04 Avqust 2026 17:00
331
SİYASƏT
A- A+
Azərbaycan–İsveçrə münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi 

Azərbaycan–İsveçrə münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi 


Azərbaycan ilə İsveçrə arasında münasibətlər uzun illər qarşılıqlı hörmət, etimad və siyasi dialoq prinsipləri əsasında inkişaf edərək çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. İsveçrənin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Bu qarşılıqlı diplomatik əlaqələrin təməlini qoyan mühüm siyasi addımlardan biri kimi səciyyələndirilir. Diplomatik münasibətlərin qurulmasının 35 ilə yaxınlaşması isə əlaqələrin keçdiyi yola nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Xüsusilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfəri əlaqələrin dinamik xarakter aldığını göstərir.

AZƏRTAC hər iki ölkənin siyasi dialoqdan iqtisadi əməkdaşlığa, qarşılıqlı investisiyalardan regional və beynəlxalq məsələlər üzrə tərəfdaşlığa qədər geniş spektri əhatə edən dinamik inkişaf mərhələsinə nəzər salır.


Siyasi dialoq münasibətlərin əsas dayağı kimi


Azərbaycan–İsveçrə münasibətlərinin inkişafında müntəzəm siyasi dialoq mühüm rol oynayır. İllər ərzində həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər və yüksəksəviyyəli görüşlər iki ölkənin bir-birinin mövqelərini daha yaxından öyrənməsinə və ortaq maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmasına imkan yaradıb. Belə ki, İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin AZƏRTAC-a eksklüziv müsahibəsidə qeyd etdiyi kimi, İsveçrənin Azərbaycanın müstəqilliyini erkən tanıması ölkələr arasında sıx və davamlı münasibətlərin təməlini qoyub.

İqnasio Kassisin səfəri siyasi dialoqu dərinləşdirmək, iqtisadi əməkdaşlığı gücləndirmək və ortaq maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Çünki Azərbaycan üçün İsveçrə Avropanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı, beynəlxalq diplomatiyada xüsusi nüfuza malik ölkədir. İsveçrənin neytrallıq siyasəti, beynəlxalq vasitəçilik və dialoq ənənələri, çoxtərəfli diplomatiyada fəal iştirakı onu regional və qlobal məsələlər üzrə mühüm tərəfdaşa çevirir. Azərbaycan isə Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi Avropa ilə Asiya arasında nəqliyyat və enerji əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan qarşılıqlı siyasi maraqların genişlənməsi iki ölkə arasında əməkdaşlığın yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmamasına, regional və beynəlxalq gündəliyin müxtəlif məsələlərini də əhatə etməsinə şərait yaradır. Əsas məqsədi siyasi dialoqu dərinləşdirmək olan səfər, həmçinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu sübut edir.


Enerji təhlükəsizliyində Azərbaycanın rolu - gələcək əməkdaşlıq üçün yeni yol xəritəsi


Əsas məqsəd artıq mövcud əlaqələri qorumaqla kifayətlənməmək, əldə olunan nailiyyətləri daha da artırmaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməkdir. Xüsusilə iqtisadiyyatın şaxələndirilməsi, innovasiya, rəqəmsal texnologiyalar, nəqliyyat və logistika kimi sahələrdə İsveçrə təcrübəsi Azərbaycan üçün maraqlı ola bilər. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının sürətlə dəyişən strukturu və qeyri-neft sektorunun inkişafına yönələn siyasət İsveçrə şirkətləri üçün yeni investisiya imkanları yaradır.

İqnasio Kassisin sözügedən müsahibəsində vurğuladığı kimi, Bretton Vuds institutları çərçivəsindəki əməkdaşlıq münasibətlərin xüsusi istiqamətidir. O, həmçinin bugünkü geosiyasi kontekstdə enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi Avropanın təhlükəsizliyi və dayanıqlığı üçün mühüm əhəmiyyət kəsb etdiyinə də diqqət çəkib: “Azərbaycan etibarlı enerji tərəfdaşına çevrilib və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır. Onun töhfəsi yalnız bir təchizatçıdan asılılığı azaltmağa kömək edir, həmçinin daha sabit və şaxələndirilmiş enerji təchizatını təmin edir”.

Beləliklə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və qlobal enerji layihələri gələcək əməkdaşlıq üçün yeni yol xəritəsinin formalaşdırılması baxımından öz əhəmiyyətini bir daha təsdiqləyib. Eyni zamanda, Cənubi Qafqazda sülh və sabitlik perspektivlərinin güclənməsi, Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və enerji bağlantılarında rolunun artması, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl transformasiya istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan–İsveçrə əməkdaşlığının gələcək inkişafı üçün yeni imkanlar açır.


