23 Dekabr 2025 08:45
170
SİYASƏT
A- A+
Humanizm dəyərlərinin təcəssümü

Humanizm dəyərlərinin təcəssümü


Prezident İlham Əliyev tərəfindən amnistiya elan olunması təşəbbüsünün irəli sürülməsi və Milli Məclisin dekabrın 19-da keçirilən iclasında qəbul edilən qərar ölkə ictimaiyyəti və hüquq ekspertlərinin diqqət mərkəzindədir. 

Prezidentin bu təşəbbüsü yalnız hüquqi dəyişiklik kimi deyil, eyni zamanda dövlətin humanist dəyərlərə verdiyi əhəmiyyətin bariz göstəricisidir. Bu, cəmiyyətin bütün təbəqələri üçün ədalət və mərhəmət prinsiplərinə söykənərək hazırlanan dərin sosial-hüquqi təşəbbüsdür. Vətən müharibəsi iştirakçıları, şəhid ailələrinin üzvləri və onların yaxınları bu aktdan yararlanacaqlar. Ona görə bu təşəbbüs vətən və şəhid məfhumunun, müharibə iştirakçısının dövlət başçımız üçün son dərəcə həssas amil olduğunu sübut edir.


Amnistiya təşəbbüsü dərin mənəvi və sosial əhəmiyyətə malikdir


Prezident İlham Əliyevin amnistiya təşəbbüsünə humanist yanaşmasının əsas göstəricisi ədalət, mərhəmət və cəmiyyətə reinteqrasiya prinsiplərinə vurğu edilməsidir. Əfv və amnistiya institutları yalnız hüquqi vasitə deyil, həm də sosial ədalətin, insan ləyaqətinə hörmətin və insan hüquqlarının təmin olunmasının hüquqi ifadəsidir. Belə yanaşma dövlətin potensialı və gücünün yalnız iqtisadi və hərbi amillərlə deyil, insanlara qarşı münasibətində ölçüldüyünü göstərir. 

Milli Məclisin qəbul etdiyi amnistiya qərarı təxminən 20 mindən artıq şəxsi əhatə edəcək ki, bu da ölkə tarixində ən böyük amnistiya olacaq. Bu geniş əhatə sosial ədalət anlayışının yalnız hüquqi çərçivədə qalmadığını, həm də real həyat şəraitində insanların taleyinə müsbət təsiretmə potensialına malik olduğunu göstərir. 

Prezident İlham Əliyevin təşəbbüsü humanizm və sosial ədalətə söykənən dövlət siyasətinin davamı, Azərbaycanın hüquqi-sosial müstəvidə humanizmə verdiyi önəmin əyani ifadəsidir. Belə amnistiya aktları cəmiyyətin müxtəlif təbəqələri arasında qarşılıqlı hörmət və inteqrasiyanı gücləndirir və sosial münasibətlərdə daha dərin anlayışın formalaşmasına şərait yaradır. Bu cür humanist yanaşma ənənəvi humanitar dəyərlərin hüquq sistemi vasitəsilə həyata keçirilməsini və cinayət sistemində yalnız cəzalandırma yox, həm də bərpaedici ədalət prinsiplərinin tətbiqini nəzərdə tutur. Eyni zamnanda belə  qərarlar humanist dəyərləri dövlət siyasətinə inteqrasiya edir, sosial ədalət və mərhəmət prinsiplərini ön plana çıxarır, minlərlə insanı cəmiyyətə reinteqrasiya etməklə dövlət-cəmiyyət münasibətlərini daha güclü və harmonik edir. 

Amnistiya təşəbbüsləri eyni zamanda cəmiyyətin inkişafı üçün dərin mənəvi və sosial təsirlərə malik addımlardır, hansı ki, insanın hüquq və azadlıqlarına hörmət əsasında dövlətin sosial məsuliyyətini daha da gücləndirir.


Amnistiya aktı və hüquq


Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin hüquq siyasəti təkcə daxili qanunvericiliklə deyil, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi fundamental sənədlər və humanitar hüquq prinsipləri ilə ölçülür. Bu baxımdan Milli Məclisin qəbul etdiyi amnistiya qərarı yalnız milli hüquqi təşəbbüs deyil. Bu həm də BMT-nin insan hüquqları və humanizmə əsaslanan konsepsiyalarına uyğun siyasi-hüquqi addım kimi qiymətləndirilə bilər.

BMT sistemində amnistiya anlayışı birbaşa normativ sənəd kimi tənzimlənməsə də, onun mahiyyəti və məqsədləri bir sıra əsas sənədlərdə öz əksini tapır. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (1948) 1-ci maddəsi insan ləyaqəti və bərabərliyi, 3-cü maddəsi yaşamaq və təhlükəsizlik hüququ, 5-ci maddəsi qeyri-insani və ləyaqəti alçaldan rəftarın qadağan olunması, 10-cu və 11-ci maddələri isə ədalətli məhkəmə və humanist cəza prinsiplərini təsbit edir. Amnistiya aktı məhz bu müddəaların praktik ifadəsidir. Cəzanın yalnız repressiv deyil, insanın islahı və cəmiyyətə qaytarılması məqsədi daşıması BMT-nin insan mərkəzli yanaşması ilə tam uyğunluq təşkil edir.

