24 Iyul 2024 16:53
235
DÜNYA
A- A+

Ərdoğan: Türkiyə dünyada dostlarının sayını artırmağa çalışır

 

Türkiyə qonşu ölkələrlə gərginliyə qarşıdır. Biz bütün dövlətlərlə, xüsusən də regionda yerləşən ölkələrlə dostluq münasibətlərinə və əməkdaşlığın dərinləşdirilməsinə çalışırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 24-də Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının üzvləri qarşısında çıxışı zamanı deyib.

“Türkiyənin dünyada dostlarının sayını artırmağa çalışırıq. Ankaranın xarici siyasətinin xoşməramlılığına, qətiyyətinə və səmimiliyinə şübhə etmək olmaz. Türkiyə uzadılan əllərin heç birini rədd etmir”, -deyə dövlət başçısı vurğulayıb.

Siyasətçi qeyd edib ki, Türkiyənin dövlətlərarası münasibətlərdə prioriteti maraqlar birliyi və qarşılıqlı hörmət olaraq qalır. “Əminəm ki, bu komponentləri nəzərə alsaq, ikitərəfli münasibətlərdə aşılması mümkün olmayan heç bir maneə yoxdur və ola da bilməz”, -deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti xatırladıb ki, son illər Ankara region ölkələri və beynəlxalq strukturlarla əlaqələrin dərinləşdirilməsi istiqamətində mühüm addımlar atıb.

“Türkiyə artan təhlükəsizlik təhdidləri qarşısında manevr imkanlarını genişləndirmək üçün səylərini daha da artırmaq niyyətindədir”, -deyə siyasətçi bildirib.

Türkiyənin dövlət başçısı daha sonra bəyan edib ki, Ankara Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) beynəlxalq səviyyədə tanınması kursuna sadiqdir. “Biz həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də İslam Əməkdaşlıq Təşkilatı platformasında ŞKTC-nin maraqlarını dəstəkləmək üçün səylərimizi davam etdirəcəyik. Eyni zamanda, türk Kiprinin inkişafı və ŞKTC iqtisadiyyatına investisiyaların artırılması üçün mümkün olan hər şeyi edəcəyik”, - deyə Ərdoğan əmin edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video