29 Dekabr 2024 08:10
162
SİYASƏT
A- A+
Həqiqət etiraf olundu

Həqiqət etiraf olundu


Rusiya Prezidenti Vladimir Putin təyyarəmizin qəzaya düşməsi ilə bağlı üzrxahlıq etdi


Dekabrın 25-də Bakı-Qroznı (Rusiya) reysini yerinə yetirən "Embraer 190" tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatının baş verməsi xalqımıza matəm yaşatdı. 38 nəfərin həlak olması, 29 nəfərin xəsarət alması ilə nəticələnən faciənin başvermə səbəbləri ilk gündən diqqət mərkəzində idi.


İlkin qənaət ondan ibarət idi ki, qəza kənar müdaxilə nəticəsində baş verib


Təyyarə qəzası baş verən andan Prezident İlham Əliyevin xüsusi nəzarətindəydi. Xatırladaq ki, dekabrın 25-də Sankt-Peterburq şəhərində keçiriləcək MDB-yə üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə bu ölkənin hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilmiş və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq vermişdi. Təyyarədə olarkən dövlət başçısı tərəfindən qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına lazımi tapşırıqlar verilmişdi.

Təyyarə Bakıya endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirmişdi. "Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq", - deyə Prezident İlham Əliyev müşavirədə bildirmişdi.

Prezident İlham Əliyevin sərəncamı ilə baş vermiş hadisənin səbəblərini araşdırmaq və müvafiq tədbirlər görmək məqsədilə Baş nazir Əli Əsədovun sədrliyi ilə Dövlət Komissiyası yaradılmış, Azərbaycan nümayəndələrindən ibarət heyət dərhal qəzanın baş verdiyi Aktau şəhərinə ezam olunmuşdu. O cümlədən Prezidentin tapşırığına uyğun olaraq zəruri vasitələrlə təchiz edilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təcrübəli psixoloq, həkim və xilasedicilərindən ibarət qrup da Aktau şəhərinə göndərilmiş, həlak olanların şəxsiyyətlərinin dəqiqləşdiriləmsi, yaralıların vəziyyəti xüsusi diqqət mərkəzində saxlanılmışdı. 

Qeyd edək ki, qəzadan sonra gəlinən ilkin qənaət ondan ibarət idi ki, hadisə təyyarə Rusiya ərazisində olarkən kənar müdaxilə nəticəsində baş verib. Bu qənaətə gəlməyə təyyarənin qalıqlarının vəziyyəti və şahid ifadələri  əsas verirdi. Belə ki, qəzadan sonra zərərçəkən sərnişinlər və bələdçilər təyyarə Qroznı şəhərinin üzərində olarkən partlayış səsi eşitdiklərini bildiriblər. Təyyarənin qalıqlarının üzərində isə kənar müdaxilənin nəticəsi olan deşik izlərini görmək mümkündür.

Artıq həqiqət  tam aydındır. Dekabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edən Rusiya Prezidenti Vladimir Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.


Dövlət öz vətəndaşının yanındadır


Ümumiyyətlə, Azərbaycan dövlətinin insan amilini hər zaman xüsusi diqqət mərkəzində saxladığını və bunun Prezident İlham Əliyev siyasətində mənəvi bir məsələ olduğunu çoxsaylı misallarla göstərmək olar. Bu sırada əvvəldən proqnozlaşdırılmayan hadisələr və ekstremal situasiyalarda dövlətimizin çevik reaksiyası, aidiyyəti qurumların operativ fəaliyyətə keçmələri xüsusi qeyd olunmalıdır. Məsələn, dövlətimizin başçısı hələ 2004-cü ildə Lənkəran şəhərində yaşayış binasının uçmasına çevik reaksiya göstərmiş, dərhal hadisə yerinə getmiş, zərərçəkənlərə maddi yardım göstərilməsi üçün tapşırıqlar vermişdi. Prezidentin 2005-ci ildə metronun "İçərişəhər" stansiyasının eskalatorundakı nasazlıq üzündən ciddi xəsarətlər almış vətəndaşlara, eləcə də həmin ilin dekabrında təyyarə qəzasında həlak olanların yaxınlarına və yaralananlara zəruri yardımlar edilməsi barədə göstəriş verməsi də daim xüsusi xatırlanır. 

2007-ci ilin avqustunda Yasamal rayonu ərazisində insan tələfatı ilə nəticələnən hündürmərtəbəli binanın uçması zamanı da ən böyük mənəvi dəstək İlham Əliyevdən gəldi. 2010-cu ilin may ayında Sabirabad və Saatlı rayonlarında sel, 2012-ci ilin may ayında şimal-qərb bölgəsində  zəlzələ, 2015-ci ilin dekabrında neft yatağında texnogen qəza, 2019-cu ilin fevralında Şamaxı, İsmayıllı və Ağsu rayonlarında zəlzələ zamanı da ölkə ictimaiyyəti Prezident İlham Əliyevin həssas və çevik reaksiyasının  şahidi olub.

Bu il dekabrın 25-də baş verən təyyarə qəzası da bir daha göstərdi ki, Azərbaycan Prezidenti daim öz vətəndaşının yanındadır və onun ən böyük, ən etibarlı dayağıdır. Xalqımız bir daha dövlətimizin hər zaman öz vətəndaşının yanında olmasına şahidlik etdi. 


Qardaşlığın və həmrəyliyin təcəssümü


Aktauda qəzaya uğrayan təyyarəmizin köməyinə ilk olaraq Qazaxıstanın xilasediciləri və həkimləri yetişiblər. Onlar xəsarət alanları dərhal xilas edərək, lazımi tibbi dəstəyi göstəriblər.

Prezident İlham Əliyev dekabrın 27-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı xilasetmə işlərinin aparılması ilə bağlı qardaş ölkəyə şəxsən təşəkkürünü bildirib. Dövlətimizin başçısı bu işlərdə dərhal lazımi tədbirlər görən və yaralanan sərnişinlərin xilas olunmasında fəal iştirak edən Qazaxıstan xilasedicilərinin işini yüksək qiymətləndirib. Prezident İlham Əliyev Qazaxıstanın tibb personalına da təşəkkürünü çatdıraraq, onların xəsarət alanlara qayğı ilə yanaşmaları və peşəkarcasına tibbi xidmət göstərmələri ilə bağlı minnətdarlığını bildirib. Dövlətimizin başçısı Qazaxıstanın sadə vətəndaşlarının da Azərbaycanla həmrəylik göstərərək, bu işlərdə verdikləri dəstəyi bir daha dost və qardaş xalqlarımızın bir-birinə nə qədər bağlı olmasının göstəricisi kimi dəyərləndirib, bunun Azərbaycan ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirildiyini qeyd edib.

Ümumiyyətlə, Qazaxıstanın rəhbərliyi, müvafiq mərkəzi və icra orqanları hadisəyə baş verən andan operativ və çevik münasibət göstəriblər. Hadisə yerinə Qazaxıstanın Baş nazirinin müavini, fövqəladə hallar və nəqliyyat nazirləri, fövqəladə hallar üzrə nazir müavini və hökumət komissiyasının üzvləri gəliblər. Qısa müddətdə iki ölkənin aidiyyəti qurumları arasında koordinasiyalı fəaliyyətin və məlumat mübadiləsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın Baş naziri Əli Əsədov Qazaxıstanın ölkəmizdəki səfirliyinə gələrək, təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb. 

Qazaxıstan vətəndaşları hadisəyə biganə qalmayaraq xəsarət alanlara yardım etmək üçün qan veriblər. Azərbaycanın Astanadakı səfirliyinin və Aktaudakı baş konsulluğunun binalarının önünə gül dəstələri düzülüb, həlak olanların xatirəsi ehtiramla yad olunub. Bütün bunlar bir daha iki dövlətin və onların xalqları arasındakı qardaşlığın və həmrəyliyin təcəssümünə çevrildi.

Təyyarəmizin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində zərərçəkən vətəndaşlarımızın əksəriyyəti artıq ölkəmizə gətirilib. Dövlətimizin başçısının hadisə ilə bağlı çevik reaksiyası, həyata keçirdiyi tədbirlər qəzada əzizlərini itirmiş hər bir vətəndaşımıza böyük mənəvi təsəlli oldu.

Artıq təyyarənin  qəzaya uğramasının səbəbi aydındır. Azərbaycan tərəfi həmçinin günahkarların cəzalandırılmasını və kompensasiyanın ödənilməsini gözləyir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!