31 Dekabr 2023 10:35
3202
Elm və texnika
A- A+
Dünyanın yaddaş çempionu həmyerlimizdir

Dünyanın yaddaş çempionu həmyerlimizdir

 

Orxan İbadov intellektuallar arasında keçirilən beyin yarışından Vətənə qızıl medalla qayıdıb

 

Orxan İbadov Hindistanın Mumbay şəhərində keçirilən Dünya Yaddaş Çempionatında iki kateqoriyada birincilik, yəni qızıl medal qazanıb. O, bir saat ərzində 3412 rəqəmi sırayla düzgün yadda saxlayaraq yeni dünya rekorduna imza atıb və adını tarixə yazdırıb. 
Azərbaycan təmsilçisi həmçinin 15 dəqiqə ərzində 146 üz, ad və soyadı yadda saxlayaraq bütün rəqiblərini qabaqlaya bilib. Həmyerlimiz 780  zəka sahibi arasında 4 kateqoriya üzrə gümüş, 2 bürünc medalla ən çox mükafat əldə edən yarışmaçı olub. Qeyd edək ki, bu nəticə ölkəmizin müstəqillik dövründə beynəlxaq intellektual yarışlarda qazanılan ən yüksək qələbədir.
Orxan hazırda Bakıda olduğundan görüşüb söhbətləşdik, belə səpkili müsabiqələrin tarixi ilə maraqlandıq. Bildirdi ki, yaddaş yarışlarının 32 illik tarixi var - 1991-ci ildən keçirilir, təşəbbüskarı ingilis beyin alimi Toni Buzandır. Öyrəndik ki, o, müsabiqəni bir marketinq kampaniyası, həm də hərəkat kimi başladıb, sonradan ildə bir dəfə dünya yaddaş çempionatı müstəvisində davam etdirib. "Memoriad"a tədricən sürətlə oxu və digər kateqoriyalar da əlavə olunub: "Hazırda isə 10 kateqoriya - "15 dəqiqə Sözlər", "30 dəqiqə Binary (0 və 1 rəqəmlərinin qarışığı)", "5 dəqiqə Rəqəmlər", "15 dəqiqə Üzlər və Adlar", "5 dəqiqə Süni tarixi hadisələr", "60 dəqiqə Oyun kartları", "Səsli rəqəmlər" "5 dəqiqə Şəkillər", "60 dəqiqə Rəqəmlər", "1 qutu sürətli oyun kartları" üzrə keçirilir. Yarışlara qoşulanda düşünməzdim ki, belə nailiyyətlərə imza ata bilərəm. Qaliblərə həsədlə baxır, onların əlçatmaz görünən nəticələrini heyranlıqla izləyirdim. İndiyə qədər yarışlara qatılmaqda ən ali hədəfim Azərbaycanı intellektual ölkə kimi tanıtmaq, adıçəkilən sahəyə qələbələrimlə töhfə vermək olub. Məhz bu səbəbdən də bir neçə ölkədən onların adından çıxış etməyimlə bağlı gələn təkliflərdən düşünmədən imtina etmişəm, bütün yarışlara yalnız Azərbaycan bayrağı altında çıxmışam. Xüsusilə sonuncu yarışda müxtəlif ölkələrin təmsilçilərini geridə qoymaqla Azərbaycanın adını ön sıraya yazdırdım və məhz intellektual xalq olduğumuzu, Azərbaycan insanının öhdəsindən gəlməyi bacarmadığı bir işin olmadığını sübuta yetirdim".
Orxan İbadov 2017-ci ildən respublikamızı nüfuzlu beynəlxalq yaddaş və beyin yarışlarında müstəqil qaydada təmsil edir. İlk qələbəsini həmin ilin noyabrında İstanbulda keçirilən "Memoriad" yarışlarında qazanıb. Sonrakı illərdə Filippində, Danimarkada, Avstriyada, Almaniyada, Misirdə, Fransada və onlayn formatda keçirilən yarışlarda yüksək nəticələr qazanıb. Azərbaycanda, İspaniyada, Tailandda və digər ölkələrdə onlayn şirkətlərin yaradılması, internet üzərindən ticarət, zehni inkişaf, yaddaş və beyindən səmərəli istifadə ilə bağlı digər mövzularda təlimlər keçir. 6 ay Bakıda, 4 ay Barselona, 2 ay Banqkokda yaşayır: "Universitet illərindən beyinin necə işləməsi mənim üçün çox maraqlı idi. Oxumuşdum ki, adi insanlar öz beyininin 1, Aristotel və digər dahilər 3-5 faizindən bəhrələnirlər. Amma heç bir praktiki yol göstərilmirdi. Yaddaş yarışları barədə 2007-ci ildən məlumatlıyam. Öz potensialımı, imkanlarımı, gələcək müsabiqələrdə iştirak bacarığımı dəyərləndirməkdən ötrü beyinin fəaliyyətini araşdırmağa başladım. O zaman bu sahənin mütəxəssisi türkiyəli Məlik Duyar sosial şəbəkələrdə şou-proqram aparırdı. Gedib onun kurslarında iştirak etdim. Öyrəndim ki, insan beyini yadda saxlamaq üçün yaradılmayıb, təbii ki, yaddaş funksiyası var, amma zəifdir, əsas işi, vəzifəsi yaradıcılıqdır. Beyinin universitet kimi müxtəlif - yaddaş, oxumaq, intuisiya fakültələri var, siz hər bir şöbə üzərində işləyib onu gücləndirə bilərsiniz. İlk yarışımda İstanbulda "Memoriad"da 0 və 1 rəqəmləri qarışığında 1 qızıl, 2 gümüş medalla Türkiyə rekordu qırmışam və çempion olmuşam".
