04 Avqust 2026 16:45
1254
İQTİSADİYYAT
A- A+
Professor: Manata etimadın artması makroiqtisadi sabitliyin mühüm göstəricisidir

Professor: Manata etimadın artması makroiqtisadi sabitliyin mühüm göstəricisidir


Milli valyuta ilə bağlı elmi əsaslandırılmamış bəyanatlar, əsassız devalvasiya proqnozları və bazarda panika yarada biləcək informasiya manipulyasiyaları maliyyə sabitliyi üçün risk yarada bilər. Bu səbəbdən məzənnə ilə bağlı ictimai açıqlamalar yüksək peşəkarlıq, elmi metodologiya və milli məsuliyyət prinsiplərinə söykənməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.

Onun sözlərinə görə, son 15 ildə Azərbaycanda vaxtaşırı milli valyutanın mümkün devalvasiyası ilə bağlı əsassız iddialar səsləndirilsə də, onların böyük əksəriyyəti öz təsdiqini tapmayıb.

“Buna baxmayaraq, eyni xarakterli proqnozlar yenidən təkrarlanır. Bu məsələ artıq təkcə iqtisadi müzakirə deyil, həm də iqtisadi təhlilin keyfiyyəti, ekspert məsuliyyəti və informasiya təhlükəsizliyi ilə bağlıdır. İqtisadi nəzəriyyədə “özünü doğruldan gözləntilər” anlayışı mövcuddur. Heç bir fundamental əsas olmadan devalvasiya gözləntiləri formalaşarsa, insanlar kütləvi şəkildə xarici valyuta almağa başlayır. Bu isə bazarda psixoloji təzyiq yaradır və iqtisadi davranışlara təsir göstərir. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun son açıqlamaları ölkədə valyuta bazarı ətrafında formalaşan gözləntilərə institusional cavab kimi qiymətləndirilə bilər. Hazırkı makroiqtisadi şəraitdə sabit məzənnə rejimi qiymət sabitliyi və makroiqtisadi dayanıqlığın təmin edilməsi baxımından optimal siyasətdir. Bu mövqe hələ 2018-ci ildə də səsləndirdiyi fikirlərlə üst-üstə düşür. Milli pul vahidinin xarici dəyəri ölkənin iqtisadi imkanlarını və maliyyə sabitliyini əks etdirən ən mühüm makroiqtisadi göstəricilərdən biridir. Məzənnə ilə bağlı istənilən proqnoz yalnız elmi metodologiya və obyektiv iqtisadi təhlil əsasında verilməlidir”, - deyə Zahid Məmmədov qeyd edib.

Z.Məmmədov vurğulayıb ki, valyuta məzənnəsi ilə bağlı proqnoz vermək üçün tədiyə balansı, strateji valyuta ehtiyatları, fiskal vəziyyət, pul-kredit siyasəti, inflyasiya, xarici ticarət və digər fundamental göstəricilər kompleks şəkildə təhlil edilməlidir: “Bu amillər nəzərə alınmadan “devalvasiya olacaq” kimi qəti fikirlər səsləndirmək iqtisadi analiz deyil, elmi əsaslandırılmamış subyektiv ehtimaldır. Milli valyuta ilə bağlı əsassız proqnozlar yalnız akademik məsələ deyil, həm də milli maliyyə təhlükəsizliyi baxımından qiymətləndirilməlidir. Milli valyutaya inamın zəiflədilməsi, bazar iştirakçılarının davranışına psixoloji təsir göstərilməsi bank sisteminə etimadı azalda və makroiqtisadi sabitliyə mənfi təsir göstərə bilər. Əsassız devalvasiya proqnozlarının yayılması peşəkar hazırlığın zəifliyi, sensasiya yaratmaq istəyi və ya məqsədli informasiya manipulyasiyası ilə bağlı ola bilər”.

Professor əlavə edib ki, iqtisadi ekspertiza yüksək elmi məsuliyyət tələb edir.

“İqtisadi məlumatlarla işləyən ekspertlər, analitiklər və media nümayəndələri cəmiyyət qarşısında xüsusi məsuliyyət daşıyırlar. Azərbaycanın maliyyə sisteminin dayanıqlılığı yalnız Mərkəzi Bankın qərarlarından deyil, həm də iqtisadi informasiyanın düzgün və məsuliyyətli təqdim edilməsindən asılıdır. Qarşıdakı dövrdə əsas prioritet qeyri-neft iqtisadiyyatının gücləndirilməsi, ixracın şaxələndirilməsi və maliyyə sektorunda institusional islahatların davam etdirilməsidir. Məhz bu halda manatın sabitliyi güclü və rəqabətqabiliyyətli iqtisadiyyatın təbii nəticəsinə çevriləcək”, - deyə Zahid Məmmədov əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq  

20:08
15 Avqust

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb  

20:06
15 Avqust

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub  

20:04
15 Avqust

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH  

18:13
15 Avqust

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub  

17:43
15 Avqust

Bu günkü iməclikdə Bakının 556 küçəsi yuyuldu  

17:06
15 Avqust

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür  

16:53
15 Avqust

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir  

16:03
15 Avqust

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır 

16:01
15 Avqust

Xankəndi və Baia Mare qardaşlaşır 

15:35
15 Avqust

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır  

15:30
15 Avqust

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

15:25
15 Avqust

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb  

15:20
15 Avqust

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər  

15:17
15 Avqust

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb  

14:38
15 Avqust

Amerikalı basketbolçu "Neftçi"də  

13:20
15 Avqust

Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək  

13:18
15 Avqust

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib  

13:16
15 Avqust

FHN çimərliklərə üz tutan vətəndaşlara təkrar müraciət edib  

13:14
15 Avqust

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb  

13:12
15 Avqust

Beynəlxalq ekspert: "Boz Qafqaz" dağ arısı Azərbaycanın milli sərvətidir və qorunmalıdır  

13:09
15 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!