06 Oktyabr 2026 16:46
183
SİYASƏT
A- A+
İdeoloji hədəflər

İdeoloji hədəflər


Milli köklərə və dəyərlərə möhkəm bağlı olan cəmiyyət hər cür yad təsir qarşısında sarsılmazdır 


Dünyada sürətlə dəyişən siyasi mənzərə, beynəlxalq hüququn işləmədiyi şərait və güc amilinin ön plana çıxması ideoloji müstəvidə də ölkələrin tam müstəqilliyini zəruri edir. Bu baxımdan, ideoloji təhlükəsizlik məsələsi hərbi və fiziki təhlükəsizliklə eyni dərəcədə həyati və strateji əhəmiyyət daşıyan vacib istiqamət kimi irəli sürülür. Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqi həm də müasir dövrün mürəkkəb geosiyasi reallıqları fonunda Azərbaycanın milli dövlətçilik konsepsiyasının əsas istiqamətlərini özündə ehtiva edir. 


Milli ideologiyamız daha da möhkəmləndirilməlidir


Müasir dövrdə informasiya müharibələri, kibertəhdidlər və süni intellekt texnologiyalarının sürətli inkişafı sərhəd tanımayan yeni təhlükə mənbələri formalaşdırır. Klassik təhdidlərdən fərqli olaraq, ideoloji təxribatlar bilavasitə cəmiyyətin daxili həmrəyliyinə, gənclərin şüuruna və milli-mənəvi dəyərlər sisteminə hədəflənir. 

Bu gün Azərbaycana qarşı yönələn təzyiq və təxribat cəhdləri xüsusilə xaricdə formalaşdırılan azərbaycandilli media platformaları və sosial şəbəkə resursları vasitəsilə həyata keçirilir. Xaricdən idarə olunan bu cür platformaların ana xətti cəmiyyətdəki sarsılmaz xalq-dövlət birliyini zəiflətmək, müstəqil xarici siyasət kursumuza kölgə salmaq və ölkəni kənar güclərin təsir dairəsinə salmaqdır. İdeoloji məkanın bu cür zəhərli təsirlərdən təmizlənməsi dövlət suverenliyinin qorunmasının ayrılmaz şərtidir.

Bu reallıq informasiya və ideoloji məkanın yad, zərərli ünsürlərdən qorunmasını və milli ideologiyamızın daha da  möhkəmləndirilməsini dövlətin və cəmiyyətin birinci dərəcəli vəzifəsinə çevirir. 

 “Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur... ... Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”, - deyə ölkəmizin rəhbəri bu mühüm məqama çıxışında xüsusi vurğu etdi. 

Azərbaycanın dünyada və yerləşdiyi geosiyasi regionda “təhlükəsizlik və sabitlik adası” kimi tanınması təsadüfi xarakter daşımır. Bu, illər boyu aparılan ardıcıl, düşünülmüş və milli maraqlara əsaslanan dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Bölgədə və dünyada hərbi münaqişələrin, siyasi böhranların, xaosun və sosial gərginliklərin dərinləşdiyi bir dövrdə Azərbaycanda mövcud olan əmin-amanlıq xalqımızın ən böyük milli sərvətlərindən birinə çevrilib.


Milli dəyərlərə və dövlətçilik ideologiyasına sadiqlik


Ölkəmizdəki təhlükəsizlik mühitinin ən möhkəm sütunlarından biri sarsılmaz xalq-dövlət birliyidir. Dövlət sərhədlərinin qorunması, müasir hərbi texnologiyaların tətbiqi və güclü ordu faktoru daxili sabitliyi xarici hərbi təhdidlərdən tam sığortalayır. Eyni zamanda, ölkə daxilində hər hansı ideoloji və ya fiziki risk mənbəyinin olmaması, cəmiyyətin milli dəyərlərə və dövlətçilik ideologiyasına sadiqliyi ideoloji təhlükəsizliyin də yüksək səviyyədə təmin edilməsinə şərait yaradır.

