28 Aprel 2026 16:37
663
Elm və texnika
A- A+
Bakıda və Abşeron yarımadasında yaz mövsümündə ekstremal yağıntılar qeydə alınıb  

Bakıda və Abşeron yarımadasında yaz mövsümündə ekstremal yağıntılar qeydə alınıb  


Bu il martın sonu və aprelin əvvəlində Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılar ekstremal xarakter daşıyıb. Yağıntı aylıq normanı bir neçə dəfə üstələyib. Xüsusilə aprelin əvvəllərində yağıntının aylıq normanı təxminən 4 dəfə keçməsi hadisənin intensivliyini bir daha təsdiqləyir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri coğrafiya elmləri doktoru, dosent Nəriman Paşayev məlumat verib. O qeyd edib ki, rayonlar üzrə yağıntının paylanması qeyri-bərabər olub. Ən yüksək intensivlik Bakı şəhərinin şimal-şərq və şimal-qərb zonalarında müşahidə edilib. Xəzər rayonu (Şüvəlan, Buzovna, Mərdəkan) və Binəqədi rayonu (Binəqədi qəsəbəsi, Sulutəpə) yağıntının daha çox cəmləndiyi ərazilər olub. Bu ərazilərdə rütubətli hava kütlələrinin toplanması və dənizin təsiri yağıntının güclənməsinə səbəb olub.

Sabunçu və Suraxanı rayonlarında yağıntı nisbətən zəif olsa da, davamlı xarakter daşıyıb. Bu rayonlarda əsas problem yağıntının intensivliyindən çox, onun uzunmüddətli olması ilə bağlı olub. Mərkəzi rayonlarda (Yasamal, Nəsimi, Nərimanov) isə yağıntı daha bərabər paylansa da, urban səthlərin çoxluğu səbəbindən təsir daha güclü hiss olunub.

Beləliklə, Bakı üzrə yağıntılar martın sonunda ilkin intensiv leysan, aprelin əvvəlində isə daha təhlükəli ikinci pik mərhələ ilə iki əsas dalğada təkrarlanıb.

Mütəxəssisin sözlərinə görə, bu ardıcıl intensiv yağıntılar sonrakı fəsadların formalaşmasında əsas rol oynayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb YENİLƏNİB

17:27
28 May

Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər tağının önünə gül dəstələri düzüb

17:04
28 May

Xocalı şəhərində “Qarabağ Tekstil Evi” MMC istifadəyə verilib

17:01
28 May

Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub YENİLƏNİB

15:57
28 May

Xankəndidə iş əlcəkləri istehsalı müəssisəsinin açılışı olub

15:54
28 May

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyndən

15:51
28 May

Azərbaycan Prezidenti: Müstəqillik Günü hər birimiz üçün çox əzizdir

15:23
28 May

Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq bizim nəzarətimizdədir

15:21
28 May

Prezident İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir

15:19
28 May

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinidən

14:59
28 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14:19
28 May

Cümhuriyyətin istiqlal idealları müasir və qüdrətli Azərbaycanda uğurla yaşadılır

13:53
28 May

Prezident İlham Əliyev Xankəndidə əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib

13:27
28 May

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

13:24
28 May

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubbdan

13:22
28 May

Şimali Kipr XİN: Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə Azərbaycanın gücü durmadan artır

13:22
28 May

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Zati-aliləri cənab Abiy Əhməd Əliyə

13:01
28 May

Kiyevdə Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil olunub

12:58
28 May

Romada “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub

12:52
28 May

Əbədi və sarsılmaz müstəqillik

12:48
28 May

Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq

12:46
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!