24 Dekabr 2024 20:41
147
İQTİSADİYYAT
A- A+
“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

“Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planının layihəsi müzakirə olunub  

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, işçi qrupun rəhbəri və üzvləri və özəl sektor nümayəndələri iştirak ediblər.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda “Texnologiya və innovasiyalar” işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planına daxil edilməsi üçün aidiyyəti qurumlar tərəfindən təklif edilmiş tədbirlər və həmin tədbirlərin Qlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarının nəticələrinə birbaşa müsbət təsir göstərə bilmə imkanlılığı və digər aidiyyəti məsələlər ətraflı müzakirə olunub.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışı edərək, 2025-ci il üzrə Qlobal İnnovasiyalar İndeksində Azərbaycanın mövqeyinin yaxşılaşdırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlərin görüldüyünü qeyd edib.

Eyni zamanda, bildirib ki, “Texnologiya və innovasiyalar” işçi qrupunun üzvləri tərəfindən 2025-ci il üzrə Fəaliyyət Planına Qlobal İnnovasiyalar İndeksinin alt-indikatorlarına birbaşa müsbət təsir göstərən tədbirlərin əlavə edilməsi məqsədilə təkliflər təqdim olunub.

Samir Məmmədov sözügedən təkliflərin daha da konkretləşdirilməsi və ölçüləbilən olması üçün işçi qrupun üzvlərinə müvafiq tövsiyələrini və tapşırıqlarını verərək, qısa müddətdə təklifləri ümumiləşdirərək, işçi qrupun Katibliyinə təqdim edilməli olduğunu bildirib.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev ölkənin Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin yaxşılaşdırılmasında işçi qrupun fəaliyyətinin mühüm rol oynadığını qeyd edib. Həmçinin növbəti il üçün işçi qrupun Katibliyi tərəfindən İndeksin alt-indikatorlarının metodologiyasına uyğun olaraq tədbirlərin formalaşdırıldığını əlavə edib.

Bildirib ki, bugünkü iclasda əsas məqsəd nəticə əsaslı tədbirləri müəyyənləşdirərək, növbəti ilin Fəaliyyət Planını təkmilləşdirməkdir. Bu tədbirlərin icrası yekunda həm Qlobal İnnovasiya İndeksinə, həm də sahəvi göstəricilərə müsbət təsir etməlidir. Bundan əlavə, təqdim edilmiş təkliflər üzrə əsas keyfiyyət göstəricilərinin və icra müddətlərinin müəyyən edilməli olduğu vurğulanıb.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrup tərəfindən müvafiq təkliflər verilib və qərarlar qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri müfti şeyx Ravil Qaynutdindən

11:42
25 Dekabr

Prokurorluq əməkdaşlarının mükafatlandırılma mərasimi keçirilib

11:40
25 Dekabr

Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 83,3 faiz olub

11:39
25 Dekabr

Vladiqafqazda ticarət mərkəzində partlayış olub: ölən və yaralananlar var

11:38
25 Dekabr

Türkiyənin Daxili İşlər Nazirliyi: Üç həftə ərzində İŞİD terrorçuları ilə əlaqədə olmaqda şübhəli bilinən 182 nəfər saxlanılıb  

11:18
25 Dekabr

Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyevdən

11:08
25 Dekabr

Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenovdan  

11:07
25 Dekabr

Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımdan  

11:01
25 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

10:32
25 Dekabr

Azərbaycan üzgüçüləri beynəlxalq yarışda 22 medal qazanıblar

10:27
25 Dekabr

Azərbaycan neftinin qiyməti yenidən 75 dolları ötüb

10:24
25 Dekabr

Ötən gün 26 cinayətin üstünün açılması təmin olunub

09:51
25 Dekabr

Keçmiş məcburi köçkün: Doğma yurddan aralı qalmaq çox çətindir

09:30
25 Dekabr

Cəbrayıla geri qayıdan sakin: Sevincimizin həddi-hüdudu yoxdur

09:29
25 Dekabr

Keçmiş məcburi köçkün: Cəbrayıla çox sevincli və qürurlu şəkildə qayıdırıq

09:19
25 Dekabr

Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb

09:18
25 Dekabr

Prezident İlham Əliyevin siyasəti Azərbaycanı qalib ölkə etdi

09:15
25 Dekabr

"Tullantıları tinglərə dəyiş" aksiyası keçirilib 

09:10
25 Dekabr

Azərbaycan mədəniyyətlər, dinlər və xalqlar arasında harmoniya yaratmış ölkədir

09:05
25 Dekabr

Uzaq Xınalığı Prezident İlham Əliyev necə yaxın etdi?

09:00
25 Dekabr

Birliyin, qüdrətin və zəfərin təminatçısı

08:55
25 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!