13 Oktyabr 2024 08:20
1080
SİYASƏT
A- A+
Haqlı və güclü olan Azərbaycandır

Haqlı və güclü olan Azərbaycandır


İstənilən təxribata, qərəzli münasibətə layiqli cavab veriləcək


Vətən müharibəsindən sonra Azərbaycana qarşı artan təzyiqlərdə, qarayaxma kampaniyalarında bəzi dövlətlər, təşkilatlar xüsusilə seçilirlər. Belə dairələr xüsusilə ölkədə keçiriləcək beynəlxalq, mötəbər tədbirlər ərəfəsində daha da fəallaşırlar.

Bu baxımdan son zamanlar Qərbin, ABŞ-nin Azərbaycan əleyhinə addımları təəccüb doğurmur. Bu təzyiq siyasətində isə ABŞ Dövlət Departamenti aparıcı rol oynayır. Qarşıdan gələn beynəlxalq konfrans ərəfəsində Azərbaycanın imicini zədələmək, eyni zamanda Cənubi Qafqazla bağlı məqsədlərini həyata keçirmək istəyənlər bu dövrdən yararlanmağa çalışırlar.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi şərhçi Mətin Məmmədli bildirib ki, son zamanlar Qərb, xüsusilə ABŞ tərəfindən Azərbaycana qarşı təzyiqlərin artdığı müşahidə edilir. Onun fikrincə, bunlar təsadüfi deyil: "COP29 beynəlxalq tədbiri ərəfəsində müəyyən dövlətlər, dairələr bu dövrdən istifadə edərək ölkəmizə qarşı təzyiq göstərərək, nəticədə regionla bağlı hansısa cari məqsədlərinə nail ola biləcəklərini hesab edirlər. Yəni onların düşüncəsi bundan ibarətdir. COP29-la bərabər, ABŞ-də yaxınlaşan seçkilər dövrü də rəsmi Vaşinqtonun ölkəmizə qarşı təzyiqləri artırmasında böyük rol oynayır. Belə ki, Bayden Administrasiyası erməni diasporundan dəstək almaq üçün Azərbaycana qarşı təzyiqləri artırmaq siyasətini həyata keçirir. Düşünürlər ki, bu yolla Birləşmiş Ştatlarda güclü təsir imkanları olan erməni diasporunun səsini qazanacaqlar. Qeyd etdiyim kimi, COP29-un yaxınlaşması ilə bağlı məsələlər də mövcuddur, bəzi Qərb dövlətləri, ABŞ düşünürlər ki, bu dövrdən istifadə etməlidirlər", - deyə o əlavə edib.

O qeyd edib ki, bütün bunlarla bərabər, ABŞ-nin nəinki son zamanlarda regionda olan müəyyən geosiyasi maraqları, bütövlükdə İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla ABŞ arasındakı ziddiyyətlərdə siyasi maraqları rol oynayır. Ancaq Azərbaycan hansısa dövlət tərəfindən təzyiqlərə, haqsız hücumlara məruz qalsa da, hər zaman qarşı tərəfə adekvat cavab verib. Eynilə bu dəfə də adekvat cavab verir. 

Siyasi təhlilçi bildirib ki, ölkəmizlə diktə dili ilə danışmaq istəyənlər, nəhayət, anlamalıdırlar ki, bununla nəyəsə nail ola bilməzlər: "Azərbaycan həm haqlıdır, həm də güclüdür. Haqlı və güclü olan dövlətlə digər dövlətlər diktə və təzyiq dili ilə danışa və öz maraqlarını həyata keçirə bilməzlər".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!