01 İyun 2025 09:15
1049
Mədəniyyət
A- A+
Gözəl sənət nümunələri yaradan rəssam

Gözəl sənət nümunələri yaradan rəssam


Azərbaycan rəssamlıq məktəbinin formalaşmasında və gənc rəssamların yetişməsində Əməkdar incəsənət xadimi Hafiz Məmmədovun xüsusi xidmətləri olub. O, uğurlu bədii yaradıcılıq fəaliyyəti ilə yanaşı, uzun müddət Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyət göstərib, bir sıra tanınmış rəssamlarımıza təsviri sənətin sirlərini öyrədib.

Hafiz Məmmədov 1921-ci ildə Bakı şəhərində anadan olub. Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu bitirdikdən sonra könüllü müharibəyə yollanıb, Stalinqraddan Berlinədək döyüş yolu keçib. Müharibədən qayıtdıqdan sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunub, oranı uğurla bitirib. 

Rəssamın palitrasında vətənpərvərlik və müharibə mövzuları həmişə əsas mövzular kimi götürülüb. O həmçinin Ə.Əzimzadə adına Azərbacan Dövlət Rəssamlıq Texnikumunun direktoru vəzifəsində çalışıb. Bakıda H.Məmmədovun əsərlərindən ibarət fərdi sərgilər təşkil olunub. Rəssamın yaratmış olduğu bədii sənət nümunələri ölkəmizlə yanaşı, xaricdə də muzey, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. H.Məmmədovun yaradıcılığının səciyyəvi xüsusiyyətləri kimi mükəmməl kompozisiya quruluşu, obraz yaradıcılığı və kolorit həllində peşəkar bədii işlənilmə xüsusiyyətlərini qeyd etmək olar. 

Rəssamın süjetli tablolarından "Azadlıq", "Sevimli obraz", "Yay günləri", "Məhsul bayramı", "İntizarlı illər" adlı əsərləri özünün məna-məzmun dolğunluğu, bədii estetik mahiyyəti və peşəkar işlənilmə xüsusiyyətləri ilə seçilir. "Yay günləri" adlı əsərdə gənc qızla oğlanın milli ornamentli xalça üzərində şahmat oynadıqları təsvir olunub. "Məhsul bayramı" adlı əsər isə aşıq sənətimizə həsr olunub. Rəssamın həyat və yaradıcılığı haqqında 1985-ci ildə nəşr olunmuş albom-kitabda bu əsər haqqında Əşrəf İbrahimov yazırdı: "Qədim bir ulusun, obanın mahnılarını eldən-elə yayan aşıq, eləcə də arxa planda görünən çalğıçılar tamaşaçıya sənətin ölməzliyindən, xalq ənənəsinin gözəlliyindən söhbət açırlar".

H.Məmmədovun portret əsərlərindən "Xalq artisti, tarzən Hacı Məmmədovun portreti", "166 yaşlı Şirəli Müslümov", "Akademik Qədir Sultanovun portreti", "Həyat naminə. Avtoportret", "Sovet İttifaqı Qəhrəmanı Bahəddin Mirzəyev", "Qızımın portreti" və başaqalarını qeyd etmək olar. Rəssam portret əsərlərində surətlərin daxili psixoloji aləmini açıb göstərməyə çalışmış və istəyinə müvəffəq olmuşdur. Həmçinin rəssam bütöv yaradıcılığı boyu Azərbaycanın bölgələrinə səfər edərək, görüb duyduqlarını, həssas rəssam qəlbi ilə müşahidə etdiklərini maraqlı mənzərə lövhələrində əks etdirməyə çalışmışdır. "İsmayıllı", "İmamzadə", "Quba mənzərəsi", "Xəzərdə", "Şahdağ", "Lerik", "Novxanı", "Şuşa" adlı əsərlər bu qəbildəndir.

Hafiz Məmmədov diqqəti cəlb edən, uğurlu kompozisiya və işlənilmə xüsusiyyətləri ilə seçilən, seyirçidə xoş duyğular yaradan bir çox natürmort əsəri ərsəyə gətirmişdir.  Rəssamın natürmort əsərlərindən "Yemiş", "Satıl, nar, heyva", "Şərq ərmağanları", "Mis qablar", "Natürmort. Nar, heyva" və başqalarını qeyd etmək olar.

Rəssam bir çox xarici ölkədə - Misir, Livan, İraq, Suriya, Tunis, Macarıstan, Rumıniyada yaradıcılıq ezamiyyətlərində olmuş, çoxsaylı eskiz və rəsm, həmçinin maraqlı rəngkarlıq əsəri yaratmışdır. Onun səfər təəssüratları "Misir torpağında" adı ilə 1960-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc edilmişdir. Sənət ustası H.Məmmədov yazırdı: "Hələ axşam işığında, cəmisi bir neçə dəqiqədə gördüklərimizi deməklə qurtarmaz... Məni bir fikir narahat edirdi. Kaş gördüklərimi istədiyim kimi çəkə biləydim!..." Qeyd etmək lazımdır ki, rəssamın yaradıcılıq ezamiyyətlərində apardığı axtarışlar onun yaradıcılığının formalaşması və püxtələşməsi istiqamətində böyük rol oynamışdır. "Qahirə axşamı", "Luksorda məbəd", "Sfinks önündə", "Kiraz tikintisi", "Qırılmış ümidlər", "Sbeytla xarabalıqları", "Narahat dünya" və başqa əsərləri rəssamın xarici ölkələrə həsr olunmuş çoxsaylı  tablosundan nümunələrdir.

H.Məmmədovun bədii və pedaqoji yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Bu il rəssamın vəfatından 30 il ötür. Hafiz Məmmədov çoxşaxəli uğurlu bədii və pedaqoji yaradıcılıq fəaliyyəti ilə adını Azərbaycan təsviri sənət tarixinə əbədi həkk edib.


Əsəd QULİYEV,

Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!