06 Avqust 2024 09:05
868
SİYASƏT
A- A+
İrəvan avantüra ilə məşğuldur

İrəvan avantüra ilə məşğuldur

 

Sülh müqaviləsi olmasa, yenə Ermənistan uduzacaq

 

"Mehriban qonşuluq siyasətinin formalaşdırılması, beynəlxalq ədalətin təmin olunması Azərbaycanın yürütdüyü xarici siyasətin əsas istiqamətləridir. Lakin Azərbaycanın öz ərazi bütövlüyünü tam bərpa etməsini həzm edə və dövlətimizin güclənməsi ilə barışa bilməyən bəzi qüvvələr ölkəmizlə bağlı ən müxtəlif yalanlara, şər-böhtana əl atırlar".

Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib ki, bəzi Avropa təsisatları, o cümlədən Avropa Parlamenti, Avropa İttifaqı, həmçinin Fransa, Niderland, Almaniya və digər ölkələr öz mövqeyində bunu aydın nümayiş etdirirlər. Məhz həmin güclər Ermənistanla sülh sazişinin imzalanmaması üçün əllərindən gələni edirlər. Təəssüf ki, müstəqil dövlət olduğunu unudan Ermənistan tərəfi də bu güclərin diktəsi ilə oturub-durur.

Kamran Bayramov qeyd edib ki, Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, erməni lobbisinin "yemlədiyi" qüvvələr yenidən fəallaşıb. Onlar Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası prosesinin getdiyi ərəfədə Azərbaycanofobiya və separatizmi dəstəkləyən bəyanatların sayını artırıblar. "Qərbi Avropa ölkələri, xüsusən Fransa, Almaniya Azərbaycan əleyhinə atdığı addımlarla açıq şəkildə nümayiş etdirir ki, Cənubi Qafqaza sabitliyin, əmin-amanlığın gəlməsində maraqlı deyillər. Onlar regionda sülhü bərpa etmək əvəzinə müharibəni daha da alovlandırıb yeni savaşlar çıxarmaq istəyirlər. Ukraynanı sonu görünməyən bataqlığa qərq edən Qərb, eyni siyasəti Azərbaycan və Ermənistanla bağlı da aparır və iki ölkə arasında düşmənçiliyin sonsuzadək davam etməsində maraqlıdırlar. Əgər bunun əksi olsaydı, torpaqlarımızın otuz il işğalda qalmasına, bir milyona yaxın qaçqın, köçkün probleminə, ərazimizdə separatizmin mövcudluğuna göz yummazdılar. Azərbaycan torpaqları işğal altında olduğu illərdə də beynəlxalq vasitəçilər rəsmi İrəvanın törətdiyi əməllərə görə sanksiyalar tətbiq etməyib, əksinə, müxtəlif məqsədlər adı altında ona maliyyə yardımları ediblər. 44 günlük müharibədən sonra məlum oldu ki, ermənilər həmin maliyyə yardımlarını işğal etdikləri Azərbaycan torpaqlarında hərbi istehkamlar tikməyə sərf ediblər", - deyə o əlavə edib.

Müsahibimiz diqqətə çatdırıb ki, Avropa təsisatları Azərbaycanın öz ərazisində keçirdiyi birgünlük lokal antiterror tədbirlərinin mahiyyətinə və nəticəsinə də ədalətlə yanaşmayıblar. Qərb dairələri tərəfindən əsassız şəkildə Azərbaycanı "etnik təmizləmə" siyasəti həyata keçirən ölkə kimi təqdim etmək cəhdləri özünü açıq büruzə verir. Ermənistana ardıcıl maliyyə və humanitar yardımların göstərilməsi, bu ölkənin yenidən silahlandırılması istiqamətində atılan addımlar Qərbin ikiüzlülüyünü və riyakarlığını bir daha bariz şəkildə göstərir. Göründüyü kimi, Avropa təsisatları ədalətli ola bilmirlər. Əksinə, Avropa Şurası, Avropa Parlamenti, Avropa İttifaqı Fransanın oyunlarına ortaq olurlar.

