10 Sentyabr 2024 23:11
387
İQTİSADİYYAT
A- A+
Haynz Syeqren: Dünya ölkələrinə COP29-da Azərbaycanda yaşıl enerji istehsalının tam sürətlə getdiyini öyrənmək imkanı yaranıb

Haynz Syeqren: Dünya ölkələrinə COP29-da Azərbaycanda yaşıl enerji istehsalının tam sürətlə getdiyini öyrənmək imkanı yaranıb

Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş xarici siyasəti sayəsində Azərbaycan ilə Avropa dövlətləri və digər qitə ölkələri arasında müxtəlif sahələrdə əlaqələrin qurulması sürətlə və uğurla inkişaf edir.

Avrasiyada İsveç Ticarət və Sənaye Palatasının baş direktoru Haynz Syeqren AZƏRTAC-a müsahibəsində Azərbaycan-İsveç ticari-iqtisadi əlaqələri, işgüzar dairələr arasında qarşılıqlı münasibətlərin qurulması perspektivi və noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 barədə danışıb.

- Haynz, siz Avrasiyada İsveç Ticarət və Sənaye Palatasının baş direktorusunuz. Bu palatanın missiyası İsveç və Avrasiya ölkələri arasında iqtisadi əlaqələri inkişaf etdirməkdən ibarətdir. Azərbaycan ilə İsveç arasında iqtisadi əlaqələrin hazırkı vəziyyəti necədir və gələcək əməkdaşlığa dair planlar varmı?

- İsveç-Azərbaycan ticarət əlaqələrinin zəngin tarixi var. Keçən il biz Nobel ailəsi tərəfindən Bakıda Bra Nobel neft sənayesi şirkətinin yaradılmasının 150 illiyini qeyd etdik. Bu, münasibətlərin gözəl və möhtəşəm sənaye inkişafının başlanğıcı oldu.

Amma bu günə kimi fəaliyyət göstərən şirkətlər də var. Məsələn, Azərbaycanda uzun müddətdir fəaliyyət göstərən telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” bu gün də rabitə sistemlərini qurur və ən yüksək səviyyədə kömək edir.

Hazırda 70 şirkət Ticarət və Sənaye Palatasının üzvüdür və onlar necə inkişaf etmək istədiklərinə, hansı ölkələrlə əməkdaşlıq etmək niyyətində olduqlarına özləri qərar verirlər.

- Ticarət və Sənaye Palatasının rolu konkret olaraq nədən ibarətdir? Şirkətlərə xaricdə biznes qurmağa necə kömək edirsiniz?

- Deyək ki, Ticarət və Sənaye Palatası Avrasiya ölkələrində biznesin aparılması şərtləri barədə şirkətləri və firmaları məlumatlandırmağa çalışdığımız platformadır. Biz əlaqələr, biznes sorğuları (əgər varsa) vasitəsilə biznesin yaradılmasına köməklik edirik. Bu, seminarlar, vebinarlar və ya ayda bir dəfə dərc etdiyimiz bülletenimiz vasitəsilə həyata keçirilir.

- Məlum olduğu kimi, 2020-ci ildə 44 günlük müharibə nəticəsində Azərbaycan ermənilər tərəfindən işğal olunmuş ərazilərini azad edib. Azərbaycanda, xüsusən də Qarabağda olmusunuz?

- Təəssüf ki, Qarabağa səfər etmək mənə hələ qismət olmayıb. Mən Bakıda və vaxtilə Azərbaycanın paytaxtı olmuş Gəncədə olmuşam. Azərbaycana səfər daha çox turizm xarakteri daşıyırdı. Qeyd edim ki, həm sovet dövründə, həm də ondan sonra bir neçə dəfə Bakıya getmişəm. Mən vaxtilə bələdçi işləmişəm və turist qrupları ilə Sovet İttifaqını çox gəzmişəm. Sonralar uzun illər bank sektorunda çalışmışam, İttifaqın banklarında və təbii ki, Bakıda olmuşam.

- Avqustun 28-də İsveç Xarici İşlər Nazirliyinin təşkil etdiyi və COP29 və Cənubi Qafqazda ticarət əlaqələrinə həsr olunmuş biznes seminarda iştirak etdiniz, burada Azərbaycanın İsveçdəki səfiri Zaur Əhmədovla yanaşı, İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson və Cənubi Qafqaz üzrə Ticarət Komissarı Mattias Lindqren çıxış ediblər. Onlar Azərbaycanla ticarət əlaqələrini və ümumiyyətlə, əlaqələrin inkişaf etdirilməsi imkanlarını necə qiymətləndirirlər?

