16 Noyabr 2024 09:20
233
CƏMİYYƏT
A- A+
Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş

Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş


"Azərbaycan" qəzetinin şəhid Elgün İsmayılov adına ənənəvi yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırıldı


Yaşasaydı bu gün 50 yaşı tamam olacaqdı...

Oğlu, qızı, bəlkə nəvələri də başına toplaşıb şənlənəcək, şəninə ən xoş sözlər söyləyəcəkdilər...

O, yaşamayıb Vətəni yaşadanlardan, sevdiyi müqəddəs torpaq üçün canını qurban verənlərdən oldu...

Döyüşə qəhrəman olmaq, tarixdə əbədiləşib yaşamaq üçün getməmişdi. Bircə məqsədi var idi: babalardan miras qalmış Vətən torpağını qorumaq... 

Ömrünün 20-ci baharında Murovdağın zirvəsində şəhadətə yüksələn Elgün İsmayılovun unudulmaz xatirəsi yalnız ailəsində, oxuduğu məktəbdə deyil, həm də bir zamanlar çalışdığı "Azərbaycan" qəzeti redaksiyasında daim ehtiramla yad edilir. Hər il şəhidin doğum günündə redaksiya kollektivi onun İkinci Şəhidlər xiyabanındakı müqəddəs məzarını ziyarət edir, üzərinə tər çiçək dəstələri düzürlər. 

Şəhid Elgün İsmayılov 1974-cü ildə,  noyabrın 16-da Bakıda anadan olub. 1993-cü ildə həqiqi hərbi xidmətə çağrılaraq elə həmin ilin oktyabrında "N" saylı hərbi briqadanın tərkibində cəbhə bölgəsinə - Füzuli rayonuna göndərilir.  O, Horadizin düşməndən azad edilməsi uğrunda döyüşlərdə iştirak edir və göstərdiyi şücaətə görə komandanlıq tərəfindən mükafatlandırılır.

1994-cü ilin yanvarında hərbi briqadanın yeri Kəlbəcər bölgəsinə, Murovdağ istiqamətinə dəyişdirilir. Komandanlığın onun barəsində verdiyi arayışda göstərilir ki, Elgün İsmayılov mürəkkəb relyefə malik Murovdağda bölüyün keçirdiyi 20 əməliyyatdan 16-da iştirak edib. 1994-cü il aprelin axırlarında aparılan hərbi əməliyyata görə Elgün İsmayılov komandanlığın fəxri fərmanına layiq görülür. Mayın 25-dən 26-na keçən gecə Murovun Ömər yüksəkliyində düşmən arxasına keçərək vacib məlumatları gətirməyə gedən 4 nəfərlik kəşfiyyat dəstəsinin tərkibində Elgün də olur. Düşmən hücumuna məruz qalan igid kəşfiyyatçı son nəfəsinədək döyüşərək şəhidlik zirvəsinə ucalır.

2003-cü ildən redaksiyada Elgünün döyüş yolunu əks etdirən stend yaradılıb. Elə  həmin ildən başlayaraq redaksiya əməkdaşları arasında şəhidin xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsi keçirilir. 

Redaksiyada ənənəvi tədbir Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi yad edilməklə başladı. 

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov çıxış edərək bildirdi ki, budəfəki müsabiqə Azərbaycan üçün çox önəmli, tarixi vaxta - COP29 kimi möhtəşəm tədbirin keçirildiyi günlərə təsadüf edir. "Azərbaycan" qəzeti həmişə  vətənpərvərlik mövzusunda dərc olunan məqalələri ilə xüsusi fərqlənib. Redaksiya əməkdaşlarının Elgün İsmayılovun xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsinə ardıcıl olaraq 22 il vətənpərvərlik mövzusunda məqalələr təqdim etmələri də bunun əyani təsdiqidir. 

Baş redaktor vurğuladı ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı zəfər həm də Birinci Qarabağ savaşında torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolunun gənclərə əsl örnək olduğunu sübuta yetirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi Qələbə sayəsində xalqımızın milli qüruru özünə qayıtdı: "Bu gün bizlər ömrünü Vətənə fəda edən igidlərimizə borcluyuq. Qalib xalqın nümayəndələri kimi Elgünün xatirəsinə həsr olunmuş yaradıcılıq müsabiqəsini də artıq dörd ildir ki, zəfər ab-havası ilə qeyd edirik. Döyüş meydanında düşmənin başını əzərək şəhidlərimizin qisasının alınması, bütün ərazilərimizdə dövlətimizin konstitusion əsaslarının bərpa olunması bizə qürur hissi bəxş edir". 

