31 Dekabr 2025 09:04
839
SİYASƏT
A- A+
Güclü, qalib və nüfuzlu Azərbaycan dövləti hər bir azərbaycanlının qürur mənbəyidir

Güclü, qalib və nüfuzlu Azərbaycan dövləti hər bir azərbaycanlının qürur mənbəyidir

Bu gün xalqımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edir. Xalqımızın Ulu Öndəri Heydər Əliyevin təşəbbüsü ilə 34 il əvvəl, 1991-ci ilin dekabrında təsis olunan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mühüm siyasi hadisə olmaqla, dünya azərbaycanlılarının milli birliyinin güclənməsinə təkan vermişdir.

Hansı vəzifədə çalışmasından asılı olmayaraq, Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində hər zaman diqqət yetirdiyi əsas məsələlər Azərbaycanın yüksəlişi, xalqımızın rifahının gücləndirilməsi və hər bir sahədə milli maraqlarımızın qorunması olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçirilən iclasında 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd olunması barədə qərarın qəbul olunması Ulu Öndərin bu istiqamətdəki tarixi xidmətlərindən biridir.

Dünya azərbaycanlılarının həmrəyliyi və onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Heydər Əliyev 1993-cü ildə respublikamıza rəhbərliyə başladıqdan sonra diasporla iş sahəsində mütərəqqi dövlət siyasətinin əsasını qoymuşdur.  Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də vaxt ayırmış, onların daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.

Təsadüfi deyil ki, Dünya Azərbaycanlılarının I Qurultayı məhz Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. 2001-ci ilin noyabr ayında Bakıda keçirilən bu qurultay müxtəlif ölkələrdəki azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. I qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla   İş üzrə Dövlət Komitəsinin yaradılması, həmin il dekabrın 27-də isə “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyinin və təşkilatlanması prosesini daha da gücləndirmişdir.

Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə, obyektiv və subyektiv səbəblərdən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların milli birliyinin güclənməsinə, onların təşkilatlanmasının sürətlənməsinə və eləcə də, ideoloji həmrəyliyinin formalaşmasına müvəffəq olmuşdur. Ümummilli Liderin bu sahədə müəyyən etdiyi siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir. Dövlətimizin başçısı diasporla iş sahəsini xüsusi diqqət mərkəzində saxlayaraq, bu məsələdə məqsədyönlü fəaliyyətin istiqamətlərini müəyyən etmişdir. 2006-cı il martın 16-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı xaricdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının güclü lobbi şəbəkəsinə çevrilməsi istiqamətində yeni addım olmuş, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynamışdır. Prezident İlham Əliyevin sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması isə bir daha göstərmişdir ki, diasporla iş sahəsi xüsusi diqqət mərkəzindədir.

Prezident İlham Əliyevin sərəncamları ilə 2011 və 2016-cı illərdə dünya azərbaycanlılarının III və IV qurultayları keçirilmişdir.  Bu qurultayların hər biri görülmüş işlərin qiymətləndirilməsi ilə yanaşı, çağdaş dövrün yeni çağırışlarından irəli gələrək qarşıdakı vəzifələrin müəyyən edilməsi baxımından mühüm rol oynamışdır. O cümlədən, hər bir qurultay xarici ölkələrdə yaşayan azərbaycanlıların milli həmrəyliyinin və təşkilatlanmasının daha da güclənməsində mühüm rol oynamışdır.

2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi isə dünya azərbaycanlılarının milli birliyinin təntənəsinə çevrilmişdir. Məlum olduğu kimi Vətən müharibəsi günlərində dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız tarixi vətənləri Azərbaycanla həmrəylik nümayiş etdirmiş, həyata keçirdikləri müxtəlif tədbirlərlə respublikamızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, erməni yalanlarının qarşısının alınması üçün əllərindən gələni etmişlər.

2022-ci il aprelin 22-də isə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilmişdir. Bu qurultay əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Çünki ilk dəfə olaraq bu qurultay işğaldan azad olunmuş Qarabağda keçirildi. Bu dəfə hər bir azərbaycanlı qurultaya qalib xalqın nümayəndəsi kimi qatıldı. Və bu qurultay xalqımızın zəfərini dünyaya bəyan etdi.

