20 Dekabr 2018 22:02
315
CƏMİYYƏT
A- A+
Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olub

Əfsanəvi qəhrəman Mehdi Hüseynzadənin tarixi xidmətlərinin üzə çıxarılmasında ulu öndər Heydər Əliyevin müstəsna rolu olub


Dekabrın 20-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) "Ümummilli lider Heydər Əliyevin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə tarixi xidmətlərinin üzə çıxarılmasındakı müstəsna rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin, DTX-nin əməkdaşlarının, təhlükəsizlik orqanları veteranlarının və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantlarının iştirak etdikləri tədbir İkinci Dünya müharibəsində həlak olmuş həmvətənlərimizin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə qeyd olunub ki, şərəfli ömrünün 25 ilini təhlükəsizlik orqanlarına həsr edən ulu öndər Heydər Əliyev istər bu orqanlarda xidmət etdiyi, istərsə də Azərbaycan Respublikasının rəhbəri olduğu dövrdə xalqımız üçün taleyüklü əhəmiyyət daşıyan işlərə imza atıb. Bu ölçüyəgəlməz fəaliyyətin nümunələrindən biri də cəsur kəşfiyyatçı, antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan, milyonlarla azərbaycanlının, eləcə də Mərkəzi və Cənub-Şərqi Avropa xalqlarının qəlbində silinməz izlər buraxmış Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin faşizmə qarşı mübarizədə tarixi xidmətlərinin üzə çıxarılmasıdır. Bütün maneələrə baxmayaraq, Mehdi Hüseynzadəyə layiq olduğu Sovet İttifaqı Qəhrəmanı fəxri adının ölümündən 13 il sonra verilməsində, ümumiyyətlə, Mixaylonun adının əbədiləşdirilməsində, onun göstərdiyi şücaət və rəşadətin təbliğində məhz Ümummilli Liderin müstəsna xidmətləri olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin arxiv fondlarında qorunub saxlanılan nadir sənədlərin tədqiqi göstərir ki, vaxtilə Azərbaycan SSR DTK-da yaradılmış və kapitan Heydər Əliyevin rəhbərlik etdiyi xüsusi əməliyyat-təhqiqat qrupunun böyük əziyyət və peşəkarlıqla topladığı materiallar, sorğular, rəylər və şahid ifadələri əsasında 1957-ci ilin yanvarında Mehdi Hüseynzadənin döyüş və qəhrəmanlıq fəaliyyətinə dair müfəssəl və təsirli arayış hazırlanıb. Azərbaycan SSR DTK-sı da həmin sənədi baxılması və Moskvaya təqdim olunması üçün Azərbaycan KP MK-ya göndərib.

Bundan sonra Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin ictimailəşdirilməsində əvəzsiz xidmətləri olan Heydər Əliyevin uzun illər ağır zəhməti hesabına toplanılan materiallar əsasında tanınmış yazıçılar İmran Qasımov və Həsən Seyidbəyli "Uzaq sahillərdə” povestini yazıblar. Həmin əsər əsasında bu gün də maraqla izlənilən məşhur "Uzaq sahillərdə” bədii filmi çəkilib. Nəhayət, 1957-ci ilin aprelində SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə Mehdi Hüseynzadəyə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Ulu Öndər Heydər Əliyev Azərbaycana birinci dəfə rəhbərlik edərkən yenidən Mehdi Hüseynzadənin xatirəsinin əbədiləşdirilməsi istiqamətində əməli işlər görüb, onun şərəfli xidmətlərinin İttifaq miqyasında tanınmasına nail olub və Bakıda möhtəşəm abidəsinin ucaldılmasına göstəriş verib. 1973-cü il mayın 9-da - Qələbə Günündə Mehdi Hüseynzadənin abidəsinin təntənəli açılışı olub. Tədbirdə iştirak edən dahi rəhbər Heydər Əliyev qəhrəmanın partizan hərəkatındakı fəaliyyətindən, keçdiyi mübariz döyüş yolundan söz açaraq deyib: "Mehdi Hüseynzadənin adı müasirlərimizin və gələcək nəsillərin hafizəsindən heç vaxt silinməyəcək”.

Ümummilli Liderin dövlətçilik siyasətini və azərbaycançılıq irsini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev görkəmli sərkərdələrimizin, hərb xadimlərimizin, qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsinə və yubileylərinin dövlət səviyyəsində qeyd olunmasına xüsusi diqqət yetirir.

