20 Sentyabr 2024 08:30
1017
SİYASƏT
A- A+
“İndi bizim də günümüz var, Xocalı Şəhər Günümüz var!"

“İndi bizim də günümüz var, Xocalı Şəhər Günümüz var!"


Xocalılılar xilaskarları İlham Əliyevə növbəti hədiyyəsinə görə minnətdardırlar


...Elə Xocalıdan ayrılmaq üzrəydik ki, xoş xəbər ildırım sürəti ilə bütün evlərə yayıldı.

Hamı küçələrdə idi. Bir-birini təbrik edirdilər...

Prezident İlham Əliyev onlara azadlığın təntənə gününü - Xocalı Şəhər Gününü hədiyyə etmişdi.

Hər kəs telefonu vasitəsilə internet saytlarında bu barədə gedən xəbərləri bir-birinə oxuyur, gözaydınlığı verirdi...


"İlham Əliyev bizə əvvəlcə Xocalını hədiyyə etdi, arxasınca şəhər günümüzü bəxş elədi"


Xocalıdayıq...

32 il öncə, bir gecədə məhv edilən, yandırılıb külü göylərə sovrulan şəhər indi tam başqa mənzərə ilə canlanır qarşımızda. Yenidən qurulan müasir Xocalıda həyat qaynayır. Bir vaxtlar dörd tərəfindən Xocalıya tuşlanan silahların yerində indi üçrəngli bayrağımız qürurla dalğalanır. İllər sonra yurda qayıdan xocalılılar üçün heç bir təhlükə yoxdur. 32 il əvvəl Xocalını ayaqyalın tərk edib yalnız canlarını salamat qurtaranlar bu gün taleyin xoş günlərini yaşayırlar və bu əvəzedilməz sevinci onlara yaşadan Böyük Zəfərin memarı Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edirlər. 

Prezident İlham Əliyevin tapşırığına əsasən, 8 ay ərzində bərpa edilmiş müasir Xocalı buraya gələnlərdə xoş təəssürat yaradır. Keçmişdə yaşadıqları faciənin ağrı-acısını unutmasalar da, yurda qayıdışın sevinci simalarındakı xoşbəxtlik cizgilərindən hiss olunur. Buna Müstəqillik Günündə İlham Əliyevin yeni mənzillərinin açarlarını təqdim etdiyi xocalılılarla keçirdiyimiz görüşlərdə bir daha şahidlik etdik.

Şad xəbəri sentyabrın 18-i günün ikinci yarısında Xocalıda eşitdik. Hamı sevinirdi. Xocalı sakini, ağbirçək ana Elmira Allahverdiyeva sevincini bizimlə belə bölüşdü: "Bala, indiyəcən Xocalının günü 26 fevral idi. Tək xocalılılar yox, Prezidentimizin, Mehriban xanımın sayəsində bütün dünya həmin gün dərdimizə şərik olurdu. Xocalılılar üçün əsas gün soyqırımına uğradığımız gün idi. Hər bir Xocalı sakininin evində şəhid var. O qanlı faciədə həyat yoldaşım Novruz, oğlum Mahir şəhid olublar. Sinəmdə şəhid yarası var. Hələ də onları axtarıram. Gözüm yollarda qalıb...

Övladlarıma da, nəvələrimə də deyirəm ki, o günü heç vaxt unutmamalıyıq, unutmayacağıq da. Amma bundan sonra kədər günümüzlə yanaşı, sevincli günümüz, qələbə günümüz də var. Allah İlham Əliyevin canını sağ eləsin, bizə əvvəlcə azad Xocalını hədiyyə etdi, arxasınca isə şəhər günümüzü bəxş elədi. Ömür boyu prezidentimizə minnətdar olacağıq".   

Xocalının mərkəzi küçəsi ilə hərəkət etdikcə qarşımıza çıxan hər kəsin üzündə təbəssüm, sevinc hissini görəndə adamın ürəyi dağa dönür. Xocalının gənc sakini Elşən Mehrəliyevlə həmsöbət oluruq. Elşən deyir ki, xoş xəbər tez yayılar. Bir qədər öncə Prezidentin imzaladığı sərəncamla bağlı artıq onun telefonuna 20-dən çox zəng gəlib: "Hamı sevinc içindədir. İki gündən sonra (20 sentyabr) ilk dəfə olaraq xocalılılar doğma yurdda şəhər gününü böyük təmtəraqla qeyd edəcəklər. Bundan qürurlu nə ola bilər ki?!

İllər öncə qanlı faciədən keçdik. Atalarımızı, analarımızı, bacı-qardaşlarımızı, ən əziz insanlarımızı itirdik. Tək bir canımızı götürüb bir gecədə əzab-əziyyətlə Ağdama üz tutduq. İllərlə məcburi köçkün həyatı yaşadıq. Bir sevincli günümüz olmadı. Hər il fevralın 26-da gözlərimiz qan ağladı. Yaralarımız qaysaq bağlamadı. Amma Allah sonunda fəryadımızı eşitdi və bizə xilaskar göndərdi. Elə bir xilaskar ki, bizlər bir ömür boyu ona minnətdar olmalıyıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bizi yenidən Xocalıya qaytardı. Özü də artıq heç bir təhlükəsi olmayan Xocalıya... İndi doğma yurdumuzdayıq, başımızın üstündə dalğalanan bayrağımız qürurumuzdur.  İki gündən sonra Xocalı Şəhər Gününü qeyd edəcəyik. Bundan sonra qəmli, kədərli günlərimiz yox, bayram günlərimizin sayı çoxalacaq. Möhtərəm Prezidentimizə nə qədər alqış etsək, yenə də azdır".      


Azadlığın təntənə günlərini qeyd edən şəhərlərimizin sayı 12-yə çatdı


Xocalıya səfərimizin məqsədi buraya yeni köçən sakinlərin həyat şəraiti ilə yaxından tanış olmaq, fikirlərini öyrənmək idi. Amma onların xoş təəssüratlarına canlı şahidlik etməyin  zövqü ayrı oldu.  

Bu gün Xocalı şəhər gününü qeyd edir. Bundan sonra hər il sentyabrın 20-də Xocalıda möhtəşəm bayram tədbiri keçiriləcək.  

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təsis olunub. Bu günə qədər isə işğaldan azad olunan digər şəhərlərimizin günləri bəlli idi. 

Prezidentin sərəncamına əsasən, 44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra hər il 26 avqust - Laçın Şəhəri Günü, 4 oktyabr - Cəbrayıl Şəhəri Günü, 17 oktyabr - Füzuli Şəhəri Günü, 20 oktyabr - Zəngilan Şəhəri Günü, 25 oktyabr - Qubadlı Şəhəri Günü, 8 noyabr - Şuşa Şəhəri Günü, 20 noyabr - Ağdam Şəhəri Günü, 25 noyabr - Kəlbəcər Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunur. İndi bu sıraya daha 4 şəhər də əlavə edilir.

Budur, İlham Əliyevin memarı olduğu Şanlı Zəfərin yaratdığı reallıq. 30 il ən ağır sınaqlardan keçən, illərlə məşəqqətlər içərisində yaşayan, haqq səsi eşidilməyən xalq bu gün başıdik, alnıaçıq öz doğma yurdunda xoş gününü, bayramını təmtəraqla qeyd edərək düşmənə gözdağı verir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"


Bakı-Xocalı-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!