04 Sentyabr 2024 22:49
245
DÜNYA
A- A+

Ərdoğan: Türkiyə və Misirin töhfəsi regionda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir

 

Türkiyə və Misirin töhfəsi regionda sülh və sabitlik üçün həyati əhəmiyyət kəsb edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 4-də Ankarada misirli həmkarı Əbdül Fəttah əs-Sisi ilə birgə mətbuat konfransında söyləyib.

Türkiyə liderinin sözlərinə görə, Ankara və Qahirə regionda öz hərəkətlərini fəal şəkildə əlaqələndirir və bir çox məsələlər üzrə yaxın mövqelərdədirlər: “Əbdül Fəttah əs-Sisi ilə danışıqlar zamanı Şərqi Aralıq dənizi, Suriya, Liviya, Sudan və Afrika Buynuzu ölkələrindəki vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Biz qarşılıqlı faydalı əməkdaşlığın zəruriliyi barədə razılığa gəldik”.

Türkiyə Prezidenti fevral ayında reallaşan Qahirəyə səfərini dövlətlərarası əlaqələr üçün “dönüş nöqtəsi” adlandırıb. “Ölkələrimiz tarix boyu bəşəriyyətin inkişafına rəhbərlik etmiş sivilizasiyaların beşiyi olub. Türkiyə ilə Misir arasındakı münasibətlərin kökləri çox qədimlərə gedib çıxır. Gələn il Ankara və Qahirə diplomatik münasibətlərin qurulmasının 100 illiyini qeyd edəcək”, - deyə Ərdoğan tərəflərin ticarət dövriyyəsini ildə 15 milyard dollara çatdırmaq üçün fəal şəkildə çalışdıqlarını bildirib.

"Biz sənaye, ticarət, müdafiə, səhiyyə, ətraf mühitin mühafizəsi və enerji sahələri də daxil olmaqla, əməkdaşlığı inkişaf etdirmək əzmindəyik", - deyə Türkiyə Prezidenti əmin edib.

Misirin dövlət başçısı da öz növbəsində regionda humanitar böhranların həlli üçün Ankara ilə dialoqun əhəmiyyətini vurğulayıb.

“Mənim hazırkı səfərim Türkiyə ilə əməkdaşlığın gələcək genişlənməsinin müjdəçisidir”, - deyə Əbdül Fəttah əs-Sisi qeyd edib.

Türkiyə və Misir liderlərinin iştirakı ilə 17 müqavilə imzalanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video