13 Oktyabr 2026 09:00
175
CƏMİYYƏT
A- A+
Əsl Azərbaycan şəhəri - Xankəndi

Əsl Azərbaycan şəhəri - Xankəndi


Dünyada çox az şəhərlər var ki, onlara baxanda həm keçmişini, həm bu gününü, həm də gələcəyini eyni anda görə bilərsən. Xankəndi də belə şəhərlərdən biridir. 

Biz Xankəndiyə çatanda dağların arxasından boylanan günəş şəfəqlərini yenicə şəhərin üzərinə səpirdi. Günəşin nuruna qərq olmuş gözoxşayan güllü-çiçəkli küçələrə, yeni binalara, geniş meydanlara baxdıqca adamın ruhu dincəlir, ürəyi riqqətə gəlir. Amma bütün bu gözəlliyin içərisində diqqətimizi daha çox başqa bir mənzərə çəkdi. Hansı tərəfindən baxsan, aydın görünən, günəşin şüaları ağ qranitin üzərinə düşdükcə parıldayan Zəfər Tağı şəhərə xüsusi gözəllik verirdi. Bu möhtəşəm abidə sanki bütün şəhəri öz nuruna boyayırdı. Vətən müharibəsində qazandığımız Qələbənin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə inşa olunan Zəfər Tağına baxdıqca istər-istəməz ağlımızdan bir fikir keçdi - bu möhtəşəm abidənin böyüklüyünü hansısa bir ölçü ilə qiymətləndirmək onun fəlsəfəsini dərindən anlamamaq olar. Onun əsl böyüklüyü Xankəndidə ucalmasındadır. 

Bir vaxtlar separatizmin, qarşıdurmanın və münaqişənin adı ilə yanaşı çəkilən Xankəndidə ucalan bu möhtəşəm abidə Zəfərin rəmzi kimi dəyərləndirilir. Elə buna görə də Zəfər Tağına baxarkən insan yalnız bir abidəni deyil, Azərbaycanın keçdiyi uzun və ağır yolu, bu yolun sonunda qazanılmış Zəfəri və həmin Zəfərdən sonra Xankəndidə başlayan yeni həyatı görür. 

Xankəndinin bu gününü anlamaq üçün həm də onun keçmişində baş verənlərə  nəzər salmaq lazımdır. 1988-ci ildə erməni separatçıları ilk nümayişlərini burada keçirmişdilər. Həmin il fevralın 22-də Xankəndi-Ağdam şosesi üzərində yerləşən Əsgəran yaxınlığında dinc azərbaycanlı nümayişçilərə atəş açılması nəticəsində iki gəncimiz həlak oldu. Bundan sonra hadisələr daha da kəskinləşdi. "Miatsum"u özlərinə şüar edən ermənilər Xankəndini separatizmin mərkəzinə çevirmişdilər. Şəhərin adı uzun illər yaddaşlarda terrorizmin yuvası kimi qaldı. Lakin Azərbaycan xalqı bu şəhəri hafizəsindən heç vaxt silmədi. Bir gün də olsun bu qədim tarixi şəhərin erməni separatizmindən xilas olunacağı inamı xalqımızı tərk etmədi.  Bu inam 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra daha da gücləndi. 2023-cü il sentyabrın 19-da başlayan və 23 saat davam edən antiterror tədbirləri nəticəsində Xankəndinin azad edilməsi ilə xalqımızın bu inamı da gerçəkləşdi.

