04 İyun 2026 08:45
446
SİYASƏT
A- A+
Ermənistanda seçki rəqabətinin son günləri yaşanır

Ermənistanda seçki rəqabətinin son günləri yaşanır


Rəy sorğularına görə, Nikol Paşinyanın qalib gəlmək şansı revanşistlərdən çoxdur


Ermənistan cəmiyyəti daxili siyasi böhranlar və xarici təzyiqlər fonunda ölkənin gələcək taleyini müəyyənləşdirəcək növbəti sınaq qarşısındadır. Regionda formalaşan yeni geosiyasi reallıqlar, xüsusilə Azərbaycanla aparılan birbaşa sülh danışıqları bu ölkədə hakimiyyət uğrunda mübarizəni daha da kəskinləşdirib. Gərgin ab-hava fonunda ölkədə seçki marafonunun son və həlledici mərhələsinə start verilib. İyunun 7-də keçiriləcək parlament seçkilərinin nəticələrinə görə, qanunverici orqanda mütləq üstünlüyə malik olan siyasi qüvvə baş nazir seçmək hüququ əldə edəcək.

Seçki marafonunda iki blok və 17 partiya daxil olmaqla 19 siyasi təşkilat iştirak edir. Lakin sorğulara əsasən, bu qüvvələrdən yalnız dördünün parlamentə düşmək uğrunda real mübarizə şansı var. ABŞ-nin "International Republican Institute" təşkilatının sifarişi ilə "Breavis" şirkəti tərəfindən 1511 nəfər vətəndaş arasında keçirilən sorğuda iştirakçılardan 29 faizi, yəni 491 nəfəri Baş nazir Nikol Paşinyanı və onun rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasını dəstəkləyiblər. Sorğuda ikinci yerdə oliqarx Samvel Karapetyan qərarlaşıb, respondentlərin 8 faizi onu baş nazir kimi görmək istədiklərini bildirib. Ermənistanın sabiq prezidenti və "Hayastan" seçki blokunun baş nazirliyə namizədi Robert Koçaryana etibar edənlərin göstəricisi isə 4 faiz olub. 

Sorğunun diqqətçəkən nəticələrindən biri respondentlərin bəzilərinin siyasətçilərə inamının olmamasıdır. Belə ki, iştirakçıların 40 faizi heç kimə etibar etmədiyini söyləyib. Bununla belə, respondentlərin 61 faizi ölkənin düzgün istiqamətdə getdiyini bildirib. Ümumiyyətlə isə Paşinyanın əsas rəqibləri R.Koçaryan, S.Karapetyan və Q.Sarukyanın reytinqi parlament baryerini keçmək üçün kifayət etmir. Samvel Karapetyan və Robert Koçaryanın reytinqlərinin çox aşağı olması Ermənistan müxalifətinin cəmiyyət tərəfindən ciddi bir alternativ kimi qəbul edilmədiyini sübut edir. 

Ekspertlərin fikrincə, Paşinyanın reytinqinin yüksəlməsi Azərbaycanla sülh prosesini davam etdirməsi, real iqtisadi addımların atılması, müxalifətin isə "Qarabağ məsələsi"ni yenidən gündəmə daşıması ilə bağlıdır. Müxalifətin köhnə ritorikanı davam etdirməsi cəmiyyətdə qarşılıq tapmır, çünki erməni toplumu artıq keçmişin fəsadlarından uzaqlaşmaq istəyir. Eyni zamanda kənar güclərin təzyiqləri və Ermənistan iqtisadiyyatına tətbiq edilən məhdudiyyətlər Paşinyanı zəiflətmək əvəzinə, əks-effekt verərək mövqeyini daha da gücləndirib. Beləliklə, hazırkı geosiyasi və daxili proseslər N.Paşinyanın hakimiyyətini qorumaq şansını artırır. 

Köhnə ambisiyalarını yenidən gündəmə daşıyan R.Koçaryan iddia edib ki, onun yanaşması danışıqlar prosesinin sıfırlanması demək deyil və sülh müqaviləsi üçün "zəmanətçilər" lazımdır: "Əgər mən və komandam Ermənistanda hakimiyyətə gəlsək, Azərbaycanla sülh danışıqları sıfır nöqtəsindən başlamayacaq". "Zəmanətçi tərəflər"ə gəlincə, Koçaryan bu rolda Rusiya və ABŞ-ni gördüyünü açıqlayıb: "Avropa İttifaqının iştirakı da arzuolunan olardı, amma mən Rusiya, ABŞ və Çinin daxil edilməsini ideal variant hesab edirəm". 