- Bakıdakı səfirimiz Tobias Lorentzson iki ildir ki, oradadır və özünü yaxşı tərəfdən göstərib. O, Nobel qardaşları haqqında kitabın və bu yaxınlarda çəkilmiş filmin yaradılmasında dəstək göstərib. Lorentzson regionda İsveç şirkətlərinin biznesinin inkişafına çox müsbət yanaşır.

Bundan əlavə, hazırda Azərbaycanda iqtisadi inkişafa uyğun olaraq investisiyaların böyük inkişafı və artımı müşahidə olunur. Bu isə Azərbaycan hökumətinin günəş və külək kimi alternativ enerji mənbələrinin stimullaşdırılması üzrə investisiyalara və prioritetlərə paraleldir. Hətta Avropaya yaşıl enerji və elektrik ixrac etmək planları mövcuddur. Buna bizdə də tələbat var.

Tobias Lorentzson Azərbaycanda prioritet istiqamətlərdən biri olan turizmə investisiyalardan da danışıb. Ölkənin ön plana çıxardığı üçüncü sahə informasiya texnologiyalarıdır.

Azərbaycanda daha bir prioritet sahə kənd təsərrüfatıdır. Amma burada uzaq məsafəyə görə ixracla bağlı vəziyyət daha mürəkkəbdir və üstəlik, Niderland və İspaniyadan gətirilən meyvə-tərəvəzin ixracı ilə rəqabət aparmaq çox çətindir, çünki onlar daha ucuz başa gəlir.

İsveç şirkətləri üçün, həmçinin nəqliyyat sektorunda İpək Yolunun bir hissəsi olan Trans-Xəzər Nəqliyyat Dəhlizi vasitəsilə tranzit ticarət kimi böyük imkanlar yaranacaq, burada onlar avtomobil nəqliyyatı da daxil olmaqla, dəmir yolu nəqliyyatından tutmuş hava nəqliyyatına qədər avadanlıq, siqnalizasiya sistemləri, nəqliyyat vasitələri şəklində töhfə verə biləcək. Qeyd edim ki, İsveçdə iki böyük yük maşını istehsalçısı var, onların hər ikisi bu gün elektrik avtomobillərinə böyük sərmayə qoyurlar.

Noyabrda Bakıda keçiriləcək COP29-a gəldikdə, seminarda işimiz və konfransa hazırlıqla bağlı çox az danışıldı.

Azərbaycan öz qazıntı yanacaq növləri ilə məşhurdur, neft və qaz istehsalçısıdır. Azərbaycanda günəş və külək enerjisindən istifadə etməklə yaşıl enerji istehsalının tam sürətlə getdiyi hamıya məlum olan fakt deyil. Azərbaycan, məsələn, Birləşmiş Ərəb Əmirliklərindən investisiya cəlb etməyə və böyük günəş elektrik stansiyası tikməyə nail olub. İndi də dünya ölkələrinin bütün bunları COP29-da bilmək şansı yaranıb.

Onu da əlavə etmək istəyirəm ki, İsveçin enerji sektorunda ekoloji texnologiyaları yaxşı bilən çoxlu şirkətlər var və mən onların konfrans zamanı bu texnologiyaları nümayiş etdirmək imkanının olmasını istərdim. Düşünürəm ki, bu şirkətlər COP29-da özlərini təqdim etmək üçün yaxşı platformaya malik olmalıdırlar.

Konkret olaraq Azərbaycandan danışırıqsa, fikrimcə, burada enerji istehlakına qənaət baxımından böyük imkanlar var. Axı enerjiyə qənaət etmək ondan istifadənin yeni üsullarını icad etməkdən daha səmərəlidir. Cəsarətlə deyə bilərəm ki, İsveç tullantıların təkrar emalı sahəsində bir növ qabaqcıl ölkədir - kağız, plastik, metallar, şüşə, - bu da ətraf mühit və iqlimlə bağlıdır. Bundan əlavə, bildiyiniz kimi, bizdə dağ-mədən sənayesi və müvafiq avadanlıqların istehsalı çox inkişaf edib. Yerdən çıxarılan yeni minerallar və metallar avtomobil akkumulyatorlarında istifadə olunur. Buna görə də düşünürəm ki, İsveç və İsveç şirkətləri də COP29-da öz töhfələrini verə bilərlər.