Bu sənəddə açıq şəkildə qeyd olunur ki, cəza sisteminin əsas məqsədi reinteqrasiya və sosial adaptasiya olmalıdır. Dövlətlər həbs cəzasına alternativ mexanizmlərdən və humanist hüquqi vasitələrdən istifadə etməlidir. Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən Amnistiya aktı az təhlükəli cinayətlərə görə cəza çəkən şəxslərin azadlığa buraxılmasını, cəza müddətlərinin azaldılmasını, sosial həssas qrupların prioritet tutulmasını nəzərdə tutur. Bu yanaşma BMT sənədi kimi təşviq olunan "Nelson Mandela Qaydaları"nın ruhuna tam uyğundur və BMT-nin tövsiyə etdiyi bərpaedici ədalət modelini əks etdirir.

BMT-nin postmünaqişə cəmiyyətləri ilə bağlı sənədlərində aşağıdakı prinsiplər önə çəkilir: Barışıq və milli həmrəyliyin təşviqi, cəmiyyətin parçalanmasının qarşısının alınması, repressiv deyil, inklüziv hüquq siyasətinin tətbiqi. Azərbaycanın Amnistiya aktı Vətən müharibəsindən sonrakı dövrdə qəbul edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu addım müharibənin sosial-psixoloji nəticələrinin yumşaldılmasına, cəmiyyətdə humanist münasibətlərin güclənməsinə, dövlətlə vətəndaş arasında etimadın möhkəmləndirilməsinə xidmət edir. Bu, BMT-nin postmünaqişə yanaşmalarında tövsiyə edilən "ədalət və mərhəmət balansı" prinsipinin real tətbiqidir.

BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16-cı bəndində göstərildiyi kimi, ədalətə çıxışın genişləndirilməsi, insan hüquqlarının qorunması, hüquqi institutlara etimadın artırılması əsas hədəf kimi müəyyən edilir. Amnistiya aktı hüquq sisteminin humanist xarakterini gücləndirir, cəmiyyətin dövlət institutlarına inamını artırır, sosial ədalətin real mexanizmlərlə təmin olunmasına şərait yaradır.

BMT sənədləri ilə müqayisəli təhlil göstərir ki, Azərbaycan modeli üstün durumdadır. İnsan ləyaqətinə əsaslanan hüquq siyasəti, geniş sosial əhatə və inklüziv yanaşma, postmünaqişə barışığına töhfə, humanizm və dövlət maraqlarının balanslaşdırılması kimi üstünlüklər Azərbaycanın beynəlxalq humanitar hüquq müstəvisində məsuliyyətli və mütərəqqi dövlət modeli formalaşdırdığını göstərir. 

Milli Məclisin qəbul etdiyi amnistiya qərarı BMT-nin insan hüquqları, humanitar hüquq və dayanıqlı inkişaf prinsipləri ilə səsləşən strateji hüquqi sənəddir. Bu təşəbbüs sübut edir ki, Azərbaycan humanizmi dövlət siyasətinin mərkəzinə qoyur, beynəlxalq hüquqi öhdəliklərə sadiqdir, ədaləti yalnız cəza ilə deyil, mərhəmət və sosial məsuliyyətlə təmin edir. Nəticə etibarilə bu Amnistiya aktı Azərbaycan dövlətinin insanyönümlü, beynəlxalq standartlara uyğun və gələcəyə hesablanmış hüquq siyasətinin bariz nümunəsidir.


Azərbaycan təcrübəsinin beynəlxalq müqayisəsi


Müasir dövrdə amnistiya institutları yalnız daxili hüquqi mexanizm deyil, eyni zamanda humanitar hüququn və ümumbəşəri dəyərlərin praktik tətbiq forması kimi çıxış edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi amnistiya aktı bu baxımdan təkcə milli hüquq sistemi çərçivəsində deyil, həm də beynəlxalq humanitar hüquq və qlobal təcrübə fonunda diqqətəlayiq nümunədir. Bu təşəbbüs insan hüquqlarının qorunması, sosial ədalətin təmin edilməsi və cəmiyyətə reinteqrasiya prinsipləri baxımından dünyanın bir sıra qabaqcıl ölkələrində tətbiq olunan humanist modellərlə səsləşir.