Bəxtiyar Sadıqov bildirdi ki, indi xalqımız Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən böyük quruculuğun təntənəsini yaşayır.  Budəfəki müsabiqəyə təqdim olunmuş jurnalist yazılarının hər birinin Vətən müharibəsi qəhrəmanları, işğaldan azad edilmiş ərazilərimizdə icra edilən bərpa-quruculuq işləri ilə bağlı olması da bu baxımdan təsadüfi deyil: "Biz hərbi vətənpərvərlik tərbiyəsinə daim diqqət ayırmalı olduğumuzun məsuliyyətini yaxşı anlayırıq".  

Sonra Bəxtiyar Sadıqov müsabiqənin nəticəsini elan etdi. Builki müsabiqənin yekunlarına görə, redaksiyanın əməkdaşları Yasəmən Musayeva, Zöhrə Fərəcova  və Rəşad Baxşəliyev vətənpərvərlik mövzusunda dərc olunmuş yazılara görə  "Azərbaycan" qəzetinin fəxri diplomu və pul mükafatları ilə təltif olundular.

Tədbirdə çıxış edən Zöhrə Fərəcova qeyd etdi ki, hər birimiz xalqımıza şanlı Zəfəri yaşadan qəhrəman şəhidlərə, qazilərə, vətən üçün canını qurban verməkdən çəkinməyən cəsur oğullara borcluyuq. Onlar öz qanları ilə qəhrəmanlıq tarixi yaratdılar: "Dörd ildir ki, onların göstərdiyi şücaət hesabına qalib xalq qüruru yaşayırıq. "Azərbaycan" qəzetinin hər il ənənəvi müsabiqə keçirməsi şəhidlərin xatirəsinə ehtiramın təzahürüdür. Bu gün qaliblər arasında olmaq həm də məsuliyyətimi artırır". 

Müsabiqənin qaliblərindən olan Yasəmən Musayeva isə dedi ki, həm Birinci, həm də İkinci Qarabağ müharibəsində gözlərini belə qırpmadan Vətənimizin bütövlüyü naminə həyatlarını qurban verən igidlərimizin əziz ruhunu şad etmək, onların xatirəsini əbədiləşdirmək üçün bir jurnalist olaraq məsuliyyəti dərk edir: "Bu mənada işğaldan azad olunmuş torpaqlarımızdan reportajlar hazırlamağı, Qarabağ və Şərqi Zəngəzura qayıdan keçmiş məcburi köçkünlər və bizi azadlığa qovuşduran şəhidlər barədə publisistik məqalələr yazmağı mənəvi borc hesab edirəm. Builki müsabiqədə də məhz Vətənimizin qəhrəman oğulları barədə yazdığım məqalələrimlə qalib seçildiyimə görə qürurluyam".

Qəzetin əməkdaşı, 44 günlük Vətən müharibəsinin könüllü iştirakçısı, Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan baş leytenantı Rəşad Baxşəliyev münsiflər heyətinə təşəkkürünü bildirərək qeyd etdi ki, istənilən müsabiqədə qaliblər sırasında olmaq jurnalist üçün fərəhlidir. Amma vətənpərvərlik mövzusu, xüsusən də şəhidlərimiz haqqında yazılar, reportajlar hazırlayıb qalib olanda iftixar hissi keçirirsən: "Torpaqlarımız işğal altında olanda da bu müsabiqədə iştirak edib vətənpərvərliyin təbliğatı istiqamətində maraqlı məqalələr, reportajlar hazırlamışıq. Amma bu mükafatlar bizə qalib olduğumuz üçün deyil, həvəsləndirici kimi təqdim edilib. Çünki həmin zamanlarda torpaqlarımız hələ azad olunmamışdı, şəhidlərimizin ruhları yolumuzu gözləyirdi. Dörd il öncə qazandığımız şanlı zəfər bizi qalibə çevirdi və bu gün şəhid həmkarımız Elgün İsmayılovun da ruhu şaddır. Qırx dördgünlük Vətən müharibəsində qazanılan qələbəmizdə payