14 Mart 2025 09:00
191
SİYASƏT
A- A+
Ermənistan təhlükəli oyun oynayır

Ermənistan təhlükəli oyun oynayır


Qərb regionda yeni müharibə planı hazırlayır


Ermənistandan ziddiyyətli məlumatlar gəlməkdə davam edir. Bu ölkənin xarici işlər naziri Ararat Mirzoyan niderlandlı həmkarı Kaspar Veldkampla birgə mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycanla sülh sazişini yaxın zamanda imzalamağa və ədavət səhifəsini bağlamağa hazırdır. 

Mirzoyan qeyd edib ki, bu saziş, əlbəttə, bütün məsələləri həll edə bilməz, lakin bütün prosesin müsbət yekunlaşmasının başlanğıcı ola bilər. Eyni zamanda erməni nazir deyib: "Biz Türkiyə ilə dialoqu qısa zamanda müsbət sonluğa çatdırmağa, diplomatik əlaqələr qurmağa və sərhədləri açmağa hazırıq. Bu barədə həm Ermənistan, həm də Türkiyə mütəmadi olaraq bəyanatlar veriblər. Müəyyən mənada bu proseslər hətta Ukrayna ətrafında baş verən hadisələri qabaqlaya və ya onlarla paralel gedə bilər".

Ermənistandan gələn xəbərləri təhlil etdikdə hayların təhlükəli oyunlara hazırlaşdığını görməmək mümkün deyil. Heç şübhəsiz ki, Ararat Mirzoyanın ölkəsinin sülhə hazır olması barədə bəyanatı xarici auditoriyaya hesablanıb. Dünyada sülhə hazır olduğu görüntüsünü yaratmağa çalışan rəsmi İrəvanın son hərəkətləri, mövcud  revanşist əhvali-ruhiyyə bu ölkənin Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşdığını  göstərir. Məsələ burasındadır ki, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir də. "Hraparak" nəşri yazır ki, baş nazir Nikol Paşinyan hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə keçirdiyi görüşdə Azərbaycanla sülh prosesinin dalana dirəndiyini qeyd edib. Partiyadaşları ilə görüş zamanı Paşinyanın "Bakı dəhliz tələbindən geri çəkilmir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. O, ictimaiyyəti bu barədə məlumatlandırmağın zəruri olduğunu bildirib".

Xəbərlərdə bu ölkənin Azərbaycanla  şərti sərhədinin müxtəlif istiqamətlərinə   qoşunlarını cəmləşdirməsi və hücum xarakterli dayaq məntəqələrinin qurulması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrinin yaradılması, yeni inşa edilmiş dəmir-beton fortifikasiya qurğularında Ermənistan silahlı qüvvələrinin artilleriya sistemləri, digər hücum silahları və ağır atəş vasitələrinin yerləşdirilməsi kimi ciddi  narahatlıq doğuran məqamlar var. Son günlər Paşinyanın partiyasının üzvləri də Zəngəzura (Sunik) intensiv səfərlər etməkdədirlər. İqtisadiyyat naziri Gevorq Papoyan da ötən həftə iki dəfə bölgəyə səfər edib və yerli əhali ilə söhbətində müharibənin qaçılmaz olduğunu xüsusi olaraq vurğulayıb. Görünən budur ki, Ermənistan yeni muharıbə hazırlığındadır. Elə erməni mətbuatında da bu gün daha çox gündəm olan  müharibə mövzusudur. Ehtiyatda olan əsgər və zabitlərə çağırış vərəqələri göndərilməsi, apreldən iyuna qədər 10 həftəlik hərbi hazırlığa cəlb ediləcəkləri barədə məlumatlar müharibə anonsunun ciddi olduğuna əsas verir. 