Beynəlxalq humanitar hüquqda amnistiya xüsusilə silahlı münaqişələrdən sonra cəmiyyətin normallaşdırılması və barışığın təmin edilməsi üçün tövsiyə olunan mexanizmlərdən biridir. 1949-cu il Cenevrə konvensiyaları və onlara əlavə protokollarda münaqişədən sonrakı mərhələdə genişmiqyaslı repressiyaların qarşısının alınması, insan ləyaqətinin qorunması və sosial sabitliyin təmin edilməsi əsas məqsəd kimi göstərilir.

Bu çərçivədə amnistiya cəzayönümlü yanaşmadan bərpaedici ədalətə keçidi, insan hüquqlarına hörmətin praktik ifadəsini, cəmiyyətin parçalanmasının qarşısının alınmasını təmin edən vasitə kimi qəbul edilir. Azərbaycanın Amnistiya aktı məhz bu yanaşmaya uyğun olaraq hazırlanıb və humanitar hüququn ruhunu özündə əks etdirir. Avropa ölkələri, xüsusən Fransa, İtaliya və İspaniya kimi ölkələrdə amnistiya aktları adətən milli bayramlar, konstitusion islahatlar, münaqişədən sonrakı barışıq mərhələləri ilə bağlı qəbul edilir.

Cənubi Afrika Respublikası aparteid rejimindən sonra qəbul etdiyi amnistiya siyasəti ilə beynəlxalq humanitar hüquqda yeni mərhələ yaratdı. Burada əsas məqsəd cəmiyyətin intiqam üzərində deyil, barışıq üzərində qurulması idi. Kolumbiya isə uzun illər davam edən daxili münaqişədən sonra geniş amnistiya proqramları tətbiq edərək minlərlə insanın cəmiyyətə reinteqrasiyasına nail oldu. Azərbaycanın amnistiya təşəbbüsü də postmünaqişə dövrünün çağırışlarına cavab verir. Vətən müharibəsindən sonra atılan bu addım münaqişənin sosial izlərini yumşaltmaq, cəmiyyət daxilində həmrəyliyi gücləndirmək, insan kapitalını qorumaq məqsədi daşıyır.

Polşa, Macarıstan və Çexiya kimi Şərqi Avropa ölkələrində isə keçid dövründə qəbul edilən amnistiyalar hüquqi islahatların ayrılmaz hissəsi olub. Azərbaycanın Amnistiya aktı da hüquqi islahatların davamı kimi çıxış edir və beynəlxalq təcrübədə qəbul olunmuş "insan mərkəzli hüquq siyasəti" modelinə uyğundur. Beynəlxalq müqayisə göstərir ki, Azərbaycan modelini fərqləndirən əsas cəhətlər aktın minlərlə insanı əhatə etməsi, sosial həssas qruplara xüsusi diqqət, güclü dövlət idarəçiliyi ilə mərhəmətli hüquq siyasətinin uzlaşdırılmasıdır. Bu xüsusiyyətlər Azərbaycanı beynəlxalq humanitar hüquq praktikası fonunda müsbət nümunə kimi önə çıxarır.


Aydın HÜSEYNOV, 

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməlini qoyub YENİLƏNİB  

17:53
23 Dekabr

Beynəlxalq Nəqliyyat Forumunun statistik bülletenində Azərbaycan üzrə müsbət dinamika qeyd edilib  

17:51
23 Dekabr

Vəkillər Kollegiyası intizam pozuntusuna yol verən 6 vəkillə bağlı qərar qəbul edib  

17:04
23 Dekabr

Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılıb YENİLƏNİB  

16:55
23 Dekabr

Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb YENİLƏNƏCƏK 

16:53
23 Dekabr

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib YENİLƏNİB  

16:52
23 Dekabr

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən  

16:50
23 Dekabr

Ədliyyə nazirinin müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib

16:41
23 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

16:39
23 Dekabr

Dövlətimizin başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib YENİLƏNİB  

16:28
23 Dekabr

Cevdet Yılmaz: Türkiyə COP31-in keçirilməsində Azərbaycanın təcrübəsindən istifadə edəcək  

16:27
23 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşların müraciətlərini dinləyib  

16:26
23 Dekabr

Viktor Orban: Ukrayna ilə bağlı ABŞ-Rusiya danışıqları sülhlə nəticələnə bilər  

16:25
23 Dekabr

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib YENİLƏNİB  

16:24
23 Dekabr

Azərbaycan və Mərakeş uşaqların rəqəmsal mühitdə müdafiəsi üzrə əməkdaşlığı gücləndirir  

16:22
23 Dekabr

Bölgələrdə yeni DOST mərkəzləri tikilir  

16:21
23 Dekabr

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub YENİLƏNƏCƏK  

16:20
23 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:00
23 Dekabr

İran tərəfi ailə, qadın və uşaq məsələləri üzrə Azərbaycanla birgə əməkdaşlıq təklif edib  

15:59
23 Dekabr

Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır  

15:56
23 Dekabr

Azərbaycan ilə Türkiyə arasında dini sahədə əməkdaşlıq məsələsi müzakirə olunub  

15:55
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!