28 Oktyabr 2026 01:23
226
Nazirlər Kabineti
A- A+
“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 354


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 134 (Cild I); 2024, № 1, maddə 81, № 5 (II kitab), maddə 594, № 9, maddə 1067, № 11, maddə 1246; 2025, № 5, maddə 504, № 12 (II kitab), maddələr 1216, 1219, 1257; 2026, № 1, maddə 84) ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.4-cü bəndin “c” yarımbəndində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin;

1.2. 2.3-cü bənddən, 2.4-cü bəndin ikinci abzasından, 2.6-cı və 2-1.1-ci bəndlərdən ismin müvafiq hallarında “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın;

1.3. 2-1.20-ci bənddə “2 (iki)” sözləri “3 (üç)” sözləri ilə əvəz edilsin və həmin bənddən “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 1 (bir)” sözləri çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 oktyabr tarixli 192 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 10, maddə 919 (Cild I) ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə əlavə sığorta ödənişi məbləğinin hesablanması Qaydası”nın 2.1-ci bəndində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1206 (Cild I); 2024, № 5 (II kitab), maddə 592, № 11, maddə 1246; 2025, № 12 (II kitab), maddə 1257; 2026, № 7 (II kitab), maddə 757) ilə təsdiq edilmiş 1 nömrəli əlavə – “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin “Komissiyanın üzvləri:” hissəsinin on üçüncü abzası ləğv edilsin.

4. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2018-ci il 28 avqust tarixli 359 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1810 (Cild I); 2024, № 5 (II kitab), maddə 578; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 8 sentyabr tarixli 271 nömrəli Qərarı) 1-ci hissəsinin “Kollegiyanın üzvləri” bölməsinin altıncı abzasında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin.

5. “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 373 (Cild I); 2024, № 4, maddə 451, № 7, maddə 900, № 10, maddə 1169; 2025, № 2, maddə 182, № 4 (II kitab), maddə 412, № 7, maddə 721, № 10, maddə 983; 2026, № 1, maddə 83, № 5 (II kitab), maddə 469) 4-cü hissəsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.

6. “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 789 (Cild I); 2024, № 11, maddə 1246; 2025, № 10, maddə 972) 2-ci hissəsində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 803 (Cild I); 2024, № 2, maddə 235, № 10, maddə 1164; 2025, № 2, maddə 181; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 30 sentyabr tarixli 315 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən evliliyin və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

7.1. 1.2.10-cu yarımbənd ləğv edilsin;

7.2. 6.1.5-ci yarımbəndin 1-ci abzasına “çətin” sözündən əvvəl “gənclərin, o cümlədən” sözləri əlavə edilsin.

8. “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 iyun tarixli 231 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 6, maddə 821 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 2-ci hissədə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və” sözləri ilə əvəz edilsin;

8.2. 3-cü hissədə “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri

“, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və” sözləri ilə əvəz edilsin.

9. “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 992 (Cild I); 2024, № 1, maddə 92, № 4, maddə 459, № 7, maddə 901, № 10, maddə 1172; 2025, № 2, maddə 183, № 4 (II kitab), maddə 413, № 7, maddə 724, № 10, maddə 984; 2026, № 1, maddə 89, № 5 (II kitab), maddə 455, № 7 (II kitab), maddə 746; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 15 oktyabr tarixli 338 nömrəli Qərarı) 3-cü hissəsində “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və” sözləri ilə əvəz edilsin.

10. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1205 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 3.6-cı bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” sözləri ilə əvəz edilsin.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 dekabr tarixli 479 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1583 (Cild I) ilə təsdiq edilmiş “Doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin Siyahısı”nın 1-ci hissəsindən “və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

12. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 yanvar tarixli 7 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 90 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

12.1. 1-ci hissənin “Komissiyanın üzvləri” bölməsi üzrə:

12.1.1. dördüncü abzas ləğv edilsin;

12.1.2. altıncı abzasda “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin;

12.2. 3-cü hissədə “, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi” sözləri ilə əvəz edilsin.

13. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə psixoloji yardımla bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 yanvar tarixli 8 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 91 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

13.1. 1-ci hissənin “Komissiyanın üzvləri” bölməsi üzrə:

13.1.1. beşinci abzas ləğv edilsin;

13.1.2. yeddinci abzasda “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin;

13.2. 3-cü hissədə “, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri “və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi” sözləri ilə əvəz edilsin.

14. “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmət göstərən dövlət orqanlarının fəaliyyətinin təşkilinə dair Əlaqələndirmə Komissiyasının yaradılması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 oktyabr tarixli 289 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1158 (Cild I) 1-ci hissəsinin “Komissiyanın üzvləri:” bölməsinin beşinci abzası ləğv edilsin.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 27 noyabr tarixli 371 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 11, maddə 1293 (Cild I) ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

15.1. 5.6-cı bənddə “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” sözləri ilə əvəz edilsin;

15.2. 5.7-ci bənddən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın;

15.3. 7.1-ci bənddən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın və həmin bəndə “Daxili İşlər Nazirliyini,” sözlərindən sonra “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini,” sözləri əlavə edilsin.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 sentyabr tarixli 350 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1084 (Cild I); 2024, № 2, maddə 229, № 4, maddələr 448, 469, № 7, maddələr 895, 915, № 8, maddə 996, № 12 (I kitab), maddə 1326 (II kitab), maddə 1428; 2025, № 3, maddələr 273, 294, № 7, maddə 707, № 9, maddə 854, № 12 (II kitab), maddə 1257; 2026, № 4, maddə 380, № 5 (II kitab), maddə 474, № 7 (II kitab), maddə 754; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 9 sentyabr tarixli 278 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər və komissiyalar üçün müəyyən edilmiş vahid indekslərin Siyahısı”nın 11-ci hissəsinin on birinci abzası ləğv edilsin.

17. “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 2 mart tarixli 59 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 261) aşağıdakı dəyişikliklər edilsin:

17.1. 5-ci hissədən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə,” sözləri çıxarılsın;

17.2. həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vahid elektron informasiya sistemi haqqında Əsasnamə”nin 3.2.5-ci yarımbəndində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 21 may tarixli 158 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 5

(II kitab), maddə 482) ilə təsdiq edilmiş “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

18.1. 1.2-ci bənddə “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin;

18.2. həmin Qaydanın 6-9 nömrəli əlavələrinin adlarında “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 23 ” “ oktyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:29
28 Oktyabr

S.C.Rzayevin Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilməsi haqqında

01:28
28 Oktyabr

M.M.Seyidovun Azərbaycan Respublikası ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi vəzifəsindən azad edilməsi haqqında

01:27
28 Oktyabr

“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası” sənədinin təsdiq edilməsi haqqında

01:26
28 Oktyabr

“Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:25
28 Oktyabr

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
28 Oktyabr

Azərbaycan Respublikası Axar-Baxar və İlisu milli parklarının sanitariya-mühafizə zonalarının təsdiq edilməsi haqqında

01:22
28 Oktyabr

“Əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi üzrə siyahıyaalma qrupunun işçilərinin aylıq vəzifə maaşlarının cədvəli”nin təsdiq edilməsi haqqında

01:20
28 Oktyabr

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır  

21:12
27 Oktyabr

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb  

21:04
27 Oktyabr

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində  

20:51
27 Oktyabr

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir  

20:43
27 Oktyabr

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

20:23
27 Oktyabr

Roma Papasının Cənubi Amerika səfəri təxirə salınmayıb  

20:22
27 Oktyabr

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib YENİLƏNİB-2 

20:10
27 Oktyabr

Göz damcılarının nəzarətsiz istifadəsi fəsadlara yol açır 

20:01
27 Oktyabr

BMT Turizmin Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb  

19:50
27 Oktyabr

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub  

19:48
27 Oktyabr

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb  

19:46
27 Oktyabr

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb  

19:45
27 Oktyabr

İspaniyada zorakılıq dalğası  

19:39
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!