30 Dekabr 2024 09:10
1064
İQTİSADİYYAT
A- A+
Azərbaycanın xarici iqtisadi əlaqələri getdikcə genişlənir

Azərbaycanın xarici iqtisadi əlaqələri getdikcə genişlənir


Dünya dövlətləri iqtisadi inteqrasiya yolu ilə öz istehsal güclərini, istehsalın səmərəliliyini və bütün bunların nəticəsində əhalinin rifahını yüksəltməyə səy göstərirlər. Bunun üçün bir çox hallarda beynəlxalq iqtisadi əlaqələrdən istifadə etmək lazım gəlir. Xarici dövlətlərlə qurulan həmin iqtisadi əməkdaşlığın inkişafı ilk növbədə ölkələrin qarşılıqlı əlaqələrinin genişləndirilməsini tələb edir. Bu zaman da əsas istiqamətlərdən biri beynəlxalq iqtisadiyyatı tənzimləyən müxtəlif təşkilatlarla işgüzar əlaqələr yaratmaqdan ibarət olmalıdır. 

Bu baxımdan, İqtisadiyyat Nazirliyinin atdığı addımlar intensivliyi və dinamikliyi ilə seçilir. Bir neçə gün əvvəl iqtisadiyyat nazirinin müavini Anar Axundovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiyaya səfər çərçivəsində Belqradda bu ölkənin dağ-mədən və energetika naziri Dubravka Cedoviç-Handanoviçlə görüşüb. Görüşdə SOCAR-ın və Serbiyanın müvafiq dövlət şirkətlərinin nümayəndələri iştirak ediblər. Görüş zamanı bildirilib ki, Azərbaycan Avropanın, o cümlədən Serbiyanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Ölkələrimiz arasında iqtisadi əlaqələr qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləri əsasında genişlənir. Energetika sahəsi ikitərəfli iqtisadi tərəfdaşlığın gücləndirilməsində önəmli faktordur. Tərəflər iqtisadi əməkdaşlığın möhkəmləndirilməsi məsələləri, o cümlədən Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının birgə tikintisi imkanları barədə müzakirə aparıblar.

Təbii ki, ölkəmizin xarici iqtisadi əlaqələri təkcə neft-qazla məhdudlaşmır. Azərbaycanda qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının genişləndirilməsi məqsədilə mühüm işlər görülüb. Belə ki, qanunvericilik bazası təkmilləşdirilib, ixrac mallarının istehsalı stimullaşdırılıb, ixracın infrastruktur təminatı yaxşılaşdırılıb. Sənaye zonalarının genişləndirilməsi, həmçinin potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin sayının artırılması nəticəsində sözügedən istiqamətdə görülən işlərin səmərəliliyi artırılıb ki, bu da ölkəmizin ticarət sahəsində əməkdaşlıq coğrafiyasının genişləndirilməsinə səbəb olub. 

Məhz bunun nəticəsində 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəmizin hüquqi və fiziki şəxsləri dünyanın 172 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, məhsullar 120 ölkəyə ixrac, 162 ölkədən isə idxal olunmuşdur.

Dövlət Gömrük Komitəsindən verilən məlumatlara əsasən, Dövlət Statistika Komitəsi bildirir ki, ölkənin xarici ticarət dövriyyəsinin 88,3 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Almaniya, ABŞ, Avstraliya, Çexiya, Hindistan, Xorvatiya, İsrail, Gürcüstan, Portuqaliya, Birləşmiş Krallıq, Bolqarıstan, İran, Yunanıstan, Rumıniya, Belarus, Qazaxıstan, İsveçrə, Ukrayna, Yaponiya və Türkmənistanla aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür. Ölkəyə daxil olmuş məhsulların ümumi dəyərinin 18 faizi Çinin, 17,9 faizi Rusiyanın, 11,5 faizi Türkiyənin, 6,2 faizi Avstraliynın, 5,5 faizi ABŞ-nin, 4,1 faizi Almaniyanın, 3,1 faizi İranın, 2,7 faizi İtaliyanın, 2,2 faizi Belarusun, 2,1 faizi Yaponiyanın, 2 faizi Koreyanın, 1,7 faizi Qazaxıstanın, 1,6 faizi Tükmənistanın, hər biri 1,4 faiz olmaqla Ukrayna və İsveçrənin, 1,3 faizi Birləşmiş Krallığın, 1,2 faizi Fransanın, 1,1 faizi Hindistanın, hər biri 1 faiz olmaqla Özbəkistan və Kanadanın, 0,9 faizi Braziliyanın, 0,8 faizi İspaniyanın, 11,3 faizi isə digər ölkələrin payına düşmüşdür.

Bundan başqa, Azərbaycanın ixrac məhsullarının artırılması iqtisadi şaxələndirmə ilə bağlı hədəflərə nail olunması baxımından  bu gün aktualdır. Yerli istehsalın dəstəklənməsi fonunda qeyri-neft ixrac imkanlarının artırılması əsas hədəf olaraq qalmaqdadır. Deyə bilərik ki, iqtisadiyyatın dayanıqlılığı praktik olaraq qeyri-neft sektorunun inkişafı ilə əlaqədardır. Ona görə də qeyri-neft sektorunun dəstəklənməsi ilə bağlı fəaliyyətlərin genişləndirilməsi olduqca vacibdir. Sözsüz ki, belə olan halda qeyri-neft sektoru üzrə ixracatın payının artırılması da prioritetdir. Bu baxımdan yanvar-oktyabr aylarında İtaliya, Türkiyə, Rusiya və Çexiyaya göndərilmiş məhsulların payı daha çox olmuşdur.

Qeyd edək ki, xarici iqtisadi əlaqələrin dinamik inkişafında Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair 2015-ci ildə qəbul olunmuş dövlət proqramı əhəmiyyətli rol oynayıb. Həmin proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirib. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərib. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər  YENİLƏNIB 

16:53
09 May

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

15:34
09 May

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

15:23
09 May

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb

15:16
09 May

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

15:14
09 May

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır

14:50
09 May

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

14:42
09 May

Tramp: Azadlıq layihəsinin davam etdirilməsinə ehtiyac yoxdur

14:15
09 May

15,9 min şəxsə əlillik təyin olunub

14:06
09 May

Avstraliyada bioyanacaq siyasəti 

13:57
09 May

Qlobal ərzaq böhranı riski artır  

13:47
09 May

Uşaqlar gələcəyimizdir  

13:18
09 May

“Airbnb”də süni intellekt dövrü

13:14
09 May

Bakıda şəhərsalma həftəsi təşkil olunacaq

13:06
09 May

Humanizmə xidmət edən missiya

12:52
09 May

İkinci dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

12:46
09 May

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12:44
09 May

Sabah hava əsasən yağmursuz olacaq

12:34
09 May

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

12:03
09 May

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

12:02
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:55
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!