16 Noyabr 2024 09:15
244
CƏMİYYƏT
A- A+
COP29 könüllüləri konfransın işinə töhfələr verirlər

COP29 könüllüləri konfransın işinə töhfələr verirlər


Dünyanın ən mötəbər iqlim tədbirinin - BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə uğurla keçirilməsində burada çalışan könüllülərin də əməyi təqdirəlayiqdir.

Qeyd edək ki, indiyədək bir çox beynəlxalq tədbirdə könüllülərin böyük fəaliyyəti olub. Onların dünya ictimaiyyətinin diqqət mərkəzində olan COP29-a da yaxşı hazırlaşdıqları göz önündədir.

Bu ilin mayında COP29 Könüllülük Proqramı elan olundu. Sözügedən proqram tədbirin uğurla təşkilinə töhfə vermək istəyən hər kəs üçün açıq idi. Namizədlərin layihəyə qoşulmasının rahat və koordinasiyalı şəkildə təşkili məqsədilə onlayn qeydiyyat platforması istifadəyə verildi. 

Proqrama qoşulmaq üçün 16 min nəfərdən çox namizəd müraciət etdi. Onlar bir neçə mərhələdən ibarət olan seçim prosesindən keçdilər. Müraciət edənlərdən 3 min nəfəri COP29 könüllüsü olaraq seçildi. COP29-a hazırlıq mərhələsində səmərəli işlər həyata keçirildi. Ötən aylar ərzində COP29 Könüllülük Proqramının iştirakçılarının hərtərəfli məlumatlandırılması, səriştələrinin artırılması məqsədilə müxtəlif istiqamətlərdə bir sıra intensiv təlimlər təşkil olundu.

Qlobal əhəmiyyətli iqlim tədbirinə könüllülərin yüksək səviyyədə hazırlığını təmin etmək üçün COP29 sədrliyi tərəfindən təsis edilən Könüllülər Mərkəzi bu il iyunun 2-dən fəaliyyətə başladı. Həmin gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində könüllülərlə işin səmərəli təşkili məqsədilə yaradılan Könüllülər Mərkəzinin rəsmi açılış mərasimi keçirildi. Açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev, COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, eləcə də media nümayəndələri və digər qonaqlar iştirak etdilər. Mərasimdə bildirildi ki, mərkəzdə könüllülərin unikal bacarıqlarının ən səmərəli şəkildə artırılması, əməkdaşlıq mədəniyyətinin təşviqi üçün inklüziv mühit təmin olunacaq.

COP29 Könüllülük Proqramının iştirakçılarının konfransa hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması üçün fərdi inkişaf, dayanıqlılıq, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və COP29 prosesi kimi mühüm mövzuları əhatə edən bir sıra müxtəlif ümumi təlimlər təşkil olundu. Ümumi təlim mərhələsini uğurla başa vuran könüllülər xüsusi rol təlimlərinə cəlb edildilər. COP29 könüllülərinin konfransda iştirakı üçün tələb edilən bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində mühüm olan rol təlimləri mərhələsi oktyabr ayında uğurla yekunlaşdırıldı.

Xüsusi rol təlimləri könüllülərin konfrans zamanı icra edəcəyi konkret vəzifə və öhdəlikləri əhatə etməklə, COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq aidiyyəti struktur bölmələrinin mütəxəssisləri tərəfindən keçirildi. Həmin mərhələdə könüllülər fəaliyyət göstərəcəkləri struktur bölmələrlə tanış oldular, komanda üzvləri ilə görüşdülər, tədbir ərzində vəzifə öhdəlikləri barədə məlumatlandırıldılar. 

Proqramın yekun mərhələsi olan tədbir məkanı - Bakı Olimpiya Stadionunda könüllülərin iştirakı ilə məkan təlimlərinə noyabrın 3-dən başlandı. Könüllülər bu mərhələdə bilavasitə tədbir məkanının infrastrukturu, "mavi" və "yaşıl zona"lar olmaqla müxtəlif sahələr ilə əyani tanış oldular, koordinasiyalı şəkildə çalışma bacarıqları üzərində işlədilər.

COP29 qlobal iqlim konfransına hazırlıq prosesi çərçivəsində COP29 könüllüləri üçün üç ay davam edən geniş təlim proqramının yekun mərhələsi başa çatdı. COP29 Könüllülük Proqramı çərçivəsində "mavi zona"da işə cəlb olunacaq könüllülər məkan təlimləri ilə sonuncu hazırlıq mərhələsinə noyabrın 7-də yekun vuruldu. Məlumat sessiyası, məkan sessiyası və konfrans məkanında gəzinti olmaqla üç hissədən ibarət yekun mərhələyə 1200 COP29 könüllüsü qatıldı. Sonuncu təlim mərhələsi könüllüləri konfrans ərəfəsində tədbir məkanı ilə yaxından tanışlıq, konfrans müddətində onların icra edəcəkləri vəzifələr barədə ətraflı məlumat vermək məqsədilə həyata keçirildi.

Hazırda Əməliyyat Şirkətinin 17 departamentində ümumilikdə 35 istiqamət üzrə 3 min könüllü fəaliyyət göstərir. Bir neçə dil biliyi olan könüllülər COP29-a gələn qonaqlara və media nümayəndələrinə lazımi informasiyalar verir, onları istiqamətləndirirlər. Eyni zamanda yüksək ünsiyyət bacarığı, mehribanlığı, gülərüzlüyü ilə də onların hər biri qlobal tədbir iştirakçılarında xoş ovqat yaradırlar. Öz ölkəsinin gənclərini layiqincə təmsil edən könüllülər BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının işinə töhfələr verirlər.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib  

12:01
16 Noyabr

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir  

12:00
16 Noyabr

Azərbaycan parlamentinin sədri: Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar  

11:59
16 Noyabr

Teymur Musayev: Dünyadakı uşaqların 93 faizi çirkli hava ilə nəfəs alır  

11:23
16 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

11:02
16 Noyabr

Azərbaycan neftinin ucuzlaşması davam edir

11:00
16 Noyabr

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

10:55
16 Noyabr

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb  

10:54
16 Noyabr

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir  

10:53
16 Noyabr

Nazir müavini: Azərbaycanda yeni su mənbələrinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir  

10:42
16 Noyabr

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib  

10:31
16 Noyabr

Mayk Tayson 19 il sonra peşəkar döyüşdə məğlub olub  

10:27
16 Noyabr

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

10:07
16 Noyabr

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib  

10:06
16 Noyabr

Zelenski: Trampın administrasiyası dövründə Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatacaq  

10:05
16 Noyabr

İrakli Kobaxidze: Bakıda keçirilən yüksəksəviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi  

10:04
16 Noyabr

Millətlər Liqası: Portuqaliya və İspaniya qalib gəlib  

09:33
16 Noyabr

Goranboy "yaşıl diyar"a çevrilir

09:25
16 Noyabr

Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş

09:20
16 Noyabr

COP29 könüllüləri konfransın işinə töhfələr verirlər

09:15
16 Noyabr

COP29-da ölkəmizdən bir ilk

09:10
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!