13 Yanvar 2026 08:40
2166
Təhsil
A- A+
Elm və təhsil siyasətinin strateji hədəfləri

Elm və təhsil siyasətinin strateji hədəfləri


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə elm və təhsil sahəsində mövcud olan mühüm problemlərə toxunmuş və gələcəyə yönəlmiş mesajlar vermişdir. Cənab Prezident bu müsahibəsində irəli sürdüyü bir sıra müddəalarla, digər məsələlərlə birgə, ölkənin elm və təhsil siyasətinin strateji istiqamətlərini də göstərmişdir.

Prezidentin müsahibəsi mahiyyət etibarilə həm müəyyən bir dövrün yekunlarına həsr olunmuş siyasi hesabat, həm də ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən proqram xarakterli çıxışdır. Burada dövlətimizin başçısı xarici siyasətdən təhlükəsizliyə, regional kommunikasiyalardan sosial məsələlərə, müstəqillik və suverenlikdən Azərbaycan dilinin qorunması və inkişafına dövlət qayğısının vacibliyinə qədər geniş bir spektri əhatə edən fundamental mövqe ortaya qoymuşdur. Lakin xüsusi vurğulamaq lazımdır ki, müsahibənin ən strateji və uzunmüddətli təsir gücünə malik hissələrindən biri məhz elm, təhsil və insan kapitalının inkişafı ilə bağlı səsləndirilən fikirlərdir.

Prezident İlham Əliyevin müvafiq suala cavabında bir daha aydın şəkildə ifadə olunmuşdur ki, Azərbaycanın dayanıqlı inkişafı, milli gücü və qlobal rəqabət qabiliyyəti  yalnız təbii sərvətlərə deyil, zəka, bilik, elmi potensial və savadlı cəmiyyətin formalaşmasına söykənməlidir. Bu yanaşma müasir dünya inkişafının əsas qanunauyğunluqları ilə tam uzlaşır.

Bir neçə il əvvəl Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş "qara qızılı insan kapitalına çevirmək" konsepsiyası bu gün dövlət siyasətinin konkret istiqamətinə çevrilmişdir. Müsahibədə bu konsepsiyanın məntiqi davamı kimi elm və təhsilin prioritet sahə elan edilməsi təsadüfi deyildir.

Dünya təcrübəsi göstərir ki, təbii resurslara əsaslanan iqtisadiyyatlar uzunmüddətli perspektivdə ciddi risklərlə üz-üzə qalır. Neft və qaz gəlirləri müvəqqətidir və tükənmə riski daşıyır. Təhsil və elm sahəsinə yatırılan investisiyalar isə nəsillər boyu davamlı fayda verir, cəmiyyətin intellektual və innovativ potensialını gücləndirir. Norveç, Sinqapur, Cənubi Koreya və digər inkişaf etmiş ölkələrin təcrübəsi bunu aydın şəkildə göstərir: onlar təbii və maliyyə kapitalını vaxtında və məqsədyönlü şəkildə intellektual kapitala çevirməyi bacarmış, elm və təhsili milli inkişaf strategiyasının mərkəzi elementinə çevirmişlər. Bu təcrübə Azərbaycan üçün də anlamlı dərsdir və göstərir ki, dayanıqlı inkişaf yalnız bilik və elmin sistemli inkişafına əsaslanmaqla mümkündür. Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi əsas mesajlardan biri də məhz budur: Azərbaycan öz gələcəyini onilliklər və yüzilliklər miqyasında planlaşdırmalıdır. Bu isə yalnız savadlı, düşünən, tənqidi təfəkkürə malik, elmi biliklərə söykənən cəmiyyətlə mümkündür.