Bu gün də xarici ölkələrdə yaşayan hər bir azərbaycanlının əsas mənəvi vəzifəsi Azərbaycan həqiqətlərini dünyaya tanıtdırmaq, xalqımızın zəfərini təbliğ etməkdir. Prezident İlham Əliyev Zəfər qurultayında bununla bağlı deyib: «Bizim xaricdə yaşayan gənc azərbaycanlılarımız həm İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməlidir, həm də bu həqiqətləri öz dostlarına çatdırmalıdırlar. Yəni, bir sözlə, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir. Onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir. Onların fəallığı və Azərbaycan həqiqətlərinin çatdırılması, Azərbaycan maraqlarının müdafiə edilməsi, əlbəttə ki, bizim dövlətimizi daha da gücləndirir».

Əminik ki, xarici ölkələrdə yaşayan hər bir azərbaycanlı cənab Prezident İlham Əliyevin bu tövsiyəsini hər zaman öz fəaliyyətlərində rəhbər tutacaqlar. Çünki qüdrətli Azərbaycan həm də dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın ən böyük dayağıdır.

Güclü, qalib və nüfuzlu Azərbaycan dovləti hər bir azərbaycanlının qürur mənbəyidir. Dünya azərbaycanlılarının milli həmrəyliyi isə güclü və sarsılmazdır.

Müşfiq MƏMMƏDLİ,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

19:26
27 Yanvar

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

18:28
27 Yanvar

Dövlət Məşğulluq Agentliyi ötən il görülmüş işləri və builki hədəfləri açıqlayıb

17:31
27 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

17:01
27 Yanvar

Medianın İnkişafı Agentliyi Azərbaycan və Türkiyə jurnalistlərinə çağırış edib  

16:38
27 Yanvar

Azərbaycan və BƏƏ parlamentləri arasındakı əlaqələrin inkişaf perspektivləri müzakirə edilib  

16:37
27 Yanvar

Fransanın xarici işlər naziri: Paris Cənubi Qafqazda münasibətlərin normallaşması səylərini dəstəkləyir  

16:24
27 Yanvar

Azərbaycan və Vyetnamın statistika qurumları əməkdaşlığı genişləndirir

16:21
27 Yanvar

Parlamentin sədri: Azərbaycan cəmiyyətində qadınlar dəyərlərin gələcək nəsillərə ötürülməsində mərkəzi rol oynayır  

16:20
27 Yanvar

Son beş ildə ARDNF aktivlərini təxminən 70 faiz artıraraq maliyyə dayanıqlığını möhkəmləndirib 

16:17
27 Yanvar

Ankarada Türkiyə və Fransa xarici işlər nazirlərinin görüşü olub

15:19
27 Yanvar

Azərbaycan növbəti dəfə Ukraynaya humanitar yardım göndərib  

14:52
27 Yanvar

Monqolustan səfiri ilə şəhərsalma və WUF13-də iştirak məsələləri müzakirə edilib  

14:30
27 Yanvar

Rusiyalı politoloq: Çoxvektorlu siyasət Bakıya bir sıra mürəkkəb regional münaqişələrdə vasitəçi olmağa imkan verib

14:28
27 Yanvar

Səfir: Antisemitizm köklü şəkildə aradan qaldırılmalıdır 

14:21
27 Yanvar

BDYPİ-nin rəsmisi: Uşaqların avtomobildə olması məsuliyyəti bir neçə dəfə artırır  

14:03
27 Yanvar

ABŞ-da qar fırtınası nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb

13:50
27 Yanvar

Masallıda şəhidlərin xatirəsi əziz tutulur

13:42
27 Yanvar

Sumqayıtda piyada səkiləri yenilənir  

13:41
27 Yanvar

Dünya qaz bazarı üçün geosiyasi risklər davam edir  

13:39
27 Yanvar

Məmmədbəyli kəndində daha 20 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB    

13:38
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!