11 May 2025 08:47
785
SİYASƏT
A- A+
Ermənistanda faşizm dövlət səviyyəsində təbliğ olunur

Ermənistanda faşizm dövlət səviyyəsində təbliğ olunur


Bu ölkədə nasistlər qəhrəman kimi qələmə verilir


İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan parlaq qələbədən 80 il keçir. 

İnsanlara ölüm və fəlakət gətirən bu dəhşətli müharibənin qanlı izləri, göstərilən amansızlıqlar, dağıntılar bu gün də yaddaşlarda və tarixin səhifələrində yaşamaqdadır. Nəhayət, gərgin mübarizədən sonra dünyaya hökmranlıq etmək istəyən alman faşizminin sonu gəlib çatdı. 1945-ci il mayın 9-da alman faşizmi məğlubiyyətə uğradıldı. 80 ildir ki, həmin gün Qələbə bayramı kimi qeyd olunur.

Alman faşizmi üzərində qazanılan bu tarixi Qələbədə azərbaycanlılar da misilsiz qəhrəmanlıqlar göstəriblər. 1941-ci ildə - İkinci Dünya müharibəsi başlayanda Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız könüllü olaraq hərbi komissarlıqlara ərizə ilə müraciət edərək qələbə qazanmaq əzmi ilə cəbhəyə yollandı. Azərbaycan xalqının ümumilikdə 600 mindən çox övladı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak etdi. Müharibə illərində göstərdikləri igidliyə görə onlardan 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edildi. Faşizmə qarşı mübarizədə 130 nəfər Azərbaycan vətəndaşı (onlardan 43 nəfəri azərbaycanlıdır) Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Xalqımızın qəhrəman oğulları, qızları keçmiş ittifaqın Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və başqa əraziləri uğrunda cəsarətlə döyüşdülər. Aparılan uğurlu əməliyyatlar nəticəsində alman faşizmi məhv edildi. Bəşəriyyət rahat nəfəs almağa başladı.

Amma təəssüflər olsun ki, bu gün erməni işğalçıları, erməni separatçıları alman faşizmini dirçəltməyə, ona yeni həyat verməyə çalışırlar. Ermənistanda 80 il əvvəl bəşəriyyəti məhvə sürükləyən faşizm təbliğ olunur. Ölkənin paytaxtı İrəvanda faşist generalı Njde kimi tanınan, Hitlerin əlaltılarından biri sayılan, vaxtilə Vermaxtın erməni cəza legionunun əsasını qoymuş Qaregin Ter-Arutunyana heykəl qoyulub. Ən pisi də odur ki, Ermənistanda faşizm təbliğatı dövlət səviyyəsində aparılır. Njdenin heykəlinin açılışında o zamanlar Ermənistan prezidenti olmuş Serj Sarkisyan da iştirak edib. Bütün bunlar bir daha sübut edir ki, bu ölkədə faşizm, nasizm çiçəkləməkdə davam edir. Ermənistan Hitler nasizminin əlaltılarını qəhrəmanlaşdırmaq cəhdlərindən geri çəkilmir. Həm rəsmi İrəvan, həm də ona canla-başla züy tutan dünya erməniləri, bir zamanlar Hitlerin yaxın adamları olan erməni generalları Njde və Dronun (Drastamat Kananyan) adlarını təmizə çıxarmaq üçün bütün imkanlardan istifadə edirlər. Çirkin məqsəd və amallarına çatmaq üçün dəridən-qabıqdan çıxırlar.

Tarix isə heç nəyi unutmur. Bu gün Ermənistanın adlarını təmizə çıxarmaq istədiyi bu "milli qəhrəman"lar İkinci Dünya müharibəsində Ukrayna və Polşada on minlərlə dinc insanın qırğınına, yəhudilərə və nasist ideologiyasına "uyğun gəlməyən" digər xalqlara qarşı qanlı cinayətlər törədiblər. Buna görə də həmin qaniçən canilər tarix qarşısında məsuliyyət daşıyırlar. Erməni legionunun hesabatlarından da qan püskürür. Hesabatla tanış olanda öyrənirik ki, alman faşizminə xidmət edən bu erməni canilər təkcə Qərbi Krımda 20 mindən çox dinc sakini qətlə yetiriblər. 

Erməni cəlladı Njde 1948-ci ildə hərbi cinayətkar kimi həbs edilib. Məhkəmə törətdiyi cinayətlərə görə ona 25 illik həbs cəzası verib. Alman faşizminə xidmət etmiş Njde 1957-ci ildə Vladimir şəhərindəki həbsxanada ölüb. Törətdiyi cinayətlərin ağırlığına görə hətta ölümündən sonra belə ona bəraət verilməyib. Məhkəmə əvvəlki hökmünü qüvvədə saxlayıb. Çünki bəşəriyyətin düşməni olanların cinayəti heç vaxt bağışlanmır. Bu gün dünya birliyi insanlıq əleyhinə olan faşizmin bütün təzahürlərini pisləyir. Belə bir vaxtda Ermənistanın siyasi rəhbərliyi Hitler Almaniyası dövründə çoxlu insanları, o cümlədən elə erməni xalqının nümayəndələrini amansızcasına qətlə yetirmiş, faşist rejiminə sədaqət andı içmiş caniləri bütləşdirmək siyasətindən əl çəkmir. 

Alman faşizminə xidmət edən canilərin qəhrəmanlaşdırılmasına, idellaşdırılmasına və təbliğ olunmasına qarşı çıxan, beynəlxalq təşkilatlar, ölkələr qarşısında bu məsələni qaldıran Prezident İlham Əliyev 11 oktyabr 2019-cu ildə MDB Dövlət Başçıları Şurasının iclası zamanı demişdir: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi "Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında" məruzə təqdim edib. Həmin məruzədə deyilir: "Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb". Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir".

Dövlətimizin başçısı çıxışına davam edərək onu da xüsusi olaraq qeyd etmişdir ki, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik "1941-1945-ci illərin Böyük Vətən müharibəsi" ensiklopediyasının "Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat" adlı VI cildində dərc edilmiş "Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti" adlı məqalədə deyilir: "Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: "Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur". 

Dövlətimizin başçısı çıxışında  bildirdi ki, burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.

Ermənistan nə qədər ki faşizmi təbliğ edir, hər yerdə və həmişə məğlubiyyətlə üzləşəcək. Çünki dünyanın heç bir yerində insanlıq əleyhinə olan faşizmə yer yoxdur. İkinci Dünya Müharibəsində Hitler faşizmini məğlub edən ataların, babaların nəvə və nəticələri, 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrini diz çökdürərək 30 ilə yaxın işğalda qalmış torpaqlarımızı azad etdi. Azərbaycan xalqına qələbə sevinci yaşatdı. Qarabağda erməni separatizminə, erməni vandalizminə, erməni işğalına son qoydu.


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!