Fərqli millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu vahid ailə kimi, təhlükəsiz və dinc şəraitdə yaşaması Azərbaycanın zəngin milli-mənəvi dəyərlərinin təzahürüdür. Bu unikal birgəyaşayış modeli kənardan cəmiyyətimizə yönələn ideoloji təxribatlara və bölüclük cəhdlərinə qarşı aşılmaz sipər rolunu oynayır.

YAP-ın VIII qurultayındakı nitqində  dövlətimizin başçısı ölkədəki sabitliyə və xaricdən gələn təzyiqlərə qarşı cavab mexanizminə bu sözlərlə toxundu: “Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var... ... Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın”.

İdeoloji təxribatların və psixoloji hücumların qarşısını almaq üçün ən etibarlı qalxan maariflənmiş cəmiyyət, güclü təhsil sistemi və yüksək vətənpərvərlik ruhudur.  Təhsilli, analitik düşüncəyə malik gənclik dezinformasiyalara, şayiələrə və zərərli ideoloji cərəyanlara qarşı təbii dözüm qazanır. 

Xalqımızın əsrlər boyu formalaşmış zəngin milli-mənəvi dəyərləri, ailə institutu, həmrəylik və dözümlülük ənənələri onun mənəvi kimliyidir. Bizim kənardan təlqin olunan ideoloji modellərə, süni dəyərlərə və ya kiminsə “yol göstərməsinə” ehtiyacımız yoxdur.  

Azərbaycanın nümayiş etdirdiyi daxili həmrəylik, müstəqil inkişaf yolu və öz gücünə arxalanmaq prinsipi bu gün dünyada bir çox ölkələr üçün nümunəvi inkişaf modelidir. Öz milli köklərinə və dəyərlərinə möhkəm bağlı olan cəmiyyətimiz hər cür ideoloji təxribat qarşısında sarsılmazdır. 

Xalqımızın həmrəyliyi, dövlətimizin qüdrəti, ölkə liderimizin qətiyyətli siyasəti ilə  Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində Azərbaycan reallıqlarını dünya da əyani şəkildə görüb.  


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hazır ol, İstanbul! Formula 1-in möhtəşəm dönüş tarixi bəlli oldu

17:33
06 Oktyabr

Başımızın çəkisi necə artır ?

17:07
06 Oktyabr

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB

16:48
06 Oktyabr

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb  

16:47
06 Oktyabr

İdeoloji hədəflər

16:46
06 Oktyabr

“ChatGPT” yazdığı mətnlərə görünməz su nişanı əlavə edəcək  

16:43
06 Oktyabr

Suverenlik missiyası  

16:31
06 Oktyabr

ABŞ və Avstraliya “HACM” yeni hipersəsli raketini sınaqdan keçirib  

16:25
06 Oktyabr

Cənubi Koreyadan süni intellektlə kibertəhdidlərə qarşı addım  

16:23
06 Oktyabr

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

16:20
06 Oktyabr

Biləcəri–Yalama xəttində sürət artacaq

16:14
06 Oktyabr

Sentyabrda 110 aptek yoxlanılıb - 26-da nöqsan aşkarlanıb

16:09
06 Oktyabr

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik  

16:05
06 Oktyabr

Ürək-damar xəstəlikləri dünyada əsas ölüm səbəbi olaraq qalır

15:58
06 Oktyabr

Azərbaycan Prezidenti: Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik  

15:51
06 Oktyabr

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına  

15:50
06 Oktyabr

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

15:47
06 Oktyabr

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

15:44
06 Oktyabr

Azərbaycanın yeni inkişaf mərhələsinin strateji hədəfləri

15:34
06 Oktyabr

Korrupsiya ilə bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında yeni qanun layihəsi müzakirə olunur  

15:16
06 Oktyabr

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir  

15:13
06 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!