Elm və Təhsil Nazirliyinin yaradılması, Prezident İlham Əliyevin vurğuladığı kimi, yalnız struktur dəyişikliyi məqsədilə atılmış addım deyildir, bu, həmçinin elmin təşkili baxımından konseptual yanaşmanın dəyişməsini ifadə edir. Uzun illər ərzində elm və təhsil institusional baxımdan ayrı fəaliyyət göstərmiş, bu təbii olaraq elmi nəticələrin tədris prosesinə, təhsil sahəsində qarşıya çıxan problemlərin isə elmi araşdırmalara tam inteqrasiyasına mane olmuşdur. Yeni struktura keçid, həm elm, həm də təhsilin birgə fəaliyyətini təmin etməklə, elmi biliklərin təhsildə tətbiqini gücləndirir və tədris prosesində yaranan çağırışlara akademik həll yollarının inteqrasiyasını mümkün edir ki, bu da Azərbaycanın elm və təhsil siyasətində strateji dönüşün əsasını təşkil edir.

İnkişaf etmiş ölkələrin təcrübəsində elm və ona aid strukturlar əsasən universitetlər ətrafında formalaşır. ABŞ, Almaniya, Böyük Britaniya, Yaponiya kimi ölkələrdə aparıcı elmi tədqiqatlar ali təhsil müəssisələri ilə sıx bağlıdır. Bu model elmi biliklərin həm istehsalını, həm də sürətli tətbiqini təmin edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan da məhz bu modeli seçmişdir və bu seçim strateji baxımdan son dərəcə düzgündür.

Müsahibədə toxunulan mühüm məqamlardan biri də elmi-tədqiqat institutlarında aparılan struktur və kadr islahatlarıdır. Bu proses bəzən cəmiyyətdə müxtəlif reaksiyalar doğursa da, dövlət başçısının vurğuladığı kimi, məqsəd elmi işçiləri sadəcə işlə təmin etmək deyil, elmin real inkişafını təmin etməkdir.

Müasir dünyada elmi fəaliyyətin qiymətləndirilməsi üçün beynəlxalq səviyyədə qəbul edilmiş aydın və obyektiv meyarlar mövcuddur. Bunlara  beynəlxalq indeksli, impakt faktoru yüksək olan nüfuzlu jurnallarda dərc olunan elmi məqalələr, H-indeksi və i10-indeksi kimi istinad göstəriciləri, aparılan tədqiqatların praktik və tətbiqi əhəmiyyəti, eləcə də qlobal elmi diskursda fəal iştirak daxildir. Məhz bu meyarlar elmi potensialın real səviyyəsini müəyyənləşdirir və elmin formal deyil, məzmunlu inkişafını təmin edir. Bu göstəricilər nəzərə alınmadan elmin tərəqqisindən danışmaq mümkün deyil. Prezidentin bu məsələyə açıq, prinsipial və tələbkar münasibəti elmi ictimaiyyət üçün son dərəcə ciddi və aydın bir mesajdır: keyfiyyət olmadan inkişaf mümkün deyildir. Dövlət başçısının səsləndirdiyi bu mövqe, əslində, Azərbaycanın dünya elmi məkanında mövqelərinin möhkəmləndirilməsinə, müvafiq beynəlxalq reytinqlərdə layiqli yer tutmasına yönəlmiş strateji çağırışdır. Bu baxımdan, ölkənin elmi ictimaiyyəti qarşısında böyük məsuliyyət dayanır və problemlərin həlli dərin düşüncə, yenilənmə və qlobal standartlara uyğunlaşma tələb edir.

Son 20 il ərzində Azərbaycanda 10 yeni ali təhsil müəssisəsinin yaradılması, onların bir qisminin dünyanın aparıcı universitetləri ilə birgə fəaliyyət göstərməsi dövlətin təhsilə verdiyi mühüm əhəmiyyətin aydın göstəricisidir. Bu ali məktəblər təkcə kadr hazırlığı funksiyasını yerinə yetirmir, eyni zamanda beynəlxalq akademik standartların, müasir tədris metodologiyalarının və elmi-tədqiqat mədəniyyətinin ölkəyə transferində mühüm rol oynayır. Xankəndi Universitetinin yaradılması isə prosesin xüsusi mərhələsidir; bu ali təhsil müəssisəsi həm milli suverenliyin və dövlətçilik iradəsinin təzahürü, həm də azad edilmiş ərazilərin elmi-intellektual məkana çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır. Xankəndidə universitetin fəaliyyətə başlaması regionun sosial-iqtisadi dirçəlişinə, insan kapitalının formalaşmasına və elmin ölkənin bütün coğrafiyasını əhatə edən inkişaf modelinə keçidinə xidmət edir.

