22 Mart 2024 12:44
1382
SİYASƏT
A- A+
Ermənstan Qərbin anti-Rusiya avantürasının qurbanı olacaq

Ermənstan Qərbin anti-Rusiya avantürasının qurbanı olacaq

Bu ölkəni Ukraynanın aqibəti gözləyir

 

Qərb-Rusiya qarşıdurmasının fonunda Ermənistanın ağır fəlakətlərlə qarşılaşması yaxın gələcəyin labüd reallıqlarından biri kimi görünməkdədir. Çünki Qərbin bu ölkə üzərindən Rusiya ilə bağlı qurduğu oyunlar və Kremllə körpüləri yandıran Ermənistan rəhbərliyinin bu avantüraya olduqca həvəslə qoşulması başqa cür düşünməyə əsas vermir. 
Söhbət ondan gedir ki, Rusiya ilə münasibətləri tarix boyu görünməmiş dərəcədə kəskinləşən Qərb koalisiyası Kremlə qarşı mübarizədə yeni platsdarm əldə etmək üçün Ermənistandan istifadə etməyə qərar verib. Bu məsələ bir neçə gün əvvəl NATO-nun Baş katibi Y.Stoltenberqin İrəvanda Ermənistanın baş naziri N.Paşinyanla keçirdiyi görüşdən sonra aktuallaşmağa başlayıb. Belə ki, Qərb mediası yazır ki, bu görüş fonunda ABŞ dövlət katibi Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında Paşinyan və Stoltenberqin bu ilin aprel ayında geniş tərkibdə görüşünün hazırlanması barədə məlumat daxil olub. Ehtimal olunur ki, ABŞ və Avropa İttifaqı Ukrayna ilə Qərb ölkələri arasında imzalanan ikitərəfli sazişlər kimi Ermənistana təhlükəsizlik zəmanətləri vermək üçün pakt imzalamağa hazırlaşır.
Buna qədər isə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fonunda ənənəvi müttəfiqi olan Rusiya ilə hərbi əməkdaşlıqdan faktiki olaraq imtina etməsi əslində bu prosesin Qərbin planı əsasında icra olunmasından xəbər verir. Lakin o da aydındır ki, Qərblə İrəvan arasında istənilən məzmunlu hərbi zəmanət sənədinin imzalanmasından sonra Ermənistan KTMT-nı tərk etməlidir. Həmçinin, belə bir sənədin imzalanması o deməkdir ki, Ermənistan Rusiyadan Gümrüdəki 102-ci bazanın çıxarılmasını tələb etməlidir. Gözlənilir ki, proseslərin bu şəkildə cərəyan etməsindən sonra Ermənistandakı Rusiya hərbçilərini bu ölkədəki Avropa İttifaqının monitorinq missiyasının tərkibində göndərilə bilən ABŞ hərbçiləri əvəz edə bilər.
Bu, Rusiyanın Ukraynanın ardınca indi də Cənubi Qafqazdan və daha sonra isə Mərkəzi Asiyadan sıxışdırıb çıxartmaq planının işə salınmasıdır. Hələlik Rusiya tərəfi Ermənistanla Qərb arasında imzalanması ehtimal olunan təhlükəsizlik zəmanəti paktına münasibət bildirməyib. O da aydındır ki, bu baş verərsə, Ermənistan vasitəsilə Rusiyanın maraqlarına böyük zərbə vurulacaq. Lakin Rusiyanın belə situasiyalarda necə davrandığı Ukraynada baş verənlərin fonunda məlumdur. ABŞ başda olmaqla Qərb dövlətləri bütün dünyada, o cümlədən də Cənubi Qafqazda vəziyyəti mümkün qədər gərginləşdirmək, ənənəvi rəqiblərinə qarşı yeni münaqişə ocaqları yaratmaq yolunu tutublar. Ermənistan bu ssenaridə vasitədir və hadisələrin inkişaf edəcəyi təqdirdə onun Ukrayna və ya Livana çevriləcəyi şübhə doğurmur. Bu mənada Ermənistanın indi də  təhlükəsizlik zəmanəti adı altında Qərblə hansısa hərbi sənəd imzalamağa hazırlaşması heç bir halda bu ölkəyə yaxşı nəsə vəd edə bilməz.  Moskva bu plana mütləq cavab verəcək və bu, özünü çox gözlətməyəcək.
Digər tərəfdən bu plan İranın da ciddi reaksiyasına səbəb olacaq. Çünki Ermənistanla təhlükəsizlik zəmanəti sənədinin imzalanması ABŞ hərbçilərinin daha bir coğrafiyadan İran sərhədlərinə yaxınlaşması və deməli İran üçün yeni təhdidin meydana çıxması deməkdir. Bu mənada İranın dərin qarşıdurma yaşadığı ABŞ-nin hərbçilərinin Ermənistanda yerləşməsini cənub qonşumuz birmənalı şəkildə özünə təhdid olaraq qəbul edəcək. Əlbəttə ki, bütün bunların fonunda İran xüsusilə 44 günlük müharibədən sonra qucaq açdığı, dəstək verdiyi Ermənistanın əsil simasını görəcək.
Qərbin Ermənistanla təhlükəsizlik zəmanəti adı altında hansısa sənədi imzalanması İrəvanla Bakı arasındakı sülh prosesinə və bütövlükdə regiona təhdidlər yaradır. Ona görə ki, bu, Avropa İttifaqının missiyasından sonra Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olması cəhdidir. Bunun nəticəsində yaranan situasiya regionda partlayışa və formalaşmaqda olan regional təhlükəsizliyə böyük zərbə ola bilər. Amma o da indidən aydındır ki, istənilən partlayışın və zərbənin hədəfi yalnız Ermənistan olacaq. Başqa sözlə, Ermənstan Qərbin yeni avantürasının qurbanı olacaq.

Rəşad CƏFƏRLİ,
«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb

16:29
21 Dekabr

Fələstin mediası Azərbaycanın humanitar yardımından yazıb

16:27
21 Dekabr

Fərid Qayıbov: Xankəndidə nəinki yerli, eləcə də beynəlxalq idman tədbirləri keçiriləcək

16:17
21 Dekabr

Qərbi Azərbaycan İcmasının cari ilin yekunlarına dair Ümumi Yığıncağı keçirilib

16:11
21 Dekabr

Pakistanın şimal-qərbində silahlıların hücumu nəticəsində 16 hərbçi həlak olub

16:07
21 Dekabr

Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı saziş imzalanıb

16:05
21 Dekabr

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiqlənib

15:49
21 Dekabr

Bələdiyyə seçkiləri ilə əlaqədar daha 10 partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb

15:46
21 Dekabr

Bakıda "Nuhun izi ilə" sənədli filminin təqdimatı olub

14:30
21 Dekabr

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə barədə qanun layihəsini qəbul edib

13:47
21 Dekabr

Azərbaycana qış gəldi

13:32
21 Dekabr

Yəməndən atılan raket Təl-Əviv şəhərindəki uşaq meydançasına düşüb

13:30
21 Dekabr

Almaniyada dəhşətli terror aktı baş verib

13:21
21 Dekabr

Bazar günü yağmursuz hava şəraiti gözlənilir

12:51
21 Dekabr

Xankəndidə 50 illik fasilədən sonra yenidən badminton üzrə ölkə çempionatı keçirilir

12:51
21 Dekabr

Almaniyada törədilən qanlı hadisə zamanı yaralananlar arasında Türkiyə vətəndaşları da var

12:10
21 Dekabr

Azərbaycan nefti ucuzlaşıb

12:09
21 Dekabr

DİN xəbərdarlıq edir: Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin!

12:04
21 Dekabr

Dünya birjalarında neft bahalaşıb

11:23
21 Dekabr

Cari ildə sürət həddinin aşılması ilə nəticələnən qəzalarda 344 nəfər həyatını itirib

10:58
21 Dekabr

Prezident İlham Əliyev almaniyalı həmkarına başsağlığı verib

10:58
21 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!