Fikrimə əlavə etmək istəyirəm ki, Azərbaycanla ticarət əlaqələrinin bu qədər az olduğunu düşünəndə kədərlənirəm. Axı İsveçdə mütənasib olaraq çoxlu sayda beynəlxalq şirkətlərimiz var. Biz nisbətən kiçik ölkəyik, əhalimizin sayı da Azərbaycanla eynidir. Amma çox təəssüf ki, bir-birimizdən uzaqda yerləşirik. Məhz buna görə də bu gün İsveçdə ən böyük ticarət tərəfdaşlarımız qonşularımız Norveç, Finlandiya, Danimarka və Almaniyadır. Əlbəttə ki, ABŞ da böyük şirkətləri ilə tərəfdaşımızdır.

- Siz konfransda iştirak edəcəksiniz?

- Məsələ ondadır ki, ticarət palatası olaraq ətraf mühit və iqlim üzrə konfransda iştirak etməyimiz üçün heç bir səbəb yoxdur. Bundan əlavə, noyabrın 19-da futbol üzrə Azərbaycan milli komandası Stokholmda Millətlər Liqasında yenidən İsveç millisi ilə oynayacaq. Bu matçı buraxmaq istəməzdim. (Gülür).

- O zaman idmana keçək. Bilirəm ki, siz böyük idman həvəskarısınız və bunu özünüz indicə təsdiqlədiniz. İstər İsveçdə, istərsə də başqa ölkələrdə çoxsaylı marafonlarda iştirak etmisiniz. Azərbaycan və İsveç milliləri arasında ilk oyuna baxmısınız?

- Bəli, baxmışam! Bir isveçli kimi İsveçin xeyrinə olan 3:1 nəticədən məmnun qaldım. Sonuncu dəfə Azərbaycan Bakıda 3:0 hesabı ilə qalib gəlib. Odur ki, indi hesabın 1:1 olduğunu deyə bilərik (Gülür). Bayaq qeyd etdiyim kimi, komandalarımız arasında noyabrın 19-da Stokholmda baş tutacaq oyunu səbirsizliklə gözləyirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

17:07
30 Dekabr

“AzerGold” QSC-nin rəhbərliyi Daşkəsəndə vətəndaşlarla növbəti görüş keçirib  

17:05
30 Dekabr

Türkiyə ilə sərhəddən nəqliyyat vasitələrinin gündəlik buraxılış qabiliyyətinin artırılması müzakirə olunub

17:02
30 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda ölkə ərazisinə külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb  

17:01
30 Dekabr

Ağdam Sənaye Parkından Gürcüstana məhsul ixrac olunub

16:46
30 Dekabr

İzmirdə İŞİD-lə əlaqəsi olmaqda şübhəli bilinən 16 nəfər saxlanılıb

16:02
30 Dekabr

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq- Proqnoz

15:53
30 Dekabr

Qazaxıstan mediası Azərbaycan Prezidentinin müsahibəsini geniş işıqlandırıb

14:26
30 Dekabr

Təyyarənin qəzaya uğraması faktı üzrə başlanılmış cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir

13:48
30 Dekabr

Bakı-Aktau təyyarəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb

13:34
30 Dekabr

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 rəqəmsal layihəsi beynəlxalq müsabiqənin qalibi olub  

12:22
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:36
30 Dekabr

Ayxan Hacızadə: Azərbaycan Suriyanın istiqrarının təmin edilməsi istiqamətində müvafiq tədbirlər görmək niyyətindədir  

11:28
30 Dekabr

Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur - Faktiki hava

11:25
30 Dekabr

Britaniya mediası Azərbaycan Prezidentinin təyyarə qəzası ilə bağlı fikirlərini geniş işıqlandırıb  

11:23
30 Dekabr

2024-cü ildə Türkiyədə baş verən yol qəzalarının yarısına motosiklet sürücüləri səbəb olub

11:21
30 Dekabr

Ərəb mediası Prezident İlham Əliyevin təyyarə qəzası ilə bağlı fikirlərinə geniş yer verib  

11:19
30 Dekabr

ABŞ-ın 39-cu prezidenti Cimmi Karter vəfat edib

11:17
30 Dekabr

Yeni il dünyada necə qarşılanır?

09:40
30 Dekabr

Bakıda Yeni il sehri

09:35
30 Dekabr

Dövlətimizin qüdrəti, ölkəmizin imkanı, xalqımızın gücü ilə

09:30
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!