Ticarət dövriyyəsinin artması - iqtisadi potensial


Azərbaycan–İsveçrə əlaqələrinin mühüm xüsusiyyətlərindən biri iqtisadi münasibətlərin qarşılıqlı investisiyalar əsasında inkişaf etməsidir. Son 30 il ərzində İsveçrədən Azərbaycana 1,6 milyard ABŞ dolları, Azərbaycandan isə İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiya yatırılması iki ölkə arasında investisiya əməkdaşlığının kifayət qədər balanslı xarakter daşıdığını göstərir. Bu rəqəmlər həm də Azərbaycan və İsveçrə biznes dairələri arasında qarşılıqlı marağın yüksək olduğunu nümayiş etdirir. Azərbaycanın İsveçrəyə investisiya yatırması ölkənin xarici bazarlarda mövqeyinin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətlidir. İsveçrə investisiyalarının Azərbaycandakı mövcudluğu isə ölkənin biznes mühitinə və uzunmüddətli iqtisadi potensialına olan marağın göstəricisidir.

İsveçrənin Azərbaycan ixracı üçün əhəmiyyətli bazarlardan birinə çevrilməsi də iqtisadi münasibətlərin inkişafında mühüm amildir. Xüsusilə enerji sektorunun aparıcı mövqeyi qorunmaqla yanaşı, qeyri-neft sektorunda ixrac imkanlarının genişləndirilməsi qarşıdakı dövrdə əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti fonunda kənd təsərrüfatı, qida sənayesi, logistika, nəqliyyat, informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat və innovasiya kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

İki ölkə arasında iqtisadi münasibətlərin dinamikasını əks etdirən əsas göstəricilərdən biri ticarət dövriyyəsidir. 2025-ci ildə Azərbaycan ilə İsveçrə arasında ümumi ticarət dövriyyəsinin 1,8 milyard ABŞ dollarına yaxın olması iki ölkənin iqtisadi əlaqələrinin mühüm həcmə çatdığını göstərir. Həmçinin Azərbaycanda 110 İsveçrə şirkətinin qeydiyyatdan keçməsi, onlardan 87-nin aktiv fəaliyyət göstərməsi iki ölkənin biznes əlaqələrinin də real iqtisadi əsaslara söykəndiyinin açıq nümunəsidir.

Beləliklə, Azərbaycan və İsveçrə arasında münasibətlər artıq yalnız ənənəvi diplomatik və iqtisadi əlaqələr çərçivəsində deyil, regional sabitlik, nəqliyyat bağlantıları, investisiya, innovasiya və dayanıqlı inkişaf kimi qlobal gündəlik məsələlər ətrafında da inkişaf edən çoxşaxəli tərəfdaşlıq xarakteri daşıyır. Qarşılıqlı siyasi iradə və mövcud iqtisadi potensialın daha səmərəli şəkildə səfərbər edilməsi isə növbəti illərdə bu tərəfdaşlığın daha da dərinləşməsinə və yeni məzmun qazanmasına imkan yarada bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Voleybol üzrə Azərbaycan və Latviya yığmalarının oyunlarının vaxtı açıqlanıb 

18:10
04 Avqust

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uzunmüddətli inkişaf strategiyasına əsaslanır 

18:04
04 Avqust

Hörmüzün aqibəti necə olacaq?

18:00
04 Avqust

Dünya Bankı: İnkişaf etməkdə olan ölkələr AI ilə bağlı nikbin olmalıdır

17:55
04 Avqust

Sadə qida əlavəsi xərçəng və viruslara qarşı immuniteti gücləndirib

17:50
04 Avqust

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

17:45
04 Avqust

Oreksin neyronları motivasiyanın əsas açarıdır 

17:40
04 Avqust

Bakı-Bişkek münasibətləri məzmun və miqyas baxımından əhəmiyyətli dərəcədə inkişaf edib

17:38
04 Avqust

Rizvan Nəbiyev: Azərbaycan–İsveçrə parlamentlərarası əlaqələrinin inkişafı üçün böyük potensial var

17:36
04 Avqust

Azərbaycan Mərkəzi Asiya siyasətini ardıcıl şəkildə genişləndirir

17:35
04 Avqust

Türkiyə HHQ-nin yeni komandanı təyin edilib

17:34
04 Avqust

Azərbaycan–İsveçrə münasibətləri: Strateji tərəfdaşlığın yeni inkişaf mərhələsi 

17:00
04 Avqust

2027-ci ildə Azərbaycan–Ermənistan sərhədinə qədər yol layihələrinin tamamlanması planlaşdırılır 

16:55
04 Avqust

Ekspert: Azərbaycan–Mərkəzi Asiya strateji tərəfdaşlığı regionda yeni əməkdaşlıq modeli formalaşdırır

16:50
04 Avqust

Professor: Manata etimadın artması makroiqtisadi sabitliyin mühüm göstəricisidir

16:45
04 Avqust

Futbol üzrə Azərbaycan I Liqasında yeni mövsümün püşkü atılıb

16:40
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:37
04 Avqust

N.E.Cahidzadənin Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:36
04 Avqust

N.R.Hacıyevin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında

16:35
04 Avqust

R.Z.Rəhimlinin Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında

16:35
04 Avqust

Azərbaycan Mərkəzi Asiyanı Türkiyə və Avropa ilə birləşdirən etibarlı nəqliyyat-logistika körpüsüdür 

16:35
04 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!