05 Oktyabr 2026 11:02
626
DÜNYA
A- A+
Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb  

Fransada şagirdlərin etirazları davam edir: bir çox məktəblərdə dərslər dayandırılıb  


Fransada lisey şagirdlərinin daha yaxşı təhsil və iş şəraiti tələbi ilə keçirdiyi etiraz aksiyaları oktyabrın 5-də davam edib. Milli təhsil naziri bildirib ki, ölkə üzrə 3700 liseydən 400-500-də dərslər “tamamilə və ya qismən” dayandırılacaq.

AZƏRTAC xəbər verir ki, İle-de-Frans regionunda isə liseylərin üçdəbirindən çoxunun bazar ertəsi fəaliyyətini dayandıracağı açıqlanıb. Regionun prezidenti Valeri Pekressin sözlərinə görə, bir sıra təhsil müəssisələrində giriş qapıları bağlı qalacaq.

Fransanın Baş naziri Sebastyan Lökornü hökumət üzvlərinə, o cümlədən milli təhsil, səhiyyə və daxili işlər nazirlərinə beş istiqamətdən ibarət fəaliyyət planı göndərib. Baş nazir ayın sonunadək konkret qərarların qəbul olunmasını tələb edib və təhlükəsizlik şəraitinin imkan verdiyi bütün məktəblərdə dərslərin bərpasına çağırıb.

Lisey Şagirdləri Həmkarlar İttifaqı çərşənbə axşamı, oktyabrın 6-da “III akt” adlandırılan genişmiqyaslı aksiya keçirilməsinə çağırış edib. Təşəbbüsə təhsil sahəsində fəaliyyət göstərən bir sıra həmkarlar ittifaqları da dəstək verib. CGT həmkarlar ittifaqı isə nümayişlər zamanı şagirdlərin yanında olacağını və aksiyaların təhlükəsiz keçirilməsinə kömək edəcəyini bildirib.

Etirazlar fonunda Marseldə 15 yaş yarımlıq yeniyetmə barəsində də məhkəmə qərarı verilib. O, lisey şagirdlərinin nümayişləri zamanı yoldan keçən qadının üzünə alışan sprey püskürtməkdə şübhəli bilinir. Marsel prokurorunun məlumatına görə, yeniyetmə “barbarlıq aktı” ittihamı ilə təqsirləndirilərək ilkin həbsə göndərilib.

Fransanın daxili işlər naziri Loran Nünez polis və jandarm qüvvələrinin etirazlar zamanı “qeyri-mütənasib” hərəkətlərə yol verdiyi barədə ittihamları rədd edib. Nazir bildirib ki, polis əməkdaşları və jandarmlar dağıntıların, zorakılıq və digər qanun pozuntularının qarşısını almaq üçün “qətiyyətlə və gecikmədən” müdaxilə edirlər. Onun sözlərinə görə, bu müdaxilələr rəhbərliyin nəzarəti altında və zərurət yarandıqda məhkəmə orqanlarının nəzarəti ilə mütənasiblik prinsipi əsasında həyata keçirilir. Bu açıqlama Fransanın Hakimlər Həmkarlar İttifaqının gənclərə qarşı repressiyalara son qoyulması çağırışından sonra səsləndirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!