16 Noyabr 2024 08:10
291
SİYASƏT
A- A+
"Dünyanı birləşdirən Azərbaycan"

"Dünyanı birləşdirən Azərbaycan"


Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilir. Dövlətimiz bu mötəbər tədbiri yüksək səviyyədə təşkil edib. Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura və təhlükəsizliyə malik olması dünya ictimaiyyətinin diqqətindən yayınmır.

Dünyanın nüfuzlu aparıcı media orqanlarında yayımlanan məqalələr və reportajlarda qeyd olunur ki, Bakıda keçirilən tədbir qlobal iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək xüsusi hadisələr və təşəbbüslərlə yadda qalmaqdadır. Onlardan bəzilərini təqdim edirik. 

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu York şəhərində yerləşən Xarici Siyasət Assosiasiyasının "Foreign Policy Association" saytında dərc olunmuş "COP29 siyasiləşdirilməməlidir" başlıqlı məqaləsində yazıb ki, dünyanın iqlimlə bağlı ciddi təhlükələrlə üzləşdiyi şəraitdə beynəlxalq ictimaiyyət nəzərini məhz bu məsələlərə yönəltməli, başqa məsələlərlə diqqəti yayındırmamalıdır. 

Vurğulanıb ki, Azərbaycanın keçmişdə Ermənistanla hərbi münaqişədə olması indiki vəziyyətə təsir etməməlidir. Vacib olan odur ki, hazırda iki ölkə arasında münaqişənin yekun həlli üçün sülh prosesi gedir. Azərbaycan öz qonşuları ilə sülh şəraitində ümumi rifah naminə, "yaşıl gələcək" qurmaqda qərarlıdır. Bildirilib ki, hazırda Azərbaycana təzyiq etmək sözügedən sülh prosesini irəlilətmir və eyni zamanda ABŞ-nin regiondakı maraqlarına ziddir, çünki iqlim dəyişikliyi kimi çox vacib məsələlərdə Azərbaycan və ABŞ arasındakı strateji əməkdaşlığa xələl gətirir. Yazıda həmçinin qeyd olunub ki, sözügedən davranışla ABŞ konqresmenləri beynəlxalq ictimaiyyətin iqlim dəyişikliyinin həll yollarını axtaracağı mühüm konfransı siyasiləşdirirlər. Azərbaycanın belə bir qlobal əhəmiyyətli tədbirə evsahibliyi etməsi ona siyasi təzyiq üçün istifadə olunmamalıdır.

"Reuters" agentliyi Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) birinci günü ilə bağlı reportaj yayımlayıb. Reportajda Bakı Olimpiya Stadionunun COP29-un əsas məkanı olduğu, 200-dək ölkənin tədbirdə dövlət və hökumət başçıları, ekspertlər və digər nümayəndələrlə təmsil edildiyi bildirilir. Qeyd edilib ki, iştirakçılar karbon qazı emissiyalarının məhdudlaşdırılması və qlobal istiləşmə səviyyəsinin azaldılması yollarını müzakirə edəcəklər. Agentliyin müxbirinin hazırladığı xüsusi reportajda qeyd edilib ki, COP29-da təbii fəlakətlər və əhalinin üzləşdiyi təhlükəsizlik böhranları ilə mübarizə aparmaq üçün maliyyə yardımını ildə 20 milyard dollardan çox artırmağa çalışılır.

İngiltərənin məşhur "The Guardian" nəşri isə dərc etdiyi məqalədə qeyd edilib ki, COP29 iqlim sammitində ölkələr bazar ertəsi günü istixana qazı emissiyalarını azaldan layihələri maliyyələşdirəcək BMT-nin dəstəklədiyi qlobal karbon bazarının işə salınması üçün vacib olan karbon krediti keyfiyyət standartlarına icazə verdilər. 

Meksikanın ən çox oxunan nəşrlərindən olan "El Universal" qəzetində Bakının evsahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı məqalə dərc edilib. Manşetdə təqdim edilən məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına xüsusi yer ayrılıb, orada səslənən fikirlər maraqla qarşılanıb. Prezident İlham Əliyevin və BMT-nin Baş katibi Antonio Quterreşin COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışlarına istinad edilərək "yaşıl enerji"yə keçid zamanı karbohidrogen ehtiyatlarına malik inkişaf etməkdə olan ölkələrin üzləşdiyi reallıqdan bəhs edilib. 

Yazıda Prezident İlham Əliyevin sözlərinə istinadla qeyd edilib ki, neft və qaz Tanrının bəxş etdiyi təbii sərvətdir və ölkələr malik olduqları təbii sərvətlərə görə günahlandırılmamalı və onları bazara çıxardıqlarına görə suçlanmamalıdır. Dövlətimizin başçısının çıxışından sitat gətirilərək, Avropa İttifaqının özünün bundan iki il əvvəl qaz ixracının ikiqat artırılmasını tələb etdiyi bildirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində iştirakı zamanı Küveyt Dövlətinin vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 12-də görüşü, sözügedən sammitdə Küveyt vəlihəhdin çıxışı, habelə onun küveytli danışıqçılar qrupu ilə toplantısı bu ölkənin aparıcı media orqanlarında - "əl-Nahar", "əl-Qabas", "əl-Siyasə", "əl-Ray", "əl-Ənba", ingilis dilində nəşr olunan "Timeskuwait" qəzetlərində, www.q8-press.com və dasmannews.com elektron xəbər portallarında, habelə onların sosial şəbəkələrdəki səhifələrində geniş işıqlandırılıb.

"Kuwaittimes" qəzeti yazıb ki, COP29-un prezidenti Muxtar Babayev ambisiyaları artırmaq, 1,5 dərəcə hədəfinə nail olmaq və iqlim dəyişmələrinə qarşı fəaliyyətə imkan yaratmaq üçün konfransın aydın baxışa malik olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Küveytin kritik iqlim problemlərinin həllində səyləri yüksək qiymətləndirib. Qeyd olunub ki, Azərbaycan noyabrın 22-dək davam edəcək COP29 konfransına evsahibliyi edir və burada əsas prioritet iqlimin maliyyələşdirilməsi üçün yeni hədəfin razılaşdırılması olacaq.

"Arabtimes" qəzetində isə qeyd edilib ki, COP29 iqlim dəyişikliyi ilə mübarizəyə yönəlmiş siyasətlərin müzakirəsi və həyata keçirilməsi üçün əvəzsiz platformadır. Dünyanı birləşdirən Azərbaycanda konfransın iştirakçıları iki həftə ərzində qlobal dekarbonizasiya hədəfi üçün yeni maliyyə resursları barədə müzakirələr aparacaqlar. COP29-un əsas məqsədləri sırasında istixana qazlarının emissiyalarının azaldılması, qlobal istiləşmənin dramatik təsirlərinə uyğunlaşmaqda ən həssas ölkələrə dəstək olmaq üçün yeni maliyyələşdirmə mexanizmlərinin yaradılması var. Konfrans bir çox bölgədə təbii fəlakətlərə təkan verən qlobal temperaturun həyəcanverici artımına cavab vermək üçün unikal fürsət kimi qiymətləndirilib.

"Əl-Cəridə" qəzetində isə dünya liderlərinin COP29 konfransında toplaşdıqları barədə xəbərlər diqqət çəkib. BMT-nin illik iqlim konfransının inkişaf etməkdə olan ölkələrə istixana qazlarının emissiyalarını azaltmaq və iqlim dəyişikliyinə uyğunlaşmaq üçün yeni maliyyə yardımının hədəflənməsi ilə yekunlaşmalı olduğu vurğulanıb. Bildirilib ki, yeni hədəf 2009-cu ildə qarşıya qoyulan və 2022-ci ildə çətinliklə reallaşdırılan yüz milyard dollarlıq hədəfi əvəz edəcək.

Azərbaycanda COP29 çərçivəsində Solomon adaları sahillərində dünyanın ən böyük mərcanının tapılması ilə bağlı elanın dərci Türkiyə mətbuatında geniş işıqlandırılıb. Qardaş ölkənin media strukturları "National Geographic" nəşrinin dəniz bioloqlarının Sakit okeanda tapılan mərcanın yaşının 300 ildən çox, ölçüsünün isə "mavi balina" uzunluğuna çatması ilə bağlı hesablamalarına diqqət çəkib: "Bakıda yeni kəşf. Mərcanın eni 34 metrdir ki, bu da beş tennis kortu ilə müqayisə edilə bilər. Onun diametri 32 metr, hündürlüyü isə 5,5 metrdir. Belə iri mərcanların çoxalma potensialı var ki, bu da onları qlobal istiləşmə şəraitində dağılan qayaların bərpasında mühüm elementə çevirir".

