10 Dekabr 2025 15:15
354
İQTİSADİYYAT
A- A+
FHN-in birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib  

FHN-in birgə təşkilatçılığı ilə III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib  


Fövqəladə Hallar Nazirliyi (FHN), SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının (AISA) birgə təşkilatçılığı ilə Bakıda III Sənaye Təhlükəsizliyi Zirvəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, zirvə toplantısının keçirilməsində əsas məqsəd sənaye təhlükəsizliyi, texnoloji yeniliklər, iqlim dəyişikliyi və sosial transformasiyalar fonunda formalaşan yeni yanaşmalar, innovasiyalar və qlobal təcrübələrin müzakirəsi üçün strateji platforma rolunu oynamaqdır.

Tədbirdə açılış çıxış edən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev sənaye təhlükəsizliyinin yalnız texniki məsələ olmadığını, milli təhlükəsizliyin, dayanıqlı inkişafın və ən əsası insan həyatının qorunmasının əsas sütunlarından biri olduğunu qeyd edib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş strateji inkişaf kursuna uyğun olaraq ölkədə təhlükəsizlik mədəniyyətinin yüksəldilməsi, risklərin minimuma endirilməsi və innovasiyayönümlü idarəetmənin gücləndirilməsi prioritetlər sırasında müəyyən edilib. Fövqəladə Hallar Nazirliyi bu prioritetləri ardıcıl, kompleks və proaktiv şəkildə həyata keçirir.

Sonra çıxış edən Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə Azərbaycan sənayesi üçün əsl dönüş nöqtəsinin süni intellekt və texnoloji yenilikləri izləmək deyil, onları sənaye təhlükəsizliyinin ayrılmaz hissəsinə çevirən lider ölkələr sırasına qoşulmaq olduğunu vurğulayıb.

“SOCAR Downstream Management”in baş direktoru Emil Alxaslı çıxışında neft-qaz sektorunda təhlükəsizliyin təkcə istehsal prosesinin deyil, həmçinin korporativ mədəniyyətin ayrılmaz hissəsi olduğunu vurğulayıb. Bildirib ki, SOCAR bu istiqamətdə beynəlxalq standartlara uyğun innovativ yanaşmaları tətbiq etməyə davam edir.

Zirvədə iştirak edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında sənaye təhlükəsizliyinin müəssisələrin dayanıqlı inkişafı üçün vacib amil olmasından və bu sahədə sahibkarlara dəstək mexanizmlərinin gücləndirilməsinin əhəmiyyətindən danışıb.

Digər natiqlər də ölkəmizdə sənaye təhlükəsizliyi mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyindən və bu sahədə qabaqcıl təcrübələri paylaşmaqla Azərbaycanın iş mühitini daha etibarlı, dayanıqlı gələcəyə aparılması işinə dəstək verilməsinin önəmindən söz açıblar.

Sənaye Təhlükəsizliyi Zirvəsi çərçivəsində Fövqəladə Hallar Nazirliyi, SOCAR və Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası arasında sənayedə təhlükəsizlik, əməyin mühafizəsi və ətraf mühitin qorunması sahəsində mühüm əhəmiyyətə malik üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində tərəflər təhlükəsizlik normativləri, ISO idarəetmə sistemləri və ESG prinsipləri üzrə birgə fəaliyyət göstərəcəklər.

Zirvə, eləcə də “Qırmızı xətt” panelindən, “Safe Talks” adlı interaktiv müzakirə sessiyasından ibarət olmaqla 10-dək spiker və moderatorun, həmçinin 300-dən çox rəhbər, idarəçi və qərarverici şəxslərin iştirakı ilə təşkil olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!