Nikol Paşinyan Koçaryanın açıqlamasına sərt etirazını bildirib və deyib ki, ermənilər xarici qüvvələrin onları başqa kənar qüvvələrə qarşı istifadə etməsinə imkan verməməlidirlər. Baş nazir bildirib ki, Ermənistan keçmişin ağrılı dərslərindən nəticə çıxarmalıdır. Paşinyan sabiq prezidentin tərəflər arasında "sülh zəmanətçisi"nin olması ilə bağlı fikrinə də qarşı çıxıb: "Bu, ölkənin taleyini başqalarının əlinə vermək deməkdir. Biz taleyimizi çox çətinliklə öz əlimizə almışıq, sükanı əlimizdən buraxa bilmərik". 

Koçaryanın sülh prosesinə xarici "zəmanətçi dövlətlər"in cəlb olunması təklifi Ermənistanın ənənəvi xarici siyasət modelinə, yəni təhlükəsizliyi böyük güclərin himayəsinə buraxmaq strategiyasına qayıtmaq cəhdidir. O, Rusiya, ABŞ, Çin və Avropa İttifaqı kimi qlobal oyunçuları prosesə daxil etməklə Ermənistan üçün əlavə diplomatik qalxan yaratmağa çalışır. Bununla yanaşı, hakimiyyətə gələcəyi təqdirdə danışıqları tamamilə sıfırlamayacağını vəd edərək özünü daha "rasional alternativ" kimi təqdim etmək istəyir. 

Hazırda Bakı və İrəvanın vasitəçilər olmadan, birbaşa ikitərəfli danışıqlar aparması regionda yeni dialoq platformasının yarandığını göstərir. Tərəflər kənar müdaxiləyə ehtiyac olmadığını dəfələrlə bəyan ediblər. Regionda tamamilə yeni və birbaşa ikitərəfli münasibətlər modelinin bərqərar olduğu bir vaxtda "xarici zəmanətçi"lər axtarışına çıxmaq mövcud reallıqlarla kəskin ziddiyyət təşkil edir. Nəticə etibarilə, Cənubi Qafqazın gələcək sülh arxitekturası böyük güclərin maraq toqquşmaları üzərində deyil, məhz vasitəçisiz təmasların praktiki nəticələri əsasında qurulacaq.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

03:04
13 İyun

Hava limanlarının (aeroportların) idarə edilməsi qaydası

03:03
13 İyun

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan

19:38
12 İyun

İsveçrədə tarixi səsvermə: əhali sayını 10 milyonla məhdudlaşdırmaq təklif olunur

19:03
12 İyun

Dünyada hər 70 nəfərdən biri evini tərk etmək məcburiyyətində qalıb

18:58
12 İyun

İqlim istiləşməsi 4 il ərzində kritik həddi keçə bilər

18:50
12 İyun

HDQ-də döyüş atışlı taktiki təlim olub  

18:48
12 İyun

Nigeriyada kütləvi adamqaçırma təhlükəsi

18:41
12 İyun

Avropa İttifaqının yeni “Köç və Sığınacaq Paktı” qüvvəyə minir

18:33
12 İyun

Azərbaycan və Dünya Bankı yol layihələri üzrə tərəfdaşlığı genişləndirir

18:24
12 İyun

İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahudan

18:13
12 İyun

Azərbaycan BNF-nin dayanıqlı mobillik üzrə İşçi qrupunun ilk iclasında iştirak edib

18:13
12 İyun

“App Store” üçün yeni abunə modeli istifadəyə veriləcək

18:01
12 İyun

Ultra sürətli enerji doldurma stansiyalarının yaradılmasına başlanılıb

17:52
12 İyun

Ağsuda vətəndaşların müraciətləri dinlənilib

17:51
12 İyun

“RobotChallenge Azerbaijan 2026” Bakıda keçiriləcək  

17:44
12 İyun

Ərdoğan: Bəşəriyyət İkinci Dünya müharibəsindən bəri ən kritik hadisələri yaşayır  

17:43
12 İyun

May ayında meyvələr bahalaşıb, tərəvəzlər ucuzlaşıb

17:39
12 İyun

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

17:34
12 İyun

“Azərsun Holdinq” Şamaxıda BBQ Festivalına dəstək göstərir

17:29
12 İyun

“AzerGold” Çovdar emal sahəsinə infotur təşkil edib

17:21
12 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!