03 İyun 2026 17:18
352
DÜNYA
A- A+
Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

 

 Ölkə parlamenti “Məktəblərdə və məktəbdənkənar proqramlarda zorakılığa qarşı mübarizə haqqında” qanun layihəsini qəbul edib

 

Milli Assambleyanın iclasında iştirak edən 187 deputatın hamısı yeni qanun layihəsinin lehinə səs verib. Onun müddəaları Notre-Dame de Betharram katolik internat məktəbindəki qalmaqalı araşdıran parlament komissiyasının nəticələri nəzərə alınmaqla hazırlanmışdır.

Qanun layihəsini deputatlar Pol Vannier və Violette Spilbut təqdim ediblər. Violette Spilbut səsvermədən sonra X-də yazıb: “Hisslər böyükdür. İlk növbədə, bu səsvermə qurbanlara görədir”. Deputat əlləri ilə ürək yaradaraq zalda olan qurbanlara müraciət edib: “Biz sizinləyik”.

Öz növbəsində xanım parlamentarinin həmkarı social şəbəkə səhifəsində yazıb: “Bu qələbə zorakılıq haqqında danışmağa cəsarət edən, danışmaq hüququ uğrunda güclü bir hərəkata başlayan və mühüm qanunvericilik dəyişikliklərinə yol açan qurbanlara məxsusdur”. Pol Vannier hökuməti qanun layihəsinin 2026-2027-ci tədris ilinin əvvəlində qüvvəyə minməsi və "12 milyon şagirdi qoruması" üçün mətni Senatın gündəliyinə daxil etməyə çağırıb. Səsvermədən sonra deputat qeyd edib ki, uzun illərdən sonra ilk dəfə olaraq dövlətin müqavilə əsasında fəaliyyət göstərən özəl təhsil müəssisələri ilə münasibətlərini dəyişdirən sənəd qəbul etdik.

Səsvermə Notre-Dame de Betharram internat məktəbi işi ilə bağlı ilk açıqlamalardan təxminən 3 il sonra və Paris Şəhər Meriyasının məktəbdənkənar strukturlarda cinsi zorakılığa qarşı mübarizə tədbirlərini elan etməsindən 2 ay sonra baş tutub.

Sənəddə hər il noyabrın 19-da qeyd olunacaq “Qurbanların Anım Günü”nün təsis edilməsi nəzərdə tutulur. Həmçinin "yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilən müəyyən qəsdən zorakılıq hərəkətləri barədə məlumat verməmək cinayətinin müddətinin uzadılmasına" icazə verilir və "cismani cəza və alçaldıcı rəftarın qadağan edilməsi" təsbit olunur.

Qanun layihəsi hər 3 ildən bir yenilənməli olan "etibarlıq sertifikatı" mexanizmini tətbiq etməklə və davranışı təhlükəli hesab edilən şəxslərin qara siyahısını yaratmaqla profilaktikanı gücləndirməyi hədəfləyir. Məqsəd onların digər uşaq müəssisələrində yenidən işə qəbulunun qarşısını almaqdır.

İlk növbədə, sənəd hər 5 ildən bir məcburi yoxlamalar tətbiq etməklə "onunla müqavilə əsasında fəaliyyət göstərən özəl təhsil müəssisələri üzərində dövlət nəzarətinin gücləndirilməsi”ni nəzərdə tutur. Bu cür müqavilələrin ləğvi barədə qərar qəbul edə biləcək özəl təhsil üzrə Akademik Şura da yaradılacaq.

Fransa katolik kilsəsinin güclü müqavimətinə səbəb olan ən mübahisəli tədbirlərdən biri yetkinlik yaşına çatmayanların cinsi istismarı hallarında etiraf sirrinin ləğvi idi. Bu, sağçı və ifrat sağçı partiyaların parlament üzvləri tərəfindən kəskin qarşılanıb və onlar bunun kılsə qanunlarını pozduğunu iddia ediblər. Müxtəlif fraksiyalar arasında kompromis əldə edilməzdən əvvəl onların tərəfindən qanunun qəbul olunmasını əngəlləyən yüzlərlə düzəliş təqdim olunub.

Digər bir istisna müddəa özəl müəssisələr və dövlət arasında assosiasiya müqavilələrinin yenilənməsi mexanizmi idi. "Fransada pulsuz müqavilə təhsilini təşkil edən Debre Qanunu sosial müqavilənin, Təhsil İttifaqının vacib elementidir", - deyə kilsə nümayəndəsi şərh edib. Mətn həmçinin məktəblərdə və dərsdənkənar fəaliyyətlərdə uşaqlarla təmasda ola biləcək maraqlı tərəflərə nəzarətin gücləndirilməsini nəzərdə tutur.

Rizvan CƏFƏROV,

Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!