Müsahibim deyir ki, güclü yaddaşa malik olmaq üçün 4 şərt tələb olunur - düzgün qidalanma, idmanla davamlı məşğul olmaq, aktiv sosial həyat sürmək, yaddaş texnikalarından düzgün istifadə etmək.
O.İbadovun sözlərinə görə, "60 dəqiqə Rəqəmlər" yarışmanın ən ağır kateqoriyalarındandır: "Həmin gün tam formada idim, var gücümlə rəqəmləri yadda saxlamağa başladım. Bir saata 3720 rəqəmi zehnimə ötürüb yerinə qoya bildim. Ekran açılanda gördüm ki, xalım 3412-dir. Qeyd edim ki, bir səhv 20-40 xal aparır. Yazdığım 3720 rəqəmdən təxminən 10-u səhv çıxmışdı, bu da 300-ə yaxın xal itkisi idi. Kefsiz şəkildə səhvlərimi yoxlamağa başlamışdım ki, ətrafıma xeyli insanın toplaşdığını gördüm. Hamı məni təbrik edirdi. Elə bu andaca bildirdilər ki, dünya rekordunu təzələyərək tarixə düşmüşəm. Özü də necə? Bundanqabaqkı rekord 3238 xalla üçqat dünya çempionu Aleks Mullenə məxsus idi. Bir qayda olaraq, rekordlar cüzi fərqlə (15-20 xalla) qırılır, mənsə 174 düzgün daha çox rəqəm yadda saxlayıb bundan sonra yenilənməsi çətin bir rekorda imza atmışdım. Yarışdan sonra bəzi təhlilçilər bu xalla dünya rekordunu 35 illik dünya yaddaş yarışları tarixinin ən əlamətdar hadisələrindən biri adlandırdılar. Hesab edirəm ki, gələcəkdə yarışlarda iştirak etsəm, bu rekordu 3700-4000 rəqəmə qədər yüksəldə bilərəm".
Orxan İbadov Bakıda doğulub. 5 yaşında Əhmədli qəsəbəsindəki 171 saylı orta məktəbə gedib. 2001-ci ildə 15 yaşında 642 balla BDU-nun Hüquq fakültəsinə daxil olub. 2005-ci ildə bakalavr, 2007-ci ildə magistr mərhələsini bitirib. Öncə vəkil kimi fəaliyyət göstərib. Sonra onlayn marketinqi öyrənib, evdən internet marketinqi ilə məşğul olub. 
Həmsöhbətimizdən beynəlxalq yarışlarda ölkəmizə, təmsilçilərimizə qarşı qərəz hallarının olub-olmaması barədə də soruşduq. Cavab verdi ki, belə hallar da yox deyil, elə sonuncu Mumbay çempionatında da:
- "10-cu kateqoriya -"1 qutu sürətli oyun kartları" yarışının sonu idi. Təvazökarlıqdan kənar olsa da, bu kateqoriyada dünyadakı ən güclü üç yarışandan biri sayılıram. Cəmi 3 nəfər 52 kartdan ibarət bir qutunu sırayla 13 saniyəyə yadda saxlaya bilir. Bu həm də ən sevdiyim kateqoriyadır. Yüksək ritm əldə etmişdim, beyinim olduqca itiydi, arxa sıradakı maneələr də yoxuydu. Təşkilatçılar statistikadakı texniki problemləri əsas gətirərək son kateqoriyanın başlanmasını 5 saat uzatdılar. Beləliklə, 14.00-da start verilməli yarış axşam 19.00-da başladı. Nə qədər qəribə olsa da, yanıma gənc yaşda təcrübəsiz hakimlər yerləşdirilmişdi, halbuki favoritlərin arxasında yalnız təcrübəli hakimlər dayanmalıdır. Bu kateqoriyada hər biri 5 dəqiqə olmaqla 2 cəhd verilir. Bu müddət ərzində istədiyin vaxt düyməni basıb kartları yadda saxlaya bilərsən. Vaxtın bitməsinə 4 dəqiqə qalmış düyməni basıb sürətlə kartları yadda saxlamağa başladım. 2 saniyə keçmişdi ki, arxamda dayanan hakimlərdən biri baxmayaraq ki, onlara yerlərindən tərpənmək qadağandır, sürətlə yanımdakı rəqibimin yanına gəldi və düz bir metrliyimdə fiziki kartları sürətlə qarışdırmağa başladı. Şoka düşdüm təbii ki, çünki bunu heç gözləmirdim. Amma çətinliklə özümü cilovlayıb davam etdim. Toplam 10 saniyə keçmişdi ki, yanımdakı alman rəqibim əlini göyə qaldıraraq zalda səs olduğunu bildirdi. Bu məqamda diqqətim tamamilə dağıldı və yarışı dayandırdım. Oxşar vəziyyət ikinci cəhddə də təkrarlandı. Beləliklə, yarışdığım günün sonuncu kateqoriyasında - ən sevdiyim kateqoriyada, demək olar ki, normal şəraitdə yarışmaq imkanı verilmədi. Bununla belə yarışı uğurla bitirməyi bacardım.