Sülhün aktuallaşdığı və delimitasiya komissiyalarının görüşlərinin keçirilməsi fonunda Fransa öz maraqlarını bölgədə gücləndirmək məqsədilə Ermənistanı hava hücumundan müdafiə sistemləri, artilleriya və zirehli texnika ilə təchiz edir. Qeyd edək ki, sülh müqaviləsini imzalamağa "hazırlaşan" Ermənistan son vaxtlar "CAESAR 155" mm-lik özüyeriyən artilleriya qurğuları və onların komplekt hissələri, həmçinin tank əleyhinə raket sistemləri və "hava-hava" tipli raketlərlə təmin edilib. Ermənistan ordusunun son zamanlar tədarük etdiyi müasir slihların siyahısında R511 və R530 "hava-hava" raketləri, 30 ədəd ERYX tank əleyhinə raket kompleksi, Almaniya istehsalı olan DM32 ("bunkerfaust") qumbaraatanları və "Panzerfaust 3" tank əleyhinə sistemləri də var. Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin arsenalına  Fransanın "Apilas" tipli 500 ədəd birdəfəlik reaktiv qumbaraatanı və ABŞ istehsalı olan 50 ədəd BGM-71 TOW tank əleyhinə raket kompleksi daxil olub. 

Ermənistanın silahlanması regionda təhlükəsizlik risklərini artırır. Bu məqamda xüsusi olaraq qeyd edək ki, Avropa İttifaqının Sülh Fondunun Ermənistana yardım ayırması açıq-aşkar regionda reallıqları dəyişməyə hesablanmış addımlardır. Regionda sülh ritorikası arxa plana keçir, müharibə ehtimalı artır. İstər Ermənistan Müdafiə Nazirliyi, istərsə də bu ölkəni silahlandıranlar "silahlanmanın hər bir ölkənin suveren hüququ" olduğunu dəfələrlə qeyd ediblər. Təbii ki, bu, hüquqi baxımdan belədir. Amma müharibə vəziyyətində olan bir ölkənin o silahları kimə yönəldəcəyini də izah etməyə qəti ehtiyac qalmır.  Hadisələrin gedişi deməyə əsas verir ki, Qərb açıq şəkildə regionda yeni müharibə planı hazırlayır. Bu səbəbdən də Ermənistana hər cür dəstək verir. Lakin bu, Ermənistana heç də xeyir gətirməyəcək. Dövlətimizin başçısının da qeyd etdiyi kimi: "Biz bütün dünyaya sübut etmişik ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu biz müharibə dövründə göstərmişik, 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 973-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

01:19
15 Mart

Azercell abunəçilərinin nəzərinə

01:17
15 Mart

Heydər Əliyev Mərkəzində heykəltaraş Andrey Ostaşovun “Qızılgülün sirri” sərgisi açılıb

23:57
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər  

23:53
14 Mart

Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır  

23:50
14 Mart

Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər

23:47
14 Mart

Arayik Harutyunyan məhkəmədə Ruben Vardanyanla bağlı danışıb

21:16
14 Mart

Arayik Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu - MƏHKƏMƏ  

21:11
14 Mart

ADA Universitetində 11-ci Bahar Gənclik Festivalı keçirilib

21:07
14 Mart

Anisa Bahiti: Azərbaycan və Albaniya arasında diplomatik əlaqələr möhkəmlənir

21:05
14 Mart

Qlobal Forum çərçivəsində “COP29: Belem üçün Sıçrayış – Transformasiyanın sürətləndirilməsi” mövzusunda panel iclas keçirilib  

21:04
14 Mart

Azərbaycan ilə İtaliya arasında tərəfdaşlığın inkişafı məsələsi müzakirə edilib  

21:02
14 Mart

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib  

20:59
14 Mart

Qlobal Bakı Forumunda "Sülh-münaqişə sonrası yenidənqurma və regional sabitliyin bərpası" mövzusunda müzakirələr aparılıb  

20:55
14 Mart

Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatı dinlənilib YENİLƏNİB

20:54
14 Mart

Prezident: Tramp administrasiyası dövründə ABŞ-la güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq

19:47
14 Mart

İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycanda keçiriləcək Zirvə görüşünə hazırlıq işləri müzakirə edilib  

19:19
14 Mart

Azərbaycan Prezidenti: Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq

19:15
14 Mart

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

19:11
14 Mart

Prezident İlham Əliyev: Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir  

19:10
14 Mart

Vəkillər Kollegiyasının rəhbərliyi növbəti vətəndaş qəbulu keçirib

19:09
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!