16 Noyabr 2024 09:05
256
SİYASƏT
A- A+
Azərbaycan COP29 missiyasının öhdəsindən uğurla gəlir

Azərbaycan COP29 missiyasının öhdəsindən uğurla gəlir


"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası müzakirə edilən məsələlərin aktuallığı, əhatəliliyi və iştirakçılarının sayı baxımından BMT sistemi daxilində olduqca mühüm əhəmiyyətə malikdir. Əgər BMT-nin 193 üzv dövləti varsa, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 198 dövlət qoşulub".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Rizvan Nəbiyev deyib. O bildirib ki, belə qlobal əhəmiyyətli tədbirin Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun təsdiqidir.

Deputat qeyd edib ki, Azərbaycan COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qlobal iqlim dəyişikliyinin təsirləri ilə bağlı bütün məsələlərin hərtərəfli müzakirəsi və hamının mövqeyinin səsləndirilməsi üçün əla platforma təşkil edib: "COP29 Azərbaycanın indiyədək evsahibliyi etdiyi ən irimiqyaslı tədbirdir və onun təşkili üçün ölkəmiz cəmi 10 ay vaxt sərf edib. Sessiyanın gündəliyi Azərbaycanın müəyyən etdiyi prioritetlərlə yanaşı, dünya birliyinin COP29-dan gözləntiləri əsasında formalaşdırılıb. Dünya birliyi dedikdə COP29-da müxtəlif səviyyələrdə təmsil olunan 196 ölkə, çoxsaylı beynəlxalq təşkilat və transmilli şirkətləri təmsil edən 72 min iştirakçı nəzərdə tutulur. Onların təxminən yarısı - 80 dövlət prezident, vitse-prezident, baş nazir səviyyəsində qlobal və milli maraqlar arasında balans əldə edilməsi üçün Bakıdadır".

Sessiyanın əsas hədəfləri barədə danışan deputat bildirib ki, COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir. Bu kontekstdə əsas məsələ iqlim dəyişikliyi ilə mübarizə üçün yeni maliyyə hədəfinin müəyyən olunması və iqlim maliyyələşdirilməsi ilə bağlı inkişaf etməkdə olan dövlətlərə ayrılacaq konkret illik məbləğin razılaşdırılmasıdır.

COP29-da digər prioritet məsələnin - Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, tənzimlənən karbon bazarlarının formalaşdırılması və tənzimlənməsi ilə bağlı qərarın qəbul edilməsinə diqqət çəkən R.Nəbiyev deyib ki, bu qərar bir çox dövlətlər, xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün vacibdir. Çünki əgər karbon bazarları həqiqətən də tənzimlənən vahid bazara çevrilə bilsə, bu, inkişaf etməkdə olan ölkələrə iqlim maliyyələşməsi ilə bağlı əlavə maliyyə mənbəyinə çıxış imkanı verəcək. Onlar inkişaf etməkdə olan ölkələrin öz iqlim fəaliyyətlərini maliyyələşdirməsi üçün əlavə gəlir mənbəyi ola bilər. Belə ki, tənzimlənən karbon bazarı imkan verəcək ki, dövlətlərin milli iqlim planları həyata keçirilərkən ildə 250 milyard ABŞ dolları məbləğində vəsaitə qənaət olunsun. "2015-ci ildə Paris Sazişinin imzalanmasından uzun müddət keçsə də, çoxsaylı müzakirələrə baxmayaraq, onun 6.4-cü maddəsi üzrə hələ də razılıq əldə etmək mümkün olmayıb. Bakı sessiyasının ilk günündə isə il ərzində aparılan fəaliyyətin nəticəsi olaraq bu razılaşma əldə olundu. Bu da ümumilikdə prinsipial xarakter daşıyan 6-cı maddə üzrə razılaşmanın əldə olunmasına ümidləri artırdı", - deyə deputat əlavə edib.

O, COP29 sədrliyinin iqlim dəyişikliyinə qarşı mübarizəyə yönəlmiş 14 təşəbbüsü arasında Qlobal İqlim Şəffaflığı üzrə Bakı Platformasının (BTP) xüsusi çəkiyə malik olduğunu da diqqətə çatdırdı. Bu il sentyabrın 3-də istifadəyə verilən platformanın Azərbaycanın COP29 sədrliyi çərçivəsindəki çox önəmli təşəbbüslərindən biri olduğunu vurğuladı: "Dövlətlər hər beş ildən bir təqdim etdikləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) sənədləri vasitəsilə iqlimlə bağlı növbəti beş il üçün karbon emissiyalarını azaltmaq, enerji keçidi strategiyalarını hazırlamaq, dəyişən iqlimə uyğunlaşmaq üçün adaptasiya tədbirləri həyata keçirmək kimi ambisiyalarını yeniləyirlər. Bu beşillik planların icrası ilə bağlı dövlətlər tərəfindən hər iki ildən bir hesabatlar, ikiillik şəffaflıq hesabatları təqdim edilməlidir. Hesabatların dövlətlər tərəfindən COP tarixində ilk dəfə bu il təqdim edilməsi planlaşdırılır. Ancaq qeyd olunan irihəcmli hesabatlar hazırlanması həm texniki, həm də substantiv baxımdan olduqca mürəkkəb prosedura malikdir və ciddi təhlil tələb edir. Bakı platformasının yaradılması da məhz dövlətlərə bu cür texniki imkan və ekspertiza dəstəyini təmin edəcək"`.

R.Nəbiyev bildirib ki, maliyyə hədəflərindən biri də COP tarixində ilk dəfə yaradılacaq İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (IMFF) qalıq yanacağı istehsal edən ölkələrin və şirkətlərin birgə töhfəsi hesabına formalaşdırılmasıdır: "IMFF çərçivəsində Azərbaycanın əsas məqsədi mədən yanacağı istehsal edən ölkələrin və özəl şirkətlərin maliyyə töhfələri hesabına inkişaf etməkdə olan dövlətlərdə "yaşıl enerji"nin inkişafı üçün bir milyard dollar həcmində investisiya cəlb etməkdir. Düşünürəm ki, ölkəmiz bu tədbirin də, onun missiyalarının da öhdəsindən uğurla gəlir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib  

12:01
16 Noyabr

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir  

12:00
16 Noyabr

Azərbaycan parlamentinin sədri: Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar  

11:59
16 Noyabr

Teymur Musayev: Dünyadakı uşaqların 93 faizi çirkli hava ilə nəfəs alır  

11:23
16 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

11:02
16 Noyabr

Azərbaycan neftinin ucuzlaşması davam edir

11:00
16 Noyabr

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

10:55
16 Noyabr

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb  

10:54
16 Noyabr

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir  

10:53
16 Noyabr

Nazir müavini: Azərbaycanda yeni su mənbələrinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir  

10:42
16 Noyabr

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib  

10:31
16 Noyabr

Mayk Tayson 19 il sonra peşəkar döyüşdə məğlub olub  

10:27
16 Noyabr

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

10:07
16 Noyabr

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib  

10:06
16 Noyabr

Zelenski: Trampın administrasiyası dövründə Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatacaq  

10:05
16 Noyabr

İrakli Kobaxidze: Bakıda keçirilən yüksəksəviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi  

10:04
16 Noyabr

Millətlər Liqası: Portuqaliya və İspaniya qalib gəlib  

09:33
16 Noyabr

Goranboy "yaşıl diyar"a çevrilir

09:25
16 Noyabr

Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş

09:20
16 Noyabr

COP29 könüllüləri konfransın işinə töhfələr verirlər

09:15
16 Noyabr

COP29-da ölkəmizdən bir ilk

09:10
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!