Prezident İlham Əliyevin Sloveniya Respublikasına rəsmi səfəri zamanı Novo Qoritsa şəhərində Mehdi Hüseynzadənin xatirə muzeyinin açılışında iştirakı, ictimaiyyətlə görüşdə geniş nitq söyləməsi ölkələrimiz arasında əlaqələrin genişlənməsinin, dostluq və qardaşlıq münasibətlərinin inkişafının təsdiqidir. Məhz bu dostluğun təməlində Mehdi Hüseynzadə kimi igid həmvətənimizin qəhrəmanlıqları dayanır. Sloveniyalılar da Azərbaycanın igid oğluna vəfa borcu olaraq Moribor şəhərində müharibə qurbanlarının xatirəsinə həsr edilən Dobrava memarlıq park kompleksinin ərazisində Xocalı soyqırımı qurbanlarına xatirə lövhəsi ucaldıblar.

Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçı Mehdi Hüseynzadənin qəhrəmanlarının gənc nəslin Vətənə sədaqət ruhunda tərbiyə edilməsində xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyev igid döyüşçünün anadan olmasının 100-cü ildönümünün qeyd edilməsi barədə 2018-ci il iyulun 23-də Sərəncam imzalayıb.

Qeyd olunub ki, bu Sərəncam dövlətimizin təhlükəsizliyinin, Vətənimizin sərhədlərinin toxunulmazlığının keşiyində dayanan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan Azərbaycan hərbçiləri üçün qəhrəmanlığa çağırış nümunəsi kimi qəbul edilir.

Sonra DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları Mehdi Hüseynzadənin müharibə illərində vətənpərvərlik mövzusunda yazdığı şeirlərini söyləyiblər.

Tədbirin sonunda Mehdi Hüseynzadənin qəhrəmanlıq yolu və ümummilli lider Heydər Əliyevin bu məşhur həmyerlimizin misilsiz hərbi şücaətlərinin üzə çıxarılmasındakı müstəsna rolu barədə Azərbaycan Televiziyası tərəfindən hazırlanan sənədli film nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hərbi Prokurorluq işçiləri Novruz bayramı və hüquqi maarifləndirmə ilə əlaqədar hərbi hissələrdə olublar

16:31
24 Mart

Baş prokuror Vyetnamda işgüzar səfərdədir

15:58
24 Mart

Türkiyənin xarici işlər naziri sabah ABŞ-a gedəcək

15:49
24 Mart

Eritreyada saxlanılan Azərbaycan vətəndaşları buraxılaraq ölkəyə gətirilib

15:16
24 Mart

Azərbaycanda 2024-cu ildə turizmdə 30 faiz artım əldə edilib

14:47
24 Mart

Şamaxıya qar yağıb, temperatur 15-20 dərəcə aşağı düşüb

14:26
24 Mart

Masallıda silsilə oğurluqlar edən şəxs saxlanılıb

13:51
24 Mart

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

13:22
24 Mart

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

12:39
24 Mart

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

12:37
24 Mart

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

11:47
24 Mart

Media: İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına hazırlaşır

10:38
24 Mart

Yuxunun müddəti, yoxsa keyfiyyəti daha vacibdir?

10:02
24 Mart

Gələcək davranışın formalaşmasında yeni kəşflərlə bağlı tədqiqat aparılıb

09:19
24 Mart

ABŞ Yəmənin paytaxtında husilərin silah anbarlarına zərbələr endirib

09:00
24 Mart

Zelenski: Səudiyyə Ərəbistanında Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü texniki xarakter daşıyır  

08:58
24 Mart

Azərbaycanın veteran futbolçusu vəfat edib

23:09
23 Mart

Ersin Tatar: Azərbaycanın və Türkiyənin dəstəyi Şimali Kiprin sabitliyi və inkişafı üçün vacibdir

21:36
23 Mart

“Tercüman” qəzeti: İğdır-Naxçıvan qaz kəməri regional proseslərə uzunmüddətli təsir amilidir

20:54
23 Mart

Azərbaycan Berlində keçirilən boks yarışında uğurla təmsil olunub

20:43
23 Mart

Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsindən uzaqlaşdırılıb

20:32
23 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!