04 Avqust 2026 19:07
181
SİYASƏT
A- A+
İlqar Vəlizadə: Cənubi Qafqaz beynəlxalq siyasətin müstəqil subyektinə çevrilir 

İlqar Vəlizadə: Cənubi Qafqaz beynəlxalq siyasətin müstəqil subyektinə çevrilir 


Azərbaycan Prezidenti Qırğızıstanda Mərkəzi Asiya ölkələrindən olan həmkarları ilə keçirdiyi görüşlər nəticəsində ölkəmizin aktual beynəlxalq gündəlikdə yer alan məsələlərə dair mövqeyini bir daha diqqətə çatdırdı, eyni zamanda, qarşılıqlı maraq doğuran problemlərin həlli ilə bağlı ortaq yanaşmaların formalaşdırılmasına nail olundu. Bu, Azərbaycanın xarici siyasəti üçün çox əlamətdar tədbir oldu.

Bu fikirləri AZƏRTAC-a politoloq İlqar Vəlizadə Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycan və Mərkəzi Asiya ölkələri Dövlət Başçılarının qeyri-rəsmi görüşünü şərh edərkən deyib. O xatırladıb ki, Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanıb. Bu sənəd xüsusi əhəmiyyət daşıyır. Çünki bununla da Azərbaycan Mərkəzi Asiya regionunun artıq üç dövləti ilə müttəfiqlik münasibətlərini hüquqi müstəvidə rəsmiləşdirib.

“Hazırda bizim institusional müttəfiqlərimiz Qazaxıstan, Özbəkistan və Qırğızıstandır. Hesab edirəm ki, yaxın və proqnozlaşdırılan perspektivdə bu tendensiya davam edəcək və regiondakı müttəfiqlərimizin sayı daha da artacaq. Onu da qeyd etmək istərdim ki, Azərbaycan bu görüş formatında yalnız iştirak etmir, eyni zamanda, Mərkəzi Asiyanın geosiyasi və geoiqtisadi məkanının formalaşmasında fəal rol oynayır. Bu, həm Azərbaycanın xarici siyasəti, həm də Mərkəzi Asiya dövlətlərinin maraqları baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanın iştirakı olmadan bir sıra iri beynəlxalq layihələrin həyata keçirilməsi mümkün olmazdı. Söhbət Orta Dəhlizdən, Mərkəzi Asiya regionunu xarici dünya, xüsusilə Avropa dövlətləri ilə birləşdirən genişmiqyaslı enerji layihələrinin icrasından, eləcə də təchizat zəncirlərinin formalaşdırılmasından gedir. Bu, xüsusilə təchizat zəncirlərinin obyektiv və subyektiv amillərin, müharibələrin və münaqişələrin təsiri altında dağıldığını müşahidə etdiyimiz indiki şəraitdə son dərəcə vacibdir. Azərbaycanın bu regional formatın tamhüquqlu iştirakçısı olması sayəsində regionumuz Avrasiyanın mərkəzi hissəsində siyasi və geoiqtisadi sabitliyin alternativsiz mərkəzinə çevrilir. Azərbaycan Prezidentinin səfərinin əhəmiyyəti də məhz bununla müəyyən olunur”, – deyə politoloq izah edib.

Təmasların yüksək intensivliyini vurğulayan ekspert bildirib: “Qısa müddət ərzində Mərkəzi Asiya ölkələrinin liderləri Azərbaycana 26 dəfə səfər ediblər, Azərbaycan Prezidentinin isə Mərkəzi Asiya dövlətlərinə 16 səfəri olub. Bütün bunlar göstərir ki, intensiv təmaslar beynəlxalq və regional gündəlikdə duran məsələlər üzrə mövqelərin yaxınlaşmasına və ortaq yanaşmaların formalaşmasına xidmət edir”.

