05 Mart 2026 17:54
157
SİYASƏT
A- A+
İranın terrorçu hücumu cavabsız qalmayacaq

İranın terrorçu hücumu cavabsız qalmayacaq


Cənub qonşumuz olan İran Azərbaycana qarşı münasibətlərində heç vaxt səmimi və dürüst olmayıb. Bu barədə kifayət qədər faktlar söyləmək mümkündür. Martın 5-də İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisinə dronlarla xain hücumun edilməsi də İranın Azərbaycana qarşı nankor və riyakar münasibətinin növbəti göstəricisi oldu. Bu hadisə həm də İranın Azərbaycana qarşı törətdiyi növbəti terror hadisəsidir.

Məlum olduğu kimi Azərbaycan Respublikası İranla münasibətlərə hər zaman mehriban qonşuluq prinsiplərindən yanaşmışdır. Azərbaycan ikitərəfli əlaqələrə azacıq da olsa kölgə salacaq addım atmamış, yaxın qonşusu olmasına, ortada olan bir çox mənəvi bağlılıqlara baxmayaraq İranın daxili işlərinə qarışmamış, bu qonşu ölkədə əmin-amanlığın olmasını arzulamışdır. Ölkəmiz habelə beynəlxalq müstəvidə İranın milli maraqlarına zidd olan təşəbbüslərə və siyasi qarşıdurmalara qoşulmamışdır. Çünki İranda hər hansı xoşagəlməz hadisənin baş verməsi, bu ölkənin hər hansı münaqişəyə cəlb edilməsi, başqa dövlətlə toqquşması Azərbaycanın ümumi geopolitik, siyasi və iqtisadi maraqları ilə uzlaşmır. Azərbaycan istəyir ki, bölgədə sabitlik olsun, o cümlədən İran digər ölkələrlə öz münasibətlərini sülh və əmin-amanlıq şəraitində qursun. 

Fevral ayının 28-dən başlanan məlum hadisələrdən sonra da Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq tərəfləri maksimum təmkin nümayiş etdirməyə, gərginliyi daha da artıracaq hərəkətlərdən çəkinməyə və danışıqlar masasına qayıtmağa çağırmışdır. 

Martın 1-də Azərbaycan və İranın xarici işlər nazirlərinin telefon danışığında İranda hərbi əməliyyatlar və bölgədə hərbi eskalasiya nəticəsində yaranmış vəziyyət müzakirə olunmuş, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin İrana qarşı istifadə edilməsinin mümkün olmadığı vurğulanmışdır. 

Cənab Prezident İlham Əliyev martın 1-də İran Prezidenti Məsud Pezeşkiana məktubunda Ayətullah Seyid Əli Xameneinin faciəvi vəfatı ilə əlaqədar başsağlığı vermişdir. Həmçinin Prezident İlham Əliyev martın 4-də İranın ölkəmizdəki səfirliyində olmuş, Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar başsağlığı vermişdir. Prezident İlham Əliyevdən başqa heç kim İran səfirliyinə gedib başsağlığı verməmişdir.

Bütün bunlara rəğmən Naxçıvana dronlarla edilən hücum İran dövlətinin Azərbaycana qarşı münasibətdə yenə də riyakar mövqedən çıxış etdiyini göstərir. İranın Naxçıvan ərazisinə terrorçu hücumu ilə bağlı  Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 5-də keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının qeyd etdiyi kimi bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Azərbaycan ərazisinin İrana qarşı istifadə edilmədiyi halda cənub qonşumuzun bu hərəkəti naxələflikdən başqa bir şey deyildir.  

İranın hədəfinin məhz mülki infrastruktur olması isə onun terrorçu simasını ortaya qoyur. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev bu hadisənin Azərbaycan dövlətinə qarşı terror aktı olduğunu bildirmişdir: «Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir».

İran dövləti bundan əvvəl də Azərbaycana qarşı bu cür çirkin və terrorçu hərəkətlərə yol vermişdir. Azərbaycan dövlətinin Vətən müharibəsindəki qələbəsini, torpaqlarını işğaldan azad  etməsini həzm edə bilməyən, Araz çayı sahilində hərbi təlimlər keçirərək Azərbaycanı təhdid edən İranda 2023-cü il yanvar ayının 27-də Azərbaycan səfirliyinə edilən terrorçu hücum yaxşı xatirimizdədir. Səfirliyin ərazisi toxunulmazdır. Bu mənada 3 il əvvəl Tehranda səfirliyimizə edilən xain və terrorçu hücum, elə Azərbaycana qarşı terror törətmək idi.

Lakin İrandan fərqli olaraq Azərbaycan Respublikası qonşularına qarşı heç vaxt riyakar və qərəzli mövqe tutmamışdır. Əksinə dövlətimiz həmişə dar gündə qonşularına köməkliklər göstərmişdir.  Respublikamız İrana da  humanitar yardım göndərməyi planlaşdırırdı. Təhlükəsizlik Şurasının iclasında Prezident İlham Əliyev  bir faktı da diqqətə çatdırdı ki,  İranın xarici işlər nazirinin müavini Bakıya zəng edərək İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsi üçün kömək istəyib. Prezident İlham Əliyevə məruzə edildikdən sonra dövlətimizin başçısı köməklik göstərilməsi barədə dərhal göstəriş verib. Lakin bütün bunların müqabilində İran Azərbaycana qarşı namərdlik etdi.  «Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək -deyə Prezident İlham Əliyev bildirib.

İranın Naxçıvan ərazisində mülki obyekti, mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi İranın nankorluğu, nanəcibliyi, dinc sakinlərə və mülki infrastruktura qarşı həyata keçirdiyi terrordur. Bütün bunlara görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür. Əlbəttə Azərbaycan məsələni cavabsız qoymayacaq və respublikamız müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır və bu hücum aktları cavabsız qalmayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar.


Xanlar Fətiyev,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Gürcüstan XİN Naxçıvana edilən pilotsuz təyyarə hücumu ilə əlaqədar bəyanat yayıb  

19:04
05 Mart

Nazir: Hədəfimiz Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirməkdir  

19:03
05 Mart

Nazir müavini: Enerji idarəçiləri sistemli qənaət tədbirlərinin əsas hərəkətverici qüvvəsidir  

18:39
05 Mart

İtaliya diplomatları İrandan təxliyə olunub

18:27
05 Mart

Ukrayna və Rusiya yeni əsir mübadiləsi həyata keçiriblər

18:21
05 Mart

Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil olunub

18:03
05 Mart

Qərbi azərbaycanlıların milli geyim irsinin nadir nümunələrinin toplandığı kitab  

18:01
05 Mart

Türkiyə XİN: Hər zaman olduğu kimi bundan sonra da Azərbaycanın yanındayıq  

17:57
05 Mart

İranın terrorçu hücumu cavabsız qalmayacaq

17:54
05 Mart

Ceyhun Bayramovla Hakan Fidan arasında telefon danışığı olub  

17:53
05 Mart

Müharibə qiymətlərin artmasına səbəb olur  

17:48
05 Mart

Nazirlik: Əmək müqaviləsi ilə işləməyənin sosial təminat hüquqları yaranmır  

17:43
05 Mart

Prezident İlham Əliyev: İrana etiraz notası veriləcək 

17:36
05 Mart

Ukraynanın XİN başçısı İranın Azərbaycana qarşı hava hücumunu pisləyib  

17:33
05 Mart

Vitse-prezident: Los-Anceles Olimpiadası bizim üçün uğurlu ola bilər  

17:31
05 Mart

Qazaxıstanın xarici işlər naziri Naxçıvana dronla hücum barədə məlumatlandırılıb  

17:28
05 Mart

Aqrar Xidmətlər Agentliyinin sədri Ordubadda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

17:25
05 Mart

Nazirlik: İranın pilotsuz uçuş aparatı Naxçıvanda orta məktəb binasını hədəfə alıb

17:09
05 Mart

“Təhsil haqqında” Qanunda dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub

17:07
05 Mart

Müdafiə Nazirliyi: İran silahlı qüvvələrinin Baş qərargahının Azərbaycana qarşı törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz  

16:52
05 Mart

Xizək alpinizmi üzrə Avropa çempionatında ikinci günün qalibləri bəlli olub  

16:51
05 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!