Beynəlxalq tərəfdaşlıqlar yalnız diplomların qarşılıqlı tanınması ilə məhdudlaşmır. Bu əməkdaşlıqlar, eyni zamanda akademik mədəniyyətin formalaşması, tədqiqat etikası prinsiplərinin mənimsənilməsi, müasir tədris və qiymətləndirmə metodologiyalarının tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır. Belə tərəfdaşlıqlar vasitəsilə Azərbaycanın ali məktəbləri qlobal elmi standartlara daha sürətlə inteqrasiya olunur, elmi-tədqiqat prosesində şəffaflıq və keyfiyyət meyarları möhkəmlənir. Nəticə etibarilə, ali təhsil müəssisələrimizin beynəlxalq elm məkanına fəal qoşulması uzunmüddətli perspektivdə ölkənin nüfuzunun artmasına, tədqiqat məhsullarının qlobal rəqabət qabiliyyətinin yüksəlməsinə və Azərbaycanın dünyanın elm xəritəsində mövqeyinin möhkəmlənməsinə xidmət edəcəkdir.

Prezident İlham Əliyevin xüsusi vurğuladığı ən mühüm məsələlərdən biri cəmiyyətin ümumi intellektual səviyyəsinin yüksəldilməsidir. Tarixi təcrübə açıq şəkildə göstərir ki, ayrı-ayrı istedadlı və parlaq şəxsiyyətlər təsadüfən formalaşmır, onlar yüksək bilik səviyyəsinə, elmi və mədəni mühitə malik cəmiyyətin yetirmələri olurlar. Güclü elmi məktəblər, yaradıcı və tənqidi düşüncəni təşviq edən mühit, azad fikir mübadiləsi və sağlam rəqabət mühiti olmadan fundamental elmi nailiyyətlərə və davamlı inkişaf nəticələrinə nail olmaq mümkün deyil.

Bu kontekstdə müəllimlərin sosial təminatının yaxşılaşdırılması, onların peşəkar inkişafının dəstəklənməsi, təhsilin keyfiyyətinin sistemli şəkildə artırılması, eləcə də test və qiymətləndirmə mexanizmlərinin müasir tələblərə uyğun təkmilləşdirilməsi sadəcə texniki tədbirlər kimi deyil, dövlətin uzunmüddətli inkişaf strategiyasının əsas komponentləri kimi qiymətləndirilməlidir. Məhz bu amillər cəmiyyətin intellektual potensialının formalaşmasına, insan kapitalının güclənməsinə və ölkənin gələcək rəqabət qabiliyyətinin təmin olunmasına xidmət edir. 

Müsahibədə gənclərlə bağlı səsləndirilən fikirlər bir daha təsdiqləyir ki, dövlət siyasətinin mərkəzində insan amili, xüsusilə də bilikli, təşəbbüskar və müasir dünyagörüşünə malik gənclər dayanır. Xaricdə təhsil almış gənc mütəxəssislərin ölkəyə qayıdaraq dövlət və özəl sektorda səmərəli fəaliyyət göstərməsi artıq konkret və müsbət nəticələr verməkdədir; bu proses idarəetmədə yeni yanaşmaların formalaşmasına, innovativ düşüncənin tətbiqinə və institusional səmərəliliyin artmasına şərait yaradır. "Yüksəliş" proqramı isə gənclərin potensialının üzə çıxarılması, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi və gələcək idarəçi kadrlar kimi formalaşması baxımından mühüm və sistemli platforma rolunu oynayır.