“Regionumuz sabitlik, dayanıqlılıq və davamlılıq mərkəzi olaraq tanınır. Rəqabət aparan güc mərkəzləri Mərkəzi Asiya ilə əməkdaşlıq vasitəsilə regionda təsir imkanlarını genişləndirməyə çalışırlar. Digər tərəfdən isə məhz bu əməkdaşlıq regionun dayanıqlı mövqeyini təmin edir. Hamı regionumuzla əməkdaşlıq etməkdə maraqlıdır və bu da geosiyasi çəkimizi, eləcə də beynəlxalq münasibətlər sistemində subyektliyimizi artırır. Görüşlərin müntəzəm keçirilməsi bu tendensiyanı bir daha təsdiqləyir”, – deyə o bildirib.

Politoloq vurğulayıb ki, tərəflər birdəfəlik təmaslarla kifayətlənmir, sürətlə dəyişən gündəliyi müzakirə etmək üçün daha tez-tez görüşməyə çalışırlar.

“Liderlərimizin bu formatda keçirdiyi görüşlər yeganə platforma deyil. Türk Dövlətləri Təşkilatı C6 formatının birbaşa davamı olmasa da, müəyyən mənada onun tərkib hissəsi kimi çıxış edir. Çünki Mərkəzi Asiya dövlətlərinin əksəriyyəti həmin təşkilatda da təmsil olunur. Türk Dövlətləri Təşkilatı çərçivəsində ölkə liderləri ildə iki dəfə görüşürlər. Bunu ümumiləşdirsək, digər sammitləri nəzərə almadan belə, Mərkəzi Asiya formatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində ildə azı dörd görüş keçirilir. Bu faktları müqayisə etdikdə demək olar ki, regionumuz həqiqətən də beynəlxalq siyasətin ayrıca subyektinə çevrilir. Liderlər arasında son dərəcə sıx koordinasiya isə bu formatın institusionallaşmasının davam edəcəyini söyləməyə əsas verir”, – deyə agentliyin həmsöhbəti fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı və Abşeronda dəmir yollarının təhlükəsizlik zonasının mühafizəsi gücləndirilir

19:09
04 Avqust

İlqar Vəlizadə: Cənubi Qafqaz beynəlxalq siyasətin müstəqil subyektinə çevrilir 

19:07
04 Avqust

SOCAR və BYD müasir texnoloji həllərin tətbiqi sahəsində birgə əməkdaşlığı nəzərdən keçirib

19:05
04 Avqust

Voleybol üzrə Azərbaycan və Latviya yığmalarının oyunlarının vaxtı açıqlanıb 

18:10
04 Avqust

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uzunmüddətli inkişaf strategiyasına əsaslanır 

18:04
04 Avqust

Hörmüzün aqibəti necə olacaq?

18:00
04 Avqust

Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr AI ilə bağlı nikbin olmalıdır

17:55
04 Avqust

Sadə qida əlavəsi xərçəng və viruslara qarşı immuniteti gücləndirib

17:50
04 Avqust

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:45
04 Avqust

Oreksin neyronları motivasiyanın əsas açarıdır 

17:40
04 Avqust

Bakı-Bişkek münasibətləri məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə inkişaf edib

17:38
04 Avqust

Rizvan Nəbiyev: Azərbaycan–İsveçrə parlamentlərarası əlaqələrinin inkişafı üçün böyük potensial var

17:36
04 Avqust

Azərbaycan Mərkəzi Asiya siyasətini ardıcıl şəkildə genişləndirir

17:35
04 Avqust

Türkiyə HHQ-nin yeni komandanı təyin edilib

17:34
04 Avqust

Azərbaycan–İsveçrə münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi 

17:00
04 Avqust

2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır 

16:55
04 Avqust

Ekspert: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığı regionda yeni əməkdaşlıq modeli formalaşdırır

16:50
04 Avqust

Professor: Manata etimadın artması makroiqtisadi sabitliyin mühüm göstəricisidir

16:45
04 Avqust

Futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

16:40
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:37
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:36
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!