31 Dekabr 2025 08:20
175
SİYASƏT
A- A+
Həmrəylik qərbi azərbaycanlıların doğma yurda qayıdacaqlarına böyük inam yaradır

Həmrəylik qərbi azərbaycanlıların doğma yurda qayıdacaqlarına böyük inam yaradır


Xalqın  taleyi ilə bağlı böyük ideyalar yalnız fenomen şəxsiyyətlərin əzmkar fəaliyyəti ilə gerçəkləşir. Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail olmuşdur.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda İranla sərhədlərin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib. Bu təşəbbüs mərkəzi hakimiyyətin də dəstəyini qazanıb və artıq Yer kürəsində yaşayan bütün azərbaycanlılar bu günü bayram kimi qeyd edirlər.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan çox azərbaycanlı ilə əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Belə bir günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 

Ulu Öndər Heydər Əliyevin milli həmrəylik sahəsində xidmətlərini uğurla davam etdirən Prezident İlham Əliyevin "Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi haqqında" 2006-cı il 8 fevral tarixli sərəncamı ilə həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də IV qurultayların keçirilməsi ilə diaspor quruculuğu işinə əsaslı töhfələr vermişdir. 

Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarı ilə fəaliyyət göstərən diaspor təşkilatlarının 2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu da bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşmüşdür.

44 günlük Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaları xalqımızın möhtəşəm Qələbəsinə  layiqli töhfə olmuşdur. Bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bu gücün təməlində təkcə iqtisadi və hərbi qüdrətimiz deyil, həm də sarsılmaz birliyimiz dayanır. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları soydaşlarımızı birləşdirən əsas dəyərlər kimi hər birimizin düşüncəsinə hakim kəsilməlidir.

Ulu Öndər Heydər Əliyevin milli qürur rəmzinə çevrilmiş müdrik "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" ifadəsi dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi,  dilimizin, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması üçün dəyərli və əbədi öyüddür. 

Ona görə də dahi şəxsiyyətin dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı ideyaları hər zaman aktualdır.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident  İlham Əliyev həmin işi bu gün uğurla davam etdirir. Bunun ən bariz nümunəsi hazırkı Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaq üçün 2022-ci ilin ikinci yarısında Azərbaycan Qaçqınlar Cəmiyyətinin bazasında Qərbi Azərbaycan İcmasının yaradılmasıdır. İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Qərbi Azərbaycandan kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, həmin ərazilərdə Azərbaycan xalqının yaratdığı tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, soydaşlarımızın  doğma yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. 

Prezident İlham Əliyev 3 il öncə - dekabrın 24-də  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələlərlə bağlı demişdir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".

Bu barədə Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurası sədrinin müavini, Əməkdar elm xadimi Vaqif Şadlinski müxbirimizə açıqlamasında demişdir:

- Taleyüklü məsələlərdə Prezident İlham Əliyevin ideyalarını, fərman və sərəncamlarını rəğbətlə dəstəkləyən qərbi azərbaycanlılar  icmanın ətrafında daha mütəşəkklil formada birlik, həmrəylik nümayiş etdirirlər. İcmada Müşahidə, Ağsaqqallar, Ziyalılar, Qadınlar və Qəyyumlar şuraları, İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyası, Gənclər Birliyi, xarici ölkələrdəki nümayəndəliklər kimi strukturlar fəaliyyət göstərir. 8 yanvar 2023-cü ildə Qərbi Azərbaycan İcmasının tərkibində Elm komissiyası yaradılıb. 2023-cü ilin yanvarında müəllifi və təşəbbüskarı Prezident İlham Əliyev olan qərbi azərbaycanlıların Ermənistana qayıtması, qayıdışdan sonra onların Azərbaycan Respublikası ilə maneəsiz əlaqələrinə imkan verilməsi, Ermənistandakı mədəni irs nümunələrinin qorunması məsələlərini özündə ehtiva edən Qayıdış Konsepsiyası, 2024-cü ilin oktyabrında isə Azərbaycan Milli Məclisində Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılmışdır. Beləliklə, Qərbi Azərbaycan İcması Ermənistana qayıdış mövzusunu regional və beynəlxalq miqyasda, parlamentlərarası münasibətlərdə əlaqələndirmək imkanı əldə etmişdir.  

Qürurverici haldır ki, icmanın fəaliyyətə başladığı ilk aylarda BMT-nin katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Bununla 190-dan çox ölkə məsələ barədə xəbərdar olub.

İcma üzvlərinin sayında ildən-ilə artım müşahidə edilir, icmanın fəaliyyət coğrafiyası genişlənir. Hazırda Qərbi Azərbaycan İcmasının Gəncə, Sumqayıt şəhərlərində, habelə Goranboy-Naftalan bölgəsində nümayəndəlikləri və digər rayonlarda ofisləri fəaliyyət göstərir. Azərbaycandan kənarda Niderlandda nümayəndəlik açılıb. Qardaş ölkə olan Türkiyədə isə bu gün təxminən 1,5 milyon nəfərdən çox qərbi azərbaycanlı yaşayır. Qərbi Azərbaycan İcmasının ideya xəttini və fəaliyyətini dəstəkləyən Türkiyənin İzmir şəhərində icmanın Türkiyə ofisi yaradılıb. 

Nümayəndəliyin fəaliyyət istiqamətləri arasında Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri haqqında ictimaiyyəti məlumatlandırmaq, ardıcıl şəkildə Qərbi Azərbaycandan deportasiya olunan 300 mindən çox soydaşımızın beynəlxalq səviyyədə haqq və hüquqlarının bərpa olunması istiqamətində beynəlxalq təşkilatlarla işi gücləndirmək kimi məsələlər yer alır.

Sovet hökumətinin dəstəyi ilə öz tarixi torpaqlarından, dədə-baba yurdlarından zorla qovulan azərbaycanlılar Orta Asiya ölkələrində də çoxluq təşkil edir. Bunu ötən ilin sentyabr-oktyabr aylarında "Özbəkistanda yaşayan qərbi azərbaycanlılar" İctimai Birliyinin yaradılması da təsdiq edir. İctimai Birliyə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Yusif oğlu Abdullayev rəhbərlik edir. Birliyin  üzvləri  öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrini yüksək dəyərləndirir, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı yürütdüyü siyasətə tam dəstək olduqlarını deyirlər. Onlar da 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi  Gününü böyük təntənə ilə qeyd edən öz doğma torpaqlarından uzaq düşmüş digər soydaşlarımız kimi bu həmrəyliyin işığında öz yurdlarına qayıdacaqlarına böyük inam bəsləyirlər. 


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Güclü, qalib və nüfuzlu Azərbaycan dövləti hər bir azərbaycanlının qürur mənbəyidir

09:04
31 Dekabr

Həmrəylik gününün təsis olunması ideoloji birliyə yol açdı

09:02
31 Dekabr

Dünyanı birləşdirən bayram

08:45
31 Dekabr

Gücümüz həmrəyliyimizdir

08:40
31 Dekabr

2026-cı il "Şəhərsalma və Memarlıq İli"dir

08:35
31 Dekabr

Milli irs və müasirliyin vəhdəti

08:30
31 Dekabr

Əbədiyyət ömürlü şəxsiyyət

08:25
31 Dekabr

Həmrəylik qərbi azərbaycanlıların doğma yurda qayıdacaqlarına böyük inam yaradır

08:20
31 Dekabr

Davamlı sosial güvənlik, sürətli Böyük qayıdış və etibarlı müdafiə

08:15
31 Dekabr

İdmanın inkişafı dövlət siyasətinin prioritetidir

08:10
31 Dekabr

Parlamentin payız sessiyası başa çatdı

08:05
31 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müəllifi

08:00
31 Dekabr

Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında

02:16
31 Dekabr

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında

02:11
31 Dekabr

İcbari tibbi sığorta fondunun 2026-cı il büdcəsi haqqında

02:10
31 Dekabr

"Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:09
31 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol"un təsdiq edilməsi haqqında

02:09
31 Dekabr

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

02:08
31 Dekabr

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında

02:06
31 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi haqqında

02:04
31 Dekabr

R.N.Musabəyovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:03
31 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!