Qurban MƏMMƏDOV
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Ağdərə rayonunun Aşağı Oratağ kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK  

15:48
13 Yanvar

Türkiyəli ekspert: Yaşıl enerji dəhlizləri Azərbaycanı və Türkiyəni Avropa ilə birləşdirən strateji güc xəttinə çevirir  

15:41
13 Yanvar

Azərbaycan Vyanada “Türk həftəsi”nin açılışında təmsil olunub  

15:32
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB  

15:28
13 Yanvar

Ağdərənin Canyataq kəndində “Dəmirli” Filiz Emalı Kompleksinin fəaliyyəti ilə tanışlıq YENİLƏNƏCƏK  

15:24
13 Yanvar

Azərbaycanın «yaşıl» enerji gündəliyi qlobal səviyyədə təqdir olunur

15:24
13 Yanvar

“ADEX 2026”: Müdafiə sənayesində yeni məhsul və texnologiyalar Bakıda sərgilənəcək  

15:13
13 Yanvar

“Əmək və Məşğulluq” altsistemində “İşədüzəlmədə vasitəçilik” modulu istifadəyə verilib

15:11
13 Yanvar

Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi 2030-cu ilədək istismara buraxıla bilər  

15:02
13 Yanvar

Ukrayna Prezidenti: Kiyev vilayətində yüz minlərlə ailənin elektrik enerjisi təchizatı kəsilib

14:51
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib YENİLƏNİB  

14:39
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Çıldıran kəndində görülmüş işlərlə tanış olub YENİLƏNƏCƏK  

14:28
13 Yanvar

Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyaları fevralın 24-dək qəbul edilə bilər  

14:19
13 Yanvar

Ekspert: Azərbaycan həm öz, həm də tranzit məhsulları Avropaya daşıyaraq Orta Dəhlizdə əsas rol oynayacaq  

14:12
13 Yanvar

Bakı, Sumqayıt, Abşeron və Naxçıvan üzrə yanvar ayının pensiyaları ödənilib

14:11
13 Yanvar

Azərbaycanda sabah sulu qar və qar yağacaq, güclü külək əsəcək, bəzi yerlərdə duman müşahidə ediləcək  

14:09
13 Yanvar

ADSEA su qıtlığı riskinə qarşı hansı təcili tədbirləri görür?  

14:01
13 Yanvar

Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq arasında birgə tədbirlər planı imzalanıb  

13:57
13 Yanvar

Vaşinqton Tehrana qarşı yeni sanksiyaları nəzərdən keçirir  

13:54
13 Yanvar

Senator: Qrenlandiyanın ilhaqı NATO-nun sonu olacaq  

13:51
13 Yanvar

Prezident İlham Əliyev Ağdərə rayonunun Çapar kəndində görülmüş işlərlə tanış olub YENİLƏNİB  

13:47
13 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!