10 Dekabr 2025 12:29
254
İQTİSADİYYAT
A- A+
“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb  

“İstehlakçı siyasəti” standartlaşdırma üzrə Texniki Komitə yaradılıb  


Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən “İstehlakçı siyasəti” standartlaşdırma üzrə yeni Texniki Komitə (AZSTAND/TK 53) təsis edilib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, Texniki Komitənin yaradılmasında əsas məqsəd istehlakçılara mal və xidmət seçimində əlverişli şərait yaratmaq, bu sahədə beynəlxalq və dövlət standartlarının hazırlanması prosesində maraqlı tərəflərin fəal iştirakını təmin etmək, istehlakçıların gözləntilərini və bazarın tələblərini nəzərə almaq, mal və xidmətlərin keyfiyyəti və təhlükəsizliyi haqqında dəqiq informasiya əldə olunmasını təmin etməkdir.

Texniki Komitədə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində bilavasitə fəaliyyət göstərən 8 dövlət qurumu, eləcə də ictimai iştirakçılığın təmin edilməsi məqsədilə 5 ictimai birlik təmsil olunur.

Sözügedən komitənin ilk iclasında agentliklə yanaşı, AZSTAND, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Energetika Nazirliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azad İstehlakçılar” İctimai Birliyi, “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi, Azərbaycan Keyfiyyət Assosiasiyası, Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası və Azərbaycan İnşaat Materialları İstehsalçıları Assosiasiyasının nümayəndələri iştirak ediblər.

Texniki Komitəyə sədrlik edən agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı iclasda Texniki Komitənin 2025-ci il üzrə fəaliyyət planına uyğun olaraq işlənib hazırlanmış AZS ISO/IEC GUIDE 14:2025 — “Məhsullar və əlaqəli xidmətlər — İstehlakçılar üçün məlumatlar”, AZS ISO/IEC GUIDE 76:2025 — “Xidmət standartlarının işlənib hazırlanması — İstehlakçı problemlərinin nəzərə alınması üzrə tövsiyələr” və AZS ISO/IEC GUIDE 41:2025 — “Qablaşdırma — İstehlakçı ehtiyaclarının nəzərə alınması üzrə tövsiyələr” standart layihələrinin mahiyyəti barədə danışıb, onların milli səviyyədə tətbiqinin istehlakçılara dəqiq məlumatların təqdim edilməsinə, xidmət keyfiyyətinin artırılmasına, eləcə də məhsulların qablaşdırılması zamanı təhlükəsizliyin gücləndirilməsinə və ümumilikdə ölkədə istehlakçı hüquqlarının müdafiəsinin beynəlxalq tələblərə uyğun təkmilləşdirilməsinə verəcəyi töhfələri diqqətə çatdırıb.

İclas çərçivəsində Texniki Komitənin fəaliyyət planı üzrə nəzərdə tutulan standart layihələri, bu sahədə mövcud olan beynəlxalq standartlar əsasında qabaqcıl dövlət standartlarının işlənib hazırlanması istiqamətində müzakirələr aparılıb.

Sonda Texniki Komitə üzvlərinin layihələrlə bağlı təklifləri dinlənilib, müzakirəyə çıxarılmış üç standart layihəsinə dair qeyd olunan rəylər nəzərə alınmaqla təkmilləşdirilməsi və təsdiq üçün təqdim olunması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: ABŞ İranla bağlı planlarını Körfəz müttəfiqləri ilə bölüşməyib

09:34
31 Yanvar

Bilmək istəyirəm

09:30
31 Yanvar

Musiqi ilə başlanan, şəhidliklə bitən ömür

09:25
31 Yanvar

8 kəşfiyyatçımızın 29 ildir dillərdən düşməyən qəhrəmanlığı

09:20
31 Yanvar

192,2 milyon manatlıq kənd təsərrüfatı, 47,1 milyon manatlıq sənaye məhsulları

09:15
31 Yanvar

Şabran kəndlisi çətinə düşəndə dövlətinə güvənir

09:10
31 Yanvar

Konqoda mədənin çökməsi nəticəsində azı 227 nəfər ölüb

09:09
31 Yanvar

Tramp: Çinin ABŞ idxalındakı payı 2001-ci ildən bəri ən aşağı səviyyəyə düşüb  

09:09
31 Yanvar

Media: Qərb kəşfiyyat orqanları İranın nüvə silahı hazırladığına dair dəlil tapmayıb  

09:08
31 Yanvar

Gəncə ikinciliyi əldən vermədi

09:05
31 Yanvar

BTQ ilə yükdaşımaların həcminin artırılması üçün tədbirlər görülür

09:00
31 Yanvar

Dövlət biznesin etibarlı güvəni, biznes dövlətin iqtisadi dayağıdır

08:55
31 Yanvar

Narkomaniyaya qarşı mübarizə sağlam cəmiyyət və sağlam gələcək uğrunda mücadilədir

08:50
31 Yanvar

Çinin “CITIC Construction” şirkəti Azərbaycanda fəaliyyətini genişləndirmək niyyətindədir

08:45
31 Yanvar

Türk xalqlarının tarixinin parlaq səhifəsi

08:40
31 Yanvar

Revanşistlər TRIPP-a qarşı

08:35
31 Yanvar

Gənclər ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında fəal iştirak edirlər

08:30
31 Yanvar

İcbari tibbi sığortanın xidmətlər zərfi genişləndiriləcək

08:25
31 Yanvar

Zəfərin yadigarı

08:20
31 Yanvar

Azərbaycanın sülh siyasəti beynəlxalq miqyasda təqdir edilir

08:15
31 Yanvar

Ermənistan yüklərin daşınması üçün ümidini Azərbaycandan keçən marşrutlara bağlayıb

08:10
31 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!