Türkiyənin "Anadolu" Xəbər Agentliyi, "Haber Türk" qəzeti, "NTV" kanalı və digər media resurslarında yayımlanan xəbərlərdə qeyd edilir ki, tədqiqatçılar mərcanın sağlam göründüyünü və canlı rənglərə malik olduğunu bildiriblər. Solomon adalarının ətraf mühit naziri Trevor Manemahaqa deyib: "Biz istəyirik ki, dünya bizim ölkənin xüsusi bir bölgədə yerləşdiyini başa düşsün".

Rusiyanın "Vestnik kavkaza" portalının hazırladığı məqalədə COP29-da iştirak etmək üçün Bakıya gələn FIFA prezidenti Canni İnfantinonun dəvətə görə Prezident İlham Əliyevə təşəkkür etdiyini oxucularla bölüşüb. Yazılıb ki, funksioner Azərbaycana səfəri ilə bağlı sosial şəbəkə hesabında video paylaşıb. Ali futbol qurumunun rəhbəri bildirib ki, dünya liderlərinin iqlim dəyişikliyi ilə bağlı qlobal problemi həll etmək məqsədilə toplaşdığı COP29-a dəvət almaq onun üçün şərəfdir. C.İnfantino Prezident İlham Əliyev və digər dövlət başçıları, hökumət nümayəndələri ilə planetin, eləcə də futbolun gələcəyi barədə müzakirələr apardığını vurğulayıb: "FIFA beynəlxalq təşkilat olaraq, ətraf mühitin və iqlimin qorunmasına ciddi yanaşır. Biz yüksəkkeyfiyyətli müxtəlif beynəlxalq sertifikatlaşdırılmış layihələrə investisiyalar etməklə iqlimlə bağlı fəaliyyətə dəstək olmaq, eləcə də bu mübarizəyə töhfə vermək məqsədilə proqramlar həyata keçirmişik. Bu tədbirdə iştirak edən hər kəsin ortaq məqsədi var: uşaqlarımız və onların birgə gələcəyi".

Braziliyanın "Brazil Agent" portalında yer alan xəbərdə isə qeyd edilib ki, hər bir millətin iqlim dəyişikliyinin azaldılması ilə məşğul olması vacibdir: "Braziliya nəhəng bir ölkədir. Bu səbəbdən düşünürəm ki, biz bu problemlə mübarizədə həll yolları taparaq digər ölkələrlə əməkdaşlıq edə bilərik. Braziliyanın fərqli iqlimi var. Biz kənd təsərrüfatı məsələlərində əməkdaşlıq edərək iqlim dəyişikliyini azalda və yumşaldıcı tədbirlər görə bilərik". 

Gürcüstanın "Gaxa.ge" informasiya portalının yaydığı materialda deyilir ki, dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında 5-ci gün geridə qalıb. Noyabrın 22-dək Bakı Stadionunda davam edəcək COP29 Azərbaycanın indiyə qədər təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur. Materiallarda COP29-dan əsas gözləntinin iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarət olduğu qeyd edilir.


Hazırladı:

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib  

12:01
16 Noyabr

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir  

12:00
16 Noyabr

Azərbaycan parlamentinin sədri: Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar  

11:59
16 Noyabr

Teymur Musayev: Dünyadakı uşaqların 93 faizi çirkli hava ilə nəfəs alır  

11:23
16 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

11:02
16 Noyabr

Azərbaycan neftinin ucuzlaşması davam edir

11:00
16 Noyabr

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

10:55
16 Noyabr

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb  

10:54
16 Noyabr

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir  

10:53
16 Noyabr

Nazir müavini: Azərbaycanda yeni su mənbələrinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir  

10:42
16 Noyabr

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib  

10:31
16 Noyabr

Mayk Tayson 19 il sonra peşəkar döyüşdə məğlub olub  

10:27
16 Noyabr

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

10:07
16 Noyabr

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib  

10:06
16 Noyabr

Zelenski: Trampın administrasiyası dövründə Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatacaq  

10:05
16 Noyabr

İrakli Kobaxidze: Bakıda keçirilən yüksəksəviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi  

10:04
16 Noyabr

Millətlər Liqası: Portuqaliya və İspaniya qalib gəlib  

09:33
16 Noyabr

Goranboy "yaşıl diyar"a çevrilir

09:25
16 Noyabr

Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş

09:20
16 Noyabr

COP29 könüllüləri konfransın işinə töhfələr verirlər

09:15
16 Noyabr

COP29-da ölkəmizdən bir ilk

09:10
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!