10 Dekabr 2025 16:21
450
İQTİSADİYYAT
A- A+
İtaliya şirkəti ilə yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyət müzakirə olunub  

İtaliya şirkəti ilə yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyət müzakirə olunub  


İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın “Saipem S.p.A.” şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkəmizdə enerji sektorunda aparılan genişmiqyaslı transformasiya prosesləri diqqətə çatdırılıb, “Saipem”lə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Enerji, infrastruktur və yaşıl keçid sahələrində reallaşdırılan layihələr üzrə birgə fəaliyyətin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Tərəflər regionda bərpaolunan enerji potensialının reallaşdırılmasının və mövcud resurslardan səmərəli şəkildə faydalanmağın əhəmiyyətini vurğulayıb, qarşılıqlı maraq doğuran layihələri müzakirə ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!