29 Dekabr 2024 08:35
189
İQTİSADİYYAT
A- A+
Həm də bağlar diyarı Azərbaycan

Həm də bağlar diyarı Azərbaycan


Bu, İlham Əliyevin aqrar islahatları sayəsində mümkün olub


Ərzaq təhlükəsizliyinin olduqca zəruri əhəmiyyət kəsb etdiyi müasir dövr  bütün dünyada kənd təsərrüfatının önəmini gündəmə gətirib. Əlverişli coğrafi iqlim xüsusiyyətlərinə malik ölkəmiz bu sahənin inkişafı üçün genış imkanlara malikdir. 

Azərbaycanda  əhalinin 45,5 faizi bölgələrdə yaşadığı  üçün bu sahənin genişləndirilməsi həm də insanların məşğulluğunun təmin olunması deməkdir.  Bütün bu və digər səbəblərdən dövlətimiz hələ neçə il əvvəl aqrar sektorun inkişafını  prioritetlər sırasına daxil edib. 

Ulu Öndər  Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra keçmiş SSRİ məkanında ilk dəfə Azərbaycanda torpaq islahatı keçirərək  kəndlini öz torpağının, öz taleyinin sahibi etdi. Lakin keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin  əvvəlindəki iqtisadi tənəzzül bu sahəyə də elə bir zərbə vurmuşdu ki, vəziyyəti düzəltmək üçün uzunmüddətli və genişmiqyaslı kompleks işlər görmək lazım idi. Çünki pambıqçılıq faktiki olaraq unudulmuş, üzüm plantasiyaları yerlə yeksan edilmiş, kəndli evini isitmək üçün bağındakı meyvə ağaclarını doğrayıb sobada yandırmaq məcburiyyətində qalmışdı. 

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan kəndini  hərtərəfli dirçəltmək üçün başladığı işləri uğurla davam etdirərək onlara yeni vüsət verdi. Bu mənada 2004-cü ildən icrasına başlanan, respublikanın regionlarının  sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramları  mühüm rol oynadı. 2015-ci il Azərbaycanda "Kənd təsərrüfatı ili" elan olundu. Başlanan işlərin  davamlı xarakter daşıması sahənin canlanmasına təkan verdi. Bütün bunlarla yanaşı, aqrar sahənin inkişafı üçün  yeni sənədlər imzalandı, yeni qərarlar verildi. Kənd təsərrüfatının müxtəlif sahələri üzrə dövlət proqramları qəbul edildi. Dövlət başçısının unudulmuş aparıcı kənd təsərrüfatı sahələrinin inkişafı ilə bağlı ölkənin ayrı-ayrı rayonlarında  keçirdiyi respublika müşavirələri xüsusi rol oynadı. 

Əlamətdar haldır ki, bölgələrdə kənd təsərrüfatına məqsədyönlü dəstək tədbirləri öz bəhrəsini verir. Maddi-texniki bazanın gücləndirilməsi, təsərrüfatlarda qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi məhsuldarlığı artırıb və bütövlükdə ölkə üzrə aqrar sektor yeni inkişaf mərhələsinə çıxıb. 

Aqrar sektorda gəlirli sahələrdən biri də meyvəçilikdir. Elə buradaca qeyd edək  ki,  cari il dekabrın 1-nə olan məlumata görə, ölkədə 1 milyon 309,3 min ton meyvə və giləmeyvə  toplanıb. Dövlət Statistika Komitəsi bunun  keçən ilin  eyni dövründəki göstəricidən 4,8 faiz çox olduğunu bildirib. 

Onu da xatırladaq ki, Azərbaycanda meyvəçiliyin qədim  tarixi var. Aqrar sektorun bu sahəsi demək olar ki, regionlar üzrə ixtisaslaşıb. Mütəxəssislərin qənaətləri belədir ki, tarixi ənənələr və coğrafi iqlim xüsusiyyətləri nəzərə alınmaqla  bölgələrimizin hər birində  meyvəçiliyi inkişaf etdirmək mümkündür. Tumlu meyvələr üzrə əsasən Quba-Xaçmaz, qərzəxli meyvələr (şabalıd, qoz, fındıq) üzrə Şəki-Zaqatala zonaları, çəyirdəkli (ərik, şaftalı) meyvələr üzrə Naxçıvan MR, quru subtropik meyvələr (nar, heyva) üzrə Kür-Araz yaxınlığı, sitrus meyvələri (naringi, portağal, feyxoa, limon) üzrə Lənkəran-Astara regionu, cənub bitkiləri (əncir, zeytun, püstə, badam və s.) üzrə Abşeron yarımadası ixtisaslaşıb.

Yeni şəraitdə meyvəçilik bir tərəfdən tarixən formalaşan ənənələr əsasında, digər tərəfdən innovativ texnologiyaların, yeni suvarma sistemlərinin tətbiqi ilə inkişaf etdirilir.  Odur ki,  meyvəçiliyin  bütün bölgələrdə sürətlə inkişafı müşahidə olunur.

Meyvəçilik sahəsində məhsul artımına, gəlirlərin çoxalmasına, idxaldan asılılığın azaldılmasına və ixrac potensialının yaranmasına ən çox dəstək verən intensiv bağlardır.  Sahənin mütəxəssislərinin  bildirdiyinə  görə, intensiv meyvə bağı dedikdə damcı suvarma sistemi ilə təmin olunmuş, bir  hektara müəyyənləşmiş sayda (məsələn, alma, armud, gilas, gavalı, şaftalı, ərik, alça, badam bağlarında minimum 650 ədəd) vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur. İntensiv bağlarda alma ağaclarının ara məsafəsi bir metrdən az olur. Ağaclara il ərzində müxtəlif aqrotexniki qulluq göstərilir -  dərmanlama, gübrələmə, budama işləri görülür. İntensiv bağçılığın əsas üstünlüklərindən biri də meyvə tinginin elə əkilən il məhsula düşməsidir. İllər keçdikcə məhsuldarlıq da yüksəlir. İntensiv bağların becərilməsi ilə yanaşı, yığımı və məhsulun qablaşdırılması da müasir üsullarla həyata keçirilir.

Hələ 2017-ci il  sentyabrın 3-də Prezident İlham Əliyev Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində demişdir: "Onu da qeyd etməliyəm və bizim təcrübəmiz göstərir ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı uğurla inkişaf edə bilməz. Çünki dövlət bütün lazımi tədbirləri görür, vəsait qoyur, infrastruktur yaradır, texnika ilə, gübrələrlə təmin edir, laboratoriyalar təşkil edilir. Bütün ölkə üzrə toxumçuluq, baytarlıq, aqrokimya laboratoriyaları təşkil olunub. Metodik tövsiyələr verilir. Eyni zamanda bu yaxınlarda yaradılmış tədarük-təchizat qurumu da fermerlərə kömək göstərir, məhsulu onlardan alır. Ona görə bu üç ənənəvi sahəyə çox böyük diqqət göstərilir və göstəriləcək. Əminəm ki, müşavirənin nəticəsində biz bu sahələrdə daha da sürətli inkişafı görəcəyik".

Deyilənləri birbaşa meyvəçilik sahəsinə də şamil etmək olar. İndiyədək ölkəmizdə onlarca intensiv bağçılıq təsərrüfatı yaradılıb. Abşeronda, Bakıətrafı qəsəbələrdə zeytun, badam bağları bərpa edilib. Bu ərazilər  tarixən zeytun və badam bağları ilə məşhur olub. İndi hər iki istiqamət üzrə ənənələr dirçəldilir. 

Yeni fındıq bağları da ölkədə bu məhsulun istehsalını artırıb. Təsadüfi deyil ki,  Azərbaycan fındıq istehsalına görə dünyada ön yerlərdən birini tutur. Fındıqçılıq  bir çox  rayonda inkişaf etdirilir. Lakin Zaqatala, Qax, Balakən, Qəbələ kimi rayonlarda fındıq bağlarının məhsuldarlığı kifayət qədər yüksəkdir. Bu da hər il yetişdirilən məhsulun böyük hissəsinin ixraca yönəldilməsinə imkan verir. İxracdan söz düşmüşkən qeyd edək ki, 2022-ci ildə Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarının ixrac dəyəri 1,14 milyard  dollar olub. Bunun da 39,3 faizini meyvə ixracı təşkil edib.

Göründüyü kimi, son illərdə intensiv meyvə bağlarının salınması üçün əkin subsidiyasının artırılması, habelə bu bağların becərilməsi üçün kənd təsərrüfatı texnika və avadanlıqlarına tətbiq edilən güzəştlər ölkədə meyvə istehsalının və ixracının artmasına səbəb olub. Məsələn, ölkənin ixrac potensialının artırılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü ildə Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarında intensiv üsulla salınacaq şaftalı, nektarin və ərik bağlarına 4000 manat əkin subsidiyası veriləcək. Bu meyvə bağlarının salınması üçün əkin subsidiyasının ayrılmasında əsas hədəf Mərkəzi Aran və Mil-Muğan iqtisadi rayonlarının iqlim uyğunluğundan istifadə edərək şaftalı, nektarin və ərik meyvələrinin tezyetişən sortlarının istehsalını genişləndirməklə Azərbaycan məhsullarının xarici bazardakı payını daha da artırmaqdır.

İntensiv bağlara respublikanın əksər rayonlarında rast gəlmək mümkündür. Hətta işğaldan azad olunmuş ərazilərimizdə qısa zamanda salınmış meyvə bağları indi bar verməkdədir.

Bu iş Quba-Xaçmaz zonasında geniş vüsət alıb. İntensiv bağlarının sahəsi ildən-ilə genişlənən rayonlardan biri də Masallıdır. Rayon ərazisində əsasən sitrus və giləmeyvə bağlarının, plantasiyaların salınmasına maraq daha böyükdür. İntensiv bağların salınmasına dövlət dəstəyi mexanizminin genişlənməsi, birdəfəlik əkin subsidiyalarının ayrılması, fermerlərin bağların salınmasına çəkdiyi xərclərin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması Lənkəran-Astara iqtisadi rayonunda, o cümlədən Masallıda həm intensiv bağların sahəsinin artmasına, həm də fermerlərin gəlirlərinin çoxalmasına müsbət təsir göstərir.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar veriləcək. 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası verilməsi nəzərdə tutulur.

Azərbaycanda yeni salınan intensiv qoz bağlarının da hər hektarına görə fermerə dövlət dəstəyi veriləcək. Aqrar Subsidiya Şurasının qərarına əsasən, bu il sentyabrın 1-dən gələn il mayın 31-dək ən azı 5 hektar sahədə salınmış, müasir suvarma sistemi ilə təmin olunmuş, hər hektarda 250 sertifikatlı ting əkilmiş intensiv qoz bağlarına görə birdəfəlik əkin subsidiyasının verilməsi nəzərdə tutulur. Qeyd olunan müddətdə salınan intensiv qoz bağlarının hər hektarına görə fermerə 3300 manat əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyasının verilməsində məqsəd intensiv bağlar salınmasına çəkilən xərclərin bir hissəsinin dövlət tərəfindən qarşılanması, intensiv bağların sahəsinin genişləndirilməsidir.

Respublikamızda meyvəçiliyin perspektiv inkişafına hesablanan müxtəlif tədbirlərin həyata keçirilməsi davam edir. Güzəştli kreditlərin verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, xarici ölkələrdə ticarət evlərinin yaradılması və digər ixracın təşviqi tədbirləri nəticəsində ölkəmizdə gəlirli sahə olan meyvəçilik bundan sonra daha sürətlə inkişaf edəcək, ixrac imkanları daha da artacaq.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!