Parisin Cənubi Qafqaz siyasətinin regionda yeni müharibəyə təhrik etmək, qarşıdurma yaratmaq olduğunu deyən deputat bildirib ki, Ermənistanı silahlandıran Fransa ölkəmiz əleyhinə qərəzli qətnamələrin, bəyanatların müəllifidir: "İllərdir Fransanın qanunverici strukturları - həm Senat, həm də Milli Assambleya səviyyəsində regionda separatizmin, mövcud vəziyyətin saxlanılması üçün əllərindən gələni əsirgəmirlər. Digər tərəfdən, Paris həm birbaşa, həm də Hindistanın əli ilə Ermənistana öldürücü silahlar ötürür, onu müharibəyə hazırlaşdırır".

K.Bayramov  vurğulayıb ki, rəsmi İrəvan dörd ilə yaxındır yalan danışır, avantüra ilə məşğuldur. Əgər Ermənistan sülh prosesini uzatsa, uduzan tərəf də elə özü olacaq, çünki başqa çıxış yolları yoxdur. Azərbaycan bu gün regionda lider dövlət olmaqla yanaşı, qlobal müstəvidə də mühüm oyunçuya çevrilməkdədir. Cənubi Qafqazda maraqları olan güclər Azərbaycanla hesablaşmalı olduqlarını da bilirlər. Onların Ermənistanla bağlı populist çıxışlarının arxasında yalançı vədlərin, boş sözlərin olduğu gün kimi aydındır və bunları saymaqla bitən deyil. Azərbaycan isə sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada, Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə onun konstruktiv və adekvat cavab verməsindən asılıdır. Bu, nə qədər tez baş verərsə, bütün region, eləcə də Ermənistan üçün faydalı olar.

Göründüyü kimi, Ermənistanın  və Avropadakı havadarlarının ara qarışdırmalarına baxmayaraq, rəsmi Bakı bütün görüş və toplantılarda sülh çağırışlarına sadiqliyini nümayiş etdirir.

Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Slovakiyanın sabiq xarici işlər naziri: Forum qarşımızda duran qlobal vəzifələrin icrasına töhfə verir  

16:29
14 Mart

Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb  

16:27
14 Mart

Türkiyə nümayəndə heyəti Kiyevdə əmtəə dövriyyəsinin artırılması məsələsini müzakirə edib  

16:24
14 Mart

"Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin yenidən bərpası" mövzusuna həsr edilmiş sessiya keçirilir  

16:23
14 Mart

Dövlət Xidmətinin rəisi Lənkəranda vətəndaşların problemlərini dinləyib  

16:22
14 Mart

Bako Sahakyan: Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi  

16:21
14 Mart

Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olunub YENİLƏNİB

16:18
14 Mart

Bako Sahakyan: Qarabağa silah-sursat Ermənistandan gətirilirdi

16:17
14 Mart

Dmitri Peskov: Putin ABŞ-ın xüsusi nümayəndəsi vasitəsilə Trampa siqnallar göndərib

16:15
14 Mart

Serbiyada parlament binası təhlükəsizlik səbəbindən bağlanıb

16:14
14 Mart

Avropa Ukrayna üçün “Starlink”ə alternativ peyk şəbəkəsi axtarır

15:39
14 Mart

Sorğu: Ukraynalıların 39 faizi sülh naminə ərazi güzəştlərinə razıdır

15:37
14 Mart

XII Qlobal Bakı Forumunun ikinci günü: “Yaxın Şərq” panel iclası  

15:26
14 Mart

Nazir müavini: Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir

15:22
14 Mart

Ballıcaya köç edən ailələrə evlərinin açarları təqdim olunub - YENİLƏNİB 2

15:17
14 Mart

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb

15:09
14 Mart

Şimali Makedoniya Prezidentinin Azərbaycana səfəri başa çatıb

15:01
14 Mart

Mladen İvaniç: Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər  

14:49
14 Mart

Vens: Tramp Şərqi Avropada nüvə silahı yerləşdirilməsinin əleyhinədir

14:41
14 Mart

DOST Agentliyinin fəaliyyətinə dair infosessiya keçirilib

14:37
14 Mart

Baş Prokurorluqda aktual hüquqi problemlərin həlli üçün yeni təkliflər müzakirə edilib  

14:23
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!