14 Noyabr 2024 09:30
3757
Səhiyyə
A- A+
"Günəş vitamini" qəbul etməsək...

"Günəş vitamini" qəbul etməsək...


İnsan orqanizminin ən çox tələb etdiyi vitaminlərdən biri D vitaminidir. Dünyada təxminən 

1 milyard insan D vitamini çatışmazlığından əziyyət çəkir. Onun əskikliyi həm uşaqlarda, həm də böyüklərdə ciddi xəstəliklərə səbəb olur. Əzələ və sümük sağlamlığının qorunmasında mühüm rol oynayan "Günəş vitamini" immunitet sisteminə də təsir edərək dağınıq sklerozdan ürək-damar xəstəliklərinə qədər müxtəlif xəstəliklərə yol açır. 

Amerikalı alimlərin apardığı tədqiqata əsasən, insan orqanizmində D vitamini səviyyəsinin ölüm riskinə birbaşa təsir etdiyi məlum olub. Belə ki, orqanizmdə D vitamini normal səviyyədə olan insanların ölüm riski bu vitamin çatışmazlığı olanlara nisbətən 57 faiz aşağı olduğu sübut edilib. Tədqiqatda 50 və yuxarı yaşlı xroniki xəstəlikləri olan insanlar iştirak ediblər.


D vitamini əskikliyi tünd dərili insanlar üçün təhlükəlidir


D vitamini orqanizmin immun sistemi, sümük sağlamlığı və hüceyrə böyüməsi üçün həyati əhəmiyyət kəsb edən vitamindir. D vitamini bədəndə kalsium və fosforun mənimsənilməsində əsas rol oynayır ki, bu da sümüklərin və dişlərin möhkəmlənməsinə kömək edir. Bununla bağlı qəzetimizə açıqlama verən həkim-infeksionist Aişə Kərimovanın sözlərinə görə, bu vitamini Günəş işığı, qida və dərmanlar vasitəsilə əldə etmək mümkündür: "Dərinin Günəş şüalarına (ultrabənövşəyi B şüalarına) məruz qalması nəticəsində orqanizm özü D vitamini sintez edir. Buna görə də vitaminin digər adı "Günəş vitamini"dir. Həftədə bir neçə dəfə 15-30 dəqiqə günəşdə qalmaq D vitamini qəbulu üçün kifayət edir. Qida rasionuna D vitamini ilə zəngin ərzaqlar əlavə etmək olduqca vacibdir. Somon, tuna və sardina balıqları, yumurta sarısı, mal qaraciyəri və südlü məhsullar bu vitaminlə zəngindir. Günəş vannası və qida məhsulları ilə D vitamini əskikliyi bərpa edilmədikdə isə həkim məsləhəti ilə dərmanlar qəbul edilməlidir".

D vitamini əskikliyinin bəzi əlamətləri olduğunu söyləyən A.Kərimova deyib ki, bunlara sümük və əzələ ağrısı, yorğunluq, sümüklərin kövrək olması, depressiya və immunitetin zəifləməsi aid edilir. D vitamini çatışmazlığı uşaqlarda raxit xəstəliyinə, sümüklərin düzgün inkişaf etməməsinə və deformasiyalara səbəb olur. Böyüklərdə isə bu hal sümüklərin zəifləməsi, kövrəkləşməsi, infeksiyalara tez-tez yoluxması şəklində özünü büruzə verir. 

"D vitamini çatışmazlığı tünd dəri tonuna malik insanlar üçün daha təhlükəlidir. Çünki bu tip dəridə melanin daha çox olduğu üçün Günəşdən D vitamini sintezi azalır. Həmçinin qapalı mühitlərdə işləyənlər və ya coğrafi nöqteyi nəzərən Günəş şüalarından kənar yaşayanlar da orqanizmlərindəki bu vitaminin miqdarını nəzarətdə saxlamalıdırlar. İmmunitet sistemi zəif olub immunosupressiv dərmanlar qəbul edənlər və ya immun xəstəlikləri olanlar üçün D vitamini çatışmazlığı riski artır", - deyə mütəxəssis qeyd edib.


Ozon qatının incəlməsi vitamin sintezinə təsir göstərir


"Günəş vitamini"nin qidadan alınan miqdarının gündəlik tələbatın yüzdə 10-20 faizini təşkil etdiyini bildirən A.Kərimova onu kənardan gücləndirməyin vacibliyini vurğulayıb: "Yaş, cins, coğrafiya, müşayiət olunan xəstəliklər, hamiləlik vəziyyəti və hətta dəri rəngi gündəlik D vitamini ehtiyacını təyin edən amillərdir. Ona görə də 

D vitamininə ehtiyac insandan insana dəyişir. Buna görə də dərman əlavələrini həkim nəzarətində düzgün dozada qəbul etmək vacibdir. Çünki vitaminin yüksək dozası toksik təsir göstərə bilər. Bu zaman qanda kalsium səviyyəsi yüksəlir, kilo itkisi, nizamsız ürək döyüntüsü, sümük sınıqları riskinin artması, damarlarda və toxumalarda kalsiumlaşma, ürək və böyrəklərin zədələnməsi kimi hallar müşahidə edilir".

Həkim-infeksionist onu da bildirib ki, planetimizin qlobal problemlərindən biri olan iqlim dəyişikliyi və ozon qatının incəlməsi D vitamini sintezinə təsir göstərə bilər. Belə ki, ozon qatının nazilməsi nəticəsində bu vitaminin sintezi üçün lazım olan UVB şüalarının miqdarı azalır. Bu dəyişikliklər insanları Günəşdən daha çox qorunmağa məcbur edir. Digər tərəfdən, iqlim dəyişikliyi hava şəraitinə də təsir edir və nəticədə bəzi bölgələrdə insanlar öncəki illərdən fərqli olaraq, Günəş işığından daha az yararlanırlar. Bu da nəticədə D vitamini çatışmazlığına səbəb olur.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının idealları müasir, güclü və qalib Azərbaycanda yaşayır

16:55
27 May

Hindistan Respublikasının Prezidenti Draupadi Murmudan

15:44
27 May

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakisdən

14:43
27 May

Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulasdan

14:08
27 May

Sabah hava əsasən yağmursuz olacaq

13:29
27 May

İşğaldan azad olunmuş rayonlarda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstərilir  

13:17
27 May

“AzerGold” qeyri-filiz faydalı qazıntı sahələri üzrə fəaliyyətə başlayıb

11:47
27 May

Şuşada bayram namazı qılınıb

11:44
27 May

Koreya XİN rəsmisi: Azərbaycan beynəlxalq tədbirlərin etibarlı ünvanına çevrilib  

10:57
27 May

Azərbaycan və Çin arasında hərtərəfli strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanıb

10:43
27 May

Məscidlərdə bayram namazı qılınıb – YENİLƏNİB

10:41
27 May

Türkmənistanla Xəzər dənizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub  

10:34
27 May

Ceyhun Bayramov BMT-nin Baş katibinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verib  

10:27
27 May

Parisdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

10:13
27 May

Azərbaycan və Portuqaliya arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib  

09:54
27 May

Ceyhun Bayramov BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsinin vacibliyini vurğulayıb  

09:43
27 May

Naxçıvanın məscidlərində bayram namazı qılınıb

09:32
27 May

Azərbaycan ilə Bəhreyn arasında regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb  

09:29
27 May

Yaxın Şərqdəki gərginlik bir sıra şirkətlərin gəlirini artırıb

09:10
27 May

Qadınlar arasında karate üzrə Avropa çempionu Mədinə Sadıqova vətənə qayıdıb

09:05
27 May

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib  

09:00
27 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!