Ötən 3 ildə Xankəndidə baş verən ən böyük dəyişikliklərin məcmusunu kiçik bir yazıda müşahidə etdiklərimizlə ifadə etmək mümkün deyil. Əzəli Azərbaycan şəhəri kimi sürətli yüksəliş dövrünə qədəm qoyan Xankəndidə bu gün 28 min insan yaşayır, işləyir və təhsil alır.  3 il əvvəl erməni separatizmindən azad olunan bu şəhəri fərqli edən təkcə yenilənən binalar, abadlaşan küçələr və salınan parklar deyil. Çünki əsl dəyişiklik şəhərin görünüşündən daha çox onun ruhunda hiss olunur. Ruhu təzələnən Xankəndi əzəli Azərbaycan şəhəri kim yenidən qurulur. Onilliklər boyu erməni separatizminin əsarətində olan Xankəndi yenidən öz tarixini yaşamağa başlayıb. Xankəndi artıq Azərbaycanın Zəfərinin, yüksəlişinin ünvanıdır.

Bu mənzərədə böyük bir məna var. Zəfər Tağından bir tərəfində keçmişin ağrıları, şəhidlərimizin müqəddəs xatirəsi, uzun illərin həsrəti dayanırsa, digər tərəfində yeni Xankəndi - həyat, quruculuq, elm, gənclik, inkişaf və etibarlı gələcək görünür. 

Qeyd etdiyimiz ki, Xankəndi 2023-cü ilin sentyabrında azad edildi. Həmin il oktyabrın 15-də isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Otuz ildən artıq müddətdə həsrətlə gözlənilən üçrəngli bayrağımız Xankəndi səmasında dalğalanmağa başladı. Bu mənzərənin mənası yalnız həmin günün təntənəsi ilə məhdudlaşmırdı, bayraqla birlikdə şəhərin taleyi də dəyişirdi. Xankəndi artıq münaqişənin deyil, suverenliyimizin və ərazi bütövlüyümüzün rəmzinə çevrilmiş bir şəhər mənasını daşımağa başladı. Bundan bir neçə həftə sonra - 2023-cü noyabrın 8-də Xankəndidə Vətən müharibəsində qazanılmış Zəfərin üçüncü ildönümünə həsr olunmuş hərbi parad oldu. Azərbaycan Ordusunun hərbi qulluqçuları, o cümlədən 2023-cü ilin antiterror tədbirlərində iştirak etmiş hərbi birləşmələr şəhərin mərkəzi meydanından keçdi. Bu, xalqımıza dərin qürur hissi yaşatdı.

Xankəndidəki dəyişiklik erməni separatizmini simvolizə edən tikililərin aradan qaldırılmasından başlayaraq, Qarabağ Universitetinin auditoriyasından gələn səsdir, stadiondakı alqışdır, şəhərdə yenidən qaynayan həyatdır. Biz Xankəndidə bunları gördük. 

İki il əvvəl Xankəndidə fəaliyyətə başlayan Qarabağ  Universiteti hazırda təkcə Azərbaycanın deyil, bütün regionun qabaqcıl ali təhsil müəssisələrindən biridir. Bu ali məktəb Xankəndinin həm də insan kapitalı ilə qurulduğunu göstərir. 

Xankəndinin yenidən həyata qayıtmasının başqa bir unudulmaz görüntüsü isə stadiondur. 21 dekabr 2023-cü ildə Xankəndi stadionunda "Qarabağ" və MOİK komandaları arasında Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunu keçirildi. Bu, işğaldan azad edilmiş ərazilərdə keçirilən ilk futbol matçı idi. Bu, sadəcə idman xəbəri kimi qarşılanmadı. Təsəvvür edin ki, uzun illər Azərbaycan futbolunun topunun səsi eşidilməyən stadionu həmin gün insanlarla dolur. Azərbaycanın himni səslənir, futbolçular meydana çıxır. Top yenidən Xankəndi stadionunun yaşıl meydanında hərəkət edir, alqış sədaları ətrafa yayılır. Zəfərin qüruru xalqımızı fərəhləndirir.

Müharibədən sonra ən böyük qələbələrdən biri də insanların yenidən normal həyat qurmasıdır. Stadionda futbol oynanılırsa, deməli, şəhər yaşayır, universitetdə dərs gedirsə, deməli, şəhər düşünür, uşaqlar gülürsə, deməli, şəhər gələcəyə baxır. 

Xankəndinin küçələrində bunu hər addımda hiss etmək olur. Yeni binalar ucalır, parklar salınır, ictimai məkanlar yaradılır, şəhərin infrastrukturu təzələnir. İqtisadi inkişaf üçün lazımi işlər görülür. "Xankəndi" Biznes Mərkəzi, Konqres Mərkəzi və mehmanxana kompleksi həm də şəhərin iqtisadi simasının formalaşdırılmasına xidmət edən layihələr sırasındadır. Beləliklə, Xankəndidə şəhərin gələcək həyatı sistemli şəkildə qurulur.

Şəhərdəki Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki, "GP Safety" MMC-nin iş əlcəkləri istehsalı müəssisəsi, o cümlədən müxtəlif xidmət sahələri Xankəndi ilə yanaşı, ətraf rayonlarda yaşayan vətəndaşların məşğulluğuna və bölgənin iqtisadi potensialından səmərəli istifadə olunmasına böyük töhfə verir.

Bütün bu mənzərələrin içərisində yenə Zəfər Tağı görünür. Günəşli havada ağ qranit yenə parıldayır. 2025-ci il dekabrın 24-də açılan Xankəndi Zəfər Parkı 9 hektar ərazini əhatə edir. Parkın girişindən Zəfər Tağına doğru 44 pillə salınıb. Tağın hündürlüyü 44 metrdir. On mərtəbə və terrasdan ibarət abidənin doqquzuncu mərtəbəsində "Zəfər qalereyası" yaradılıb, terrasda isə Zəfər Gününü simvolizə edən "8" kompozisiyası yerləşdirilib. İndi günəşin şüaları altında parıldayan Zəfər Tağının fəlsəfəsinin daha böyük anlam daşıdığını düşünürük. Sanki şəhərə yayılan o işıq öz nüvəsini günəşdən yox, elə Zəfər Tağından alır. Bizə elə gəlir ki, tağ keçmişin qaranlığından gələcəyin işığına doğru uzanan bir yoldur. Bu yolun istiqaməti isə aydındır - qarşıdurmadan sülhə, dağıntıdan quruculuğa, təhlükəsizliyə, keçmişin ağrısından gələcəyin xoş günlərinə...

Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra qarşıda yeni mərhələ açılıb. Bu mərhələnin adı yalnız bərpa və yenidənqurma deyil, sülh, sabitlik və əməkdaşlıqdır. Xankəndi bu baxımdan Cənubi Qafqaz üçün də xüsusi məna daşıyır. Bir vaxtlar separatçıların meydan suladığı şəhərdə bu gün insanlar rahat həyat qurmağa başlayıblar. Bu mənzərə dünyaya sadə, amma güclü mesaj verir - müharibənin yerini quruculuq, qarşıdurmanın yerini əməkdaşlıq, qorxunun yerini etimad tuta bilər. Xankəndinin yeni həyatı məhz belə bir gələcəyə işarə edir. 

Biz Xankəndinin küçələrində gəzdikcə bir həqiqəti daha aydın hiss etdik. Bir vaxtlar burada insanların üzərində qorxu hissi yaradan siyasi qarşıdurma vardı. Bu gün isə insanların üzündə yüksək əhvali-ruhiyyəni görürsən. Bir vaxtlar bu şəhərdə nifrət və zorakılıqla yadda qalan bir mühit vardısa, bu gün burada birlikdən, inkişafdan və gələcəkdən danışılır.

Xankəndinin beynəlxalq həyata açılması da xüsusi məna daşıyır. Prezident İlham Əliyev bir sıra ali dövlət nümayəndə heyətlərini, nüfuzlu siyasətçiləri, media təmsilçilərini Xankəndidə qəbul edib. 2025-ci il iyulun 4-də burada İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün keçirilməsi Xankəndinin beynəlxalq siyasi və iqtisadi dialoqun ünvanlarından birinə çevrildiyini göstərdi. Zirvə görüşünün yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi şəhərin yeni funksiyasını da nümayiş etdirdi. Bu Zirvə görüşü həm də Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dünyaya çatdırdı. Bundan cəmi bir neçə həftə sonra - iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə Prezident İlham Əliyevin Xankəndidə görüşü keçirildi. Dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin burada bir araya gəlməsi şəhərin təkcə Azərbaycanın tarixi yaddaşında deyil, beynəlxalq informasiya məkanında da yeni yer tutduğunu göstərirdi. Həmin il Xankəndidə Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi də təsadüfi deyildi. Müxtəlif ölkələrdən nümayəndələrin iştirak etdiyi bu platforma Xankəndinin yalnız bərpa olunan şəhər kimi deyil, gələcəyin şəhərlərinin qurulması və idarə olunması haqqında beynəlxalq fikir mübadiləsinin məkanına çevrildiyini göstərdi.

Bir zamanlar separatizmin mərkəzi olan Xankəndi artıq tamamilə yeni bir mərhələyə qədəm qoyub. Şəhər öz həqiqi kimliyinə - Azərbaycanın ayrılmaz tərkib hissəsi olan statusuna qayıtdı. Ən mühüm məqamlardan biri isə budur ki, Xankəndi bu gün sülh və dialoq mərkəzi kimi çıxış edir. Burada keçirilən tədbirlər, görüşlər və təşəbbüslər Azərbaycanın regionda sabitlik və əməkdaşlıq niyyətinin real təcəssümdür. Bu şəhər dünyaya yeni mesaj verir - separatizmin yerini dövlətçilik və inkişaf ideyası almalıdır. Xankəndinin bu transformasiyası təkcə bir şəhərin taleyinin dəyişməsi deyil, bütövlükdə regionun gələcəyinin yeni istiqamətdə formalaşmasının parlaq nümunəsidir.

Bu gün Xankəndinin küçələrində həyat var, səmasında Azərbaycan bayrağı dalğalanır, meydanlarından doğma sakinlərinin səsi gəlir. İndi bu şəhərin ən böyük vəzifəsi keçmişin ağrısını yaddaşında yaşatmaqla gələcəyin xoşbəxt həyatını qurmaqdır. 


Rəşad CƏFƏRLİ,

Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"


Bakı-Şuşa-Xankəndi-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əsl Azərbaycan şəhəri - Xankəndi

09:00
13 Oktyabr

ZƏFƏR gündəliyi    

08:50
13 Oktyabr

Sabaha uzanan polad magistral yollar

08:40
13 Oktyabr

Azərbaycan beynəlxalq tədbirlərin fəal iştirakçısıdır

08:30
13 Oktyabr

Bu həm də qarşılıqlı etibar və etimad idi

08:20
13 Oktyabr

Azərbaycan-Kamboca əlaqələri dinamik inkişaf edir

08:10
13 Oktyabr

Heydər Əliyev siyasi irsi və milli ideologiyanın müasir mərhələsi

08:00
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Ukraynanın Nazirlər Kabineti arasında "Hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında Saziş"ə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Ukraynanın Nazirlər Kabineti arasında Protokol"un təsdiq edilməsi haqqında

01:33
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:32
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Monqolustan Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:31
13 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

01:30
13 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda dəyişiklik edilməsi barədə

01:29
13 Oktyabr

"Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkəti və "SOCAR Quba Xəzəryanı" MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:27
13 Oktyabr

"Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:26
13 Oktyabr

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:24
13 Oktyabr

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

21:36
12 Oktyabr

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

19:59
12 Oktyabr

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

19:54
12 Oktyabr

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

19:01
12 Oktyabr

Azərbaycan-Kamboca biznes forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib 

18:47
12 Oktyabr

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

18:33
12 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!