14 Avqust 2025 19:16
4729
Məktublar
A- A+
Gürcüstanın Yevangelist Baptist Kilsəsinin Yepiskopu, Tbilisi Mitropoliti Malxaz Songulaşvilidən  

Gürcüstanın Yevangelist Baptist Kilsəsinin Yepiskopu, Tbilisi Mitropoliti Malxaz Songulaşvilidən  

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Mən böyük sevinclə və dərin ehtiramla Gürcüstanın Yevangelist Baptist Kilsəsinin Sülh Kafedralı adından Azərbaycan və Ermənistan hökumətlərinə və nəcib xalqlarına otuz ildən artıqdır davam edən münaqişənin və itkilərin sona çatmasına səbəb olan tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə ürəkdən təbriklərimi çatdırıram.

Bu mühüm razılaşma bütün Cənubi Qafqaz üçün ümid çırağı kimi dayanır. Sovet dövrünün imperiya və müstəmləkəçilik siyasətinin mürəkkəb və bölücü irsinin qismən yaratdığı mübahisənin tarixi çox uzun müddətdir ki, qonşu xalqlar arasında kədər, köçkünlük və inamsızlığa səbəb olub. Sizin bu ağrılı tarixi geridə qoymaq, onilliklərin incikliyini dəf etmək və ortaq gələcəyə sadiq olmaq barədə cəsarətli qərarınız ən yüksək səviyyəli dövlətçilik aktıdır. Bu, təkcə öz xalqlarınızı deyil, həm də bütün dünya xalqlarının daha geniş ailəsini ruhlandıracaqdır.

Gürcüstan xalqı sevimli Qafqazımızda davamlı sülh və bütün millətlərin və etnik icmaların dinc birgəyaşayışa doğru həlledici addımını görərək bu yeni şəfəqdə sizinlə birlikdə sevinir. Bu əlamətdar hadisə bizi əmin edir ki, keçmişin yüklərinin öhdəsindən gəlinə bilər və regionumuzda harmoniyaya mane olan müstəmləkəçilik irsi həqiqətən etibar, uzlaşma və qarşılıqlı hörmət üzərində qurulmuş gələcək naminə dağıdıla bilər.

Biz, həmçinin Amerika Birləşmiş Ştatlarının siyasi rəhbərliyinə və diplomatik ictimaiyyətinə bu yaxınlaşmanın asanlaşdırılmasında əvəzsiz roluna görə səmimi təşəkkürümüzü bildiririk. Onların dialoqa davamlı sadiqliyi və sülhə nail olmaq naminə konstruktiv iştirakı ən yüksək tərifə layiqdir.

Qoy bu sənəd təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də barışığın çiçəkləndiyi, əməkdaşlığın inkişaf etdiyi və qarşılıqlı hörmətin bütün münasibətlərin əsasına çevrildiyi yeni bir dövrün yaranmasını müjdələsin! Həmçinin firavanlığı bəsləsin, insan ləyaqətini qorusun və yaraları ilə deyil, ortaq insanlığı ilə seçilən bölgə ilə gələcək nəsillərə xeyir-dua versin!

Cənubi Qafqazın üç dövlətinin - Azərbaycan, Ermənistan və Gürcüstanın birlikdə sülh, ədalət və demokratiyanın müdafiəçiləri olacağına, daha geniş dünyamızın sabitliyinə və rifahına töhfə verəcəklərinə böyük ümid bəsləyirik.

Sülh Kafedralı bu səyahəti dua, dostluq, mədəniyyətlərarası, dinlərarası tərəfdaşlıq və xalqlarımız arasında xoşməramlılıq bağlarını gücləndirməyə kömək edə biləcək hər cür təvazökar xidmətlə müşayiət etməyə hazırdır.

Zati-aliləri, ən yüksək ehtiramımı və xalqınızın həyatında bu tarixi yeni səhifənin uğuru üçün Sülh Kafedralının ən xoş arzularını qəbul etməyinizi xahiş edirəm.

Ən dərin hörmət və təbriklərlə,

Malxaz Songulaşvili

Gürcüstanın Yevangelist Baptist Kilsəsinin Yepiskopu, Tbilisi Mitropoliti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!