Prezident İlham Əliyevin 22 illik dövlət idarəçiliyi təcrübəsinə əsaslanan müşahidələri göstərir ki, savadlı, peşəkar və müasir düşüncəyə malik kadrların məsul vəzifələrə irəli çəkilməsi idarəetmənin keyfiyyətini köklü şəkildə dəyişir, qərar qəbuletmə prosesində rasional yanaşmanı gücləndirir və ümumilikdə dövlət idarəçiliyinin effektivliyini əhəmiyyətli dərəcədə artırır.

Müasir dünyada elm və təhsil artıq sadəcə iqtisadi və sosial inkişaf amili olmaqla kifayətlənmir, onlar həm də milli təhlükəsizlik və dövlətin suverenliyinin qorunması baxımından həlledici əhəmiyyət kəsb edir. Yüksək texnologiyalar, süni intellekt, biotexnologiya, enerji səmərəliliyi və digər qabaqcıl sahələrdə geri qalmaq yalnız iqtisadi itkilərə yol açmır, eyni zamanda dövlətin təhlükəsizlik və geosiyasi mövqeyinə ciddi risklər yaradır.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan bu reallığı tam dərk edir və inkişaf strategiyasını ona uyğun qurur. Aparılan struktur və kadr islahatları, elm və təhsil sahəsində yeniliklər çətin, bəzən ağrılı proseslər tələb edə bilər, lakin bu islahatlar alternativsizdir və ölkənin uzunmüddətli dayanıqlı inkişafı, intellektual potensialının möhkəmləndirilməsi və qlobal rəqabət qabiliyyətinin artırılması üçün zəruridir.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi bir daha nümayiş etdirdi ki, Azərbaycan yalnız qısamüddətli iqtisadi və siyasi uğurların deyil, uzunmüddətli, davamlı və strateji inkişafın tərəfdarıdır. Bu inkişaf yolunda elm və təhsil ölkənin əsas dayağı, dayanıqlı inkişaf proqramının mərkəzi amilidir. Əgər aparılan struktur və kadr islahatları, təhsil və elmin inteqrasiyası istiqamətində atılan addımlar ardıcıl, prinsipial və məqsədyönlü şəkildə davam etdirilərsə, Azərbaycan təkcə ətraf regionun deyil, daha geniş coğrafiyanın elmi, intellektual və innovativ mərkəzlərindən birinə çevrilə bilər. 

Bu yol çətin, mürəkkəb və bəzən ağrılı proseslər tələb edir, lakin eyni zamanda ölkənin gələcək sabitliyini və dayanıqlı inkişafını təmin edən yeganə doğru yoldur.


İradə HÜSEYNOVA,

akademik

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:19
25 İyul

R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:19
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:16
25 İyul

R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında

01:15
25 İyul

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

01:14
25 İyul

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:13
25 İyul

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə"Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:13
25 İyul

"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:12
25 İyul

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:10
25 İyul

"Tibbi sığorta haqqında" və "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında

01:09
25 İyul

Kraudfandinq haqqında 

01:06
25 İyul

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

01:05
25 İyul

"Kraudfandinq haqqında" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə

01:04
25 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 310 nömrəli Qərarı ilə təsdiq edilmiş “Enerji menecment sisteminə dair Tələblər”də və 2023-cü il 18 aprel tarixli 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi istehsalı və təbii qazın emalı üzrə effektivlik potensialının qiymətləndirilməsi qaydası və qiymətləndirmə meyarları”nda dəyişiklik edilməsi barədə

01:03
25 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” 2014-cü il 1 may tarixli 118 nömrəli və “Elektron informasiya ehtiyatlarının (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunması hədləri”nin təsdiq edilməsi barədə” 2022-ci il 29 yanvar tarixli 38 nömrəli qərarlarının ləğv edilməsi haqqında

01:02
25 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nda və 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:00
25 İyul

“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:59
25 İyul

İşğaldan azad edilmiş ərazilərdə bərpa, tikinti və idarəetmə xidmətlərini həyata keçirən müəssisələrin nümunəvi strukturunun və ştat vahidlərinin təsdiq edilməsi haqqında

00:58
25 İyul

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:56
25 İyul

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin avqust ayında vətəndaşların qəbulu CƏDVƏLİ

00:55
25 İyul

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

00:54
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!