16 Oktyabr 2026 10:09
159
İQTİSADİYYAT
A- A+
İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir  

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir  


Dövlət büdcəsi kəsirinin ümumi daxili məhsula (ÜDM) nisbətinin 2027-2030-cu illərdə ortalama 2,2 faiz təşkil edəcəyi proqnozlaşdırılır.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, 2027-ci ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 146 milyon manat, növbəti üç ildə isə müvafiq olaraq 3 milyard 342 milyon manat, 3 milyard 554,1 milyon manat və 3 milyard 659,5 milyon manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin əvvəlki illərdə olduğu kimi, özəlləşdirmədən daxilolmalar, borclanma hesabına daxilolmalar (xarici və daxili) və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.

Müəyyən olunmuş bir sıra prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üçün beynəlxalq maliyyə institutlarından xarici borcun cəlb edilməsi məqsədilə müvafiq prosedurlara artıq başlanıldığından, imzalanacaq borc sazişləri üzrə cəlb olunacaq kredit vəsaitləri kəsirin maliyyələşmə mənbəyində payının artmasını şərtləndirəcəkdir. Yeni makro-fiskal çərçivənin tətbiqi ilə əlaqədar qarşıya qoyulmuş hədəflərə uyğun olaraq uzunmüddətli dövrdə daxili və xarici borclanma təsdiq edilmiş limitlər çərçivəsində istifadə ediləcəkdir. Bu hədəfin təmin edilməsi üçün dövlət qiymətli kağızlarının və istiqrazlarının emissiyası ilə daxili maliyyə bazarlarının inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılacaq. Bununla yanaşı, 2027-ci ildə 2 milyard 757,9 milyon manat məbləğində proqnozlaşdırılan icmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qızıl və gümüş bahalaşıb

10:46
16 Oktyabr

Azərbaycan nefti 119 dollara satılır

10:37
16 Oktyabr

Birjalarda neft ucuzlaşıb

10:33
16 Oktyabr

Azərbaycanın sədrliyi AQEM-in potensialını daha da gücləndirir  

10:29
16 Oktyabr

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir  

10:09
16 Oktyabr

Azərbaycan qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm tərəfdaşdır

10:05
16 Oktyabr

Dünya növbəti iqlim sınağı qarşısındadır

10:00
16 Oktyabr

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb  

09:57
16 Oktyabr

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

09:54
16 Oktyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib  

09:53
16 Oktyabr

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib  

09:51
16 Oktyabr

Pakistanda faciə: məktəbin damının uçması nəticəsində azı 34 şagird və müəllim həlak olub

09:50
16 Oktyabr

Bütöv Asiyanın etimad körpüsü və qlobal dialoq mərkəzi: Bakı AQEM zirvəsinin strateji əhəmiyyəti

09:48
16 Oktyabr

İsveç parlamenti sosial demokratlar liderinin baş nazirliyə namizədliyini rədd edib

09:40
16 Oktyabr

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

09:30
16 Oktyabr

Breq oynayan «qocalar»

09:30
16 Oktyabr

AQEM-in Bakı sammiti Azərbaycanın beynəlxalq mövqeyini və regional əməkdaşlıq imkanlarını gücləndirir  

09:29
16 Oktyabr

"Bir az Rəsul Rzadı, bir az da Əli Kərim"

09:20
16 Oktyabr

Sənətə sədaqətin əbədi mükafatı

09:10
16 Oktyabr

Dəyişən zaman, dəyişməyən "Böyük dayaq"

09:00
16 Oktyabr

Müharibənin 43-cü günü şəhid oldu

08:50
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!