04 Avqust 2026 18:00
1769
İQTİSADİYYAT
A- A+
Hörmüzün aqibəti necə olacaq?

Hörmüzün aqibəti necə olacaq?


Qlobal xam neft və neft məhsullarının, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) daşınmalarının təxminən beşdəbirinin keçdiyi Hörmüz boğazı ABŞ və İsrailin fevralın 28-də İrana qarşı müharibəyə başlamasından bəri enerji bazarlarının diqqət mərkəzindədir. Müharibə dövründə neft qiymətlərində dəyişkənlik müşahidə olunub, enerji bazarında LNG çatışmazlığı yaranıb, Avropada isə təbii qaz qiymətləri yay fəsli olmasına baxmayaraq, kəskin artıb. Hazırda enerji bazarının iştirakçıları və investorların diqqəti Hörmüz boğazının gələcək aqibətinə yönəlib.

AZƏRTAC xəbər verir ki, ABŞ-nin xəzinədarlıq katibi Skott Bessent “CNBC” televiziyasında çıxışı zamanı İranla danışıqların davam etdiyini və Hörmüz boğazının açılması ilə bağlı bu gün və ya sabah razılığa gəlmək ehtimalının olduğunu bildirib. O, İranın boğaz üçün tranzit haqqı alıb-almayacağı ilə bağlı suala cavab olaraq isə razılaşmanın boğazda sərbəst naviqasiyanı təmin edəcəyini deyib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai isə qeyd edib ki, ölkəsi ABŞ ilə danışıqlar aparmır. “Omanla müzakirələr isə gəmilərin Hörmüz boğazından təhlükəsiz keçməsi ilə bağlıdır”, - deyə o bildirib.

Hazırda Londonun ICE birjasında “Brent” markalı xam neftin bir bareli 81 dollardan, Nyu-Yorkun NYMEX birjasında “Light” neftinin bir bareli isə 77 dollardan baha satılır.

Ekspertlərin fikrincə, neft qiymətlərinin bahalaşması davam edən sülh danışıqlarına baxmayaraq, Yaxın Şərqdə münaqişələrin yenidən alovlana biləcəyi ilə bağlı narahatlıqlar və bölgədə təchizat kəsintiləri riskinin artması fonunda baş verir. ABŞ və İran arasında davamlı razılaşma əldə etmək məqsədilə Körfəz ölkələrinin də iştirakı ilə aparılan danışıqlarda konkret nəticələrin olmaması neft qiymətlərini dəstəkləyir. Bölgədəki geosiyasi gərginlik ötən həftədən bəri bir qədər azalsa da, davamlı sülhə doğru müsbət irəliləyişlərin gecikməsi və Tehran administrasiyasından aydın siqnalların olmaması investorların mümkün yeni bir münaqişə ilə bağlı narahatlıqlarını artırır.

“Barclays” şirkətinin analitiklərinin məlumatına görə, iyulun 31-də bitən həftə Hörmüz boğazından xam neft və emal olunmuş məhsulların xalis ixracı gündəlik orta hesabla 4,2 milyon barel təşkil edib. Bu rəqəm əvvəlki həftə sutkada 3,2 milyon barel olub.

Fevralın 28-də ABŞ/İsrail-İran müharibəsi başlamamışdan əvvəl Hörmüzdən gündəlik təxminən 130 ticarət gəmisi keçirdi. Lakin bu rəqəm müharibə zamanı bəzi günlərdə 1-ə qədər azalıb və müharibənin 100 günündə orta hesabla 10 ticarət gəmisi boğazdan keçib. Bəzi dövrlərdə ticarət gəmilərinin hərəkəti müharibədən əvvəlki səviyyələrlə müqayisədə 95 faizdən çox azalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Sabah” Futbol Klubu Prezident İlham Əliyevə təşəkkür edib  

22:42
26 Avqust

Azərbaycanın Xarici İşlər Nazirliyi Nepal-Çin sərhədindəki faciə ilə bağlı başsağlığı verib  

22:03
26 Avqust

Azərbaycanla Özbəkistan kino sahəsində əməkdaşlığın genişləndirilməsinə dair sənəd imzalayıb

21:02
26 Avqust

Voleybol üzrə Azərbaycan millisi Avropa çempionatında ilk məğlubiyyətini alıb  

20:38
26 Avqust

Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq  

20:29
26 Avqust

Laçında Şəhər Günü münasibətilə konsert təşkil olunub 

20:23
26 Avqust

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən  

20:13
26 Avqust

Cəlilabad rayonunda zəlzələ baş verib

20:01
26 Avqust

Laçın – tarixi yaddaşdan yeni reallıqlara uzanan Zəfər yolu

19:53
26 Avqust

Laçında “Əmir Teymur” filmi nümayiş olunub  

19:42
26 Avqust

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərə müraciət edib  

19:38
26 Avqust

Heydər Əliyev Fondu uşaqlar üçün növbəti əyləncə tədbiri təşkil edib  

19:23
26 Avqust

Rusiya Federasiyasının Əməkdar məşqçisi, pedaqoji elmlər doktoru, professor İrina Vinerdən  

19:08
26 Avqust

“Bitcoin”in qiyməti 78 min dollara enib  

18:59
26 Avqust

Azərbaycan-Özbəkistan: iqtisadi imkanlar yeni perspektivlər vəd edir  

18:31
26 Avqust

Prezidentin Mətbuat Xidmətinin məlumatı

18:23
26 Avqust

Yeni ideyalara “yaşıl işıq”: daha 10 layihə “Startap” şəhadətnaməsi aldı

18:21
26 Avqust

Çində yeni texnoloji inqilab - kütləvi şəkildə robot istehsalı   

18:16
26 Avqust

Rusiya Federasiyası Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovdan

18:11
26 Avqust

Birgə artan geosiyasi və geoiqtisadi güc   

18:09
26 Avqust

Yayda gündə nə qədər su içilməlidir? - Ekspert rəyi

18:07
26 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!