661
Səhiyyə
A- A+
Kardiologiya İnstitutu Qusarda şəhid ailələri və qazilər üçün səyyar qəbul keçirib

Kardiologiya İnstitutu Qusarda şəhid ailələri və qazilər üçün səyyar qəbul keçirib


Bu günlər Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun əməkdaşları rayonun  mərkəzi xəstəxanasında şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçiriblər.

Xəstəxanaya gələn onlarla insan müayinədən keçmək üçün həkimlər tərəfindən qeydiyyata alınıblar. Aksiya ilə əlaqədar rayon rəhbərliyi, xəstəxananın əməkdaşları  və digər rəsmi şəxslər girəcəkdə şəhidlərimizin xatirəsinə həsr edilmiş guşəni ziyarət edərək, onların şəkilləri önünə gül dəstələri düzüblər. Ziyarətçilərə aksiya ilə bağlı ətraflı məlumat verilərək bildirilib ki, təşəbbüsün əsas məqsədi vətən uğrunda sağlamlıqlarını itirmiş qəhrəmanlarımıza, şəhid ailələrinə peşəkar tibbi xidmət təqdim etməkdir. Bunun üçün rayon üzrə şəhid ailələri və qazilərin siyahısı müəyyənləşdirilib. Yaşlı insanlara  xidmət göstərmək üçün səyyar dəstə də yaradılıb. Ucqar dağ kəndlərində yaşayan şəhid ailələri və qazilər də unudulmayıb.   

Sonra RİH-in başçısı Sahir Məmmədxanov aksiyada iştirak edən şəhid ailələri və qazilərlə görüşüb, onlarla söhbət edib, problemlərini dinləyib. İştirakçılar xidmətə görə minnətdarlıqlarını bildiriblər. 

Aksiya çərçivəsində 23 şəhid və 24 qazi ailəsinin üzvləri, 18 qazi - ümumilikdə 65 nəfər müxtəlif tibbi xidmətlərdən yararlanıb. Onlara laborator analizlər, ultrasəs müayinəsi (USM), elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (EXO-KQ), eləcə də kardioloq, nevropatoloq və endokrinoloq müayinələri aparılıb.

Qeyd etmək lazımdır ki, aksiyada iştirak edən 32 nəfər birbaşa institutun arterial hipertenziya şöbəsinin rəhbəri, Kardiologiya kafedrasının müdiri, professor Tofiq Cahangirov tərəfindən müayinə olunub. 

Aksiyanın  sonunda ilin sonunadək daha bir neçə dəfə belə tədbirlərin keçirilməsi qərara alınıb. 


A.ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!