26 May 2023 10:50
433
CƏMİYYƏT
A- A+
İranın narkotik "bazarı"

İranın narkotik "bazarı"

 

Vətən müharibəsindən sonra ölkəmizə qarşı düşmənçiliyini açıq şəkildə sərgiləməyə başlayan İran Azərbaycanın Cənubi Qafqazın lider ölkəsi olmasını heç cür həzm edə bilmir, dövlətimizi və xalqımızı hədəf alan xain planlar, terror siyasəti həyata keçirir. 
44 günlük müharibədən sonra guya ölkəmizə güc nümayiş etdirmək niyyəti ilə köhnə, sınıq-salxaq hərbi texnikası ilə Azərbaycan sərhədində hərbi təlimlər keçirərək, özünü dünyaya güldürən İran, müsəlman dünyasına üz qarası olduğunu sübut edərək Qafanda konsulluğunu açıb, öz istehsalı olan silahları Hayastana hədiyyə edib.
Bu il yanvarın 27-də Tehrandakı səfirliyimizdə, martın 28-də isə deputatımıza qarşı qanlı terror aktları törətməsi isə fars rejiminin terrorçu xislətini bir daha ortaya qoydu. 
Hətta fars rejimi həddini aşaraq Azərbaycanda şəriət qanunları ilə idarə olunacaq "dövlət" yaratmaq kimi quduz iştahaya düşmüşdü, lakin ölkəmizin xüsusi xidmət orqanları Azərbaycanda İranın yaratdığı casus şəbəkələrini ard-arda ifşa edərək xain qonşunun çirkin niyyətini gözündə qoymuşdu. 

 

Son 5 ildə İrandan ölkəmizə daşınan narkotik vasitələrin həcmi 9 dəfə artıb

 

O da faktdır ki, İran uzun illərdir  Azərbaycana qarşı həm də narkotik terroru həyata keçirir və bu çirkin əməlini günümüzdə də davam etdirməyə çalışır.
Mayın 24-də Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Xəzər dənizinin İran sahillərindən qayıqlarla ölkəmizə qaçaqmalçılıq yolu ilə narkotik vasitələri gətirən mütəşəkkil dəstənin üzvləri saxlanılıblar.
Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzindən verilən məlumatda isə bildirilir ki, göstərilən tarixdə İrandan Azərbaycana 13 kiloqram narkotik maddənin keçirilməsinin qarşısı alınıb. 
Bu ilin aprelində Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Firuz Şirinzadə mətbuata müsahibəsində məlumat vermişdi ki, son 5 ildə İrandan ölkəmizə daşınan narkotik vasitələrin həcmi 9 dəfə artıb. Belə ki, 2018-ci ildə 144,8 kq, 2022-ci ildə isə 1 ton 302 kq narkotik vasitə İİR ilə dövlət sərhədindən qanunsuz yolla gətirilərkən aşkarlanmışdı. 
Ümumiyyətlə, 2021-2022-ci illərdə Azərbaycan-İran dövlət sərhədində (yaşıl sərhəddə) tutulmuş qaçaq malın ümumi kütləsi 2 ton 113,3 kq olub: "2018-2020-ci illərdə - yəni əvvəlki 3 il ərzində dövlət sərhədində cəmi 1 ton 222 kq narkotik vasitənin tutulduğunu nəzərə alsaq, rəqəmlərdə kəskin artımın olduğunu görə bilərik. Bu isə onu göstərir ki, Vətən müharibəsindən əvvəlki dövrdə narkotik qaçaqmalçılığının böyük hissəsi Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik işğal altında olan hissəsinin payına düşüb".
Bu gətirdiyimiz faktlardan da görünür ki, din adı altında şeytani əməllərlə məşğul olan fars-molla rejimi ölkəmizdə narkotika istifadəçilərinin sayını artırmaq, xüsusilə gənclərimizi bu təhlükəli maddənin aludəçilərinə çevirmək, bu yolla insanlarımızı özlərindən asılı vəziyyətə salaraq ölkəmizə qarşı çirkin əməllərini məhz onların əli ilə törətməyə çalışır. 

 

İşğal dövründə ərazilərimizdən narkotik qaçaqmalçılığı üçün istifadə edilib

 

Torpaqlarımızın 30 illik işğalı dövründə İran həmişə ərazilərimizdən narkotik biznesi üçün istifadə edib və Vətən müharibəsindən sonra ölkəmizə qarşı aqressiyasının artması da elə bununla bağlıdır.
Faktlarla sübut olunub ki, fars rejimi torpaqlarımız işğalda olarkən ərazilərimizin talanmasında birbaşa iştirak edib. Hayastan Qarabağda sökdüyü evlərdən əldə olunan tikinti materiallarını, həmçinin bu ərazidəki meşələrimizdə qiymətli ağacları qıraraq İrana satıb. 
Həmin dövrdə Ermənistan Azərbaycanın işğal edilmiş Qarabağ ərazilərinə İran İslam İnqilabı Keşikçiləri Korpusunun təşkilatçılığı ilə yük maşınlarında yanacaq və silah daşıyıb. Azərbaycanın işğal altında olan ərazilərindən həm narkotik plantasiyalarının yaradılması, bu maddələrin istehsalı, həm də Şərqdən Qərbə doğru gedən narkotrafik marşrutu kimi istifadə olunub və bu işdə İran xüsusi fəallıq göstərib.
Azərbaycan-İran sərhədinin düşmən işğalında olan sərhəd zolağından qanunsuz qaçaqmalçılıq üçün istifadə edən İran bu cinayət yolu ilə xeyli çirkli pullar əldə edib. 
Təbii ki, 44 günlük müharibədə Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi İrana heç cür sərf etmirdi və buna görə idi ki, müharibə ərəfəsində "qardaşı" Hayastana hər cür yardım göstərirdi. "Dəmir yumruq" xain düşmənin başını əzdikdən sonra İranın bu ərazilərimizdə qanunsuz fəaliyyətinin qarşısı birdəfəlik alındı. 
Bundan sonra isə fars rejimi başqa məkrli yollara baş vurmağa, ölkəmizə qarşı təxribatlar və terror, xüsusilə də narkotik terroru törətməyə başladı. 
Statistikada da əks olunduğu kimi, 44 günlük müharibədən sonra İrandan Azərbaycana narkotik qaçaqmalçılığının həcmi külli miqdarda artıb.
Lakin fars-molla rejiminin ölkəmizə, xalqımıza qarşı planlaşdırdığı istənilən təxribat və terrorun qarşısı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınır. Eləcə də İranın narkotik terroru ilə bağlı məkrli planları sərhədimizdə, Azərbaycanın kandarındaca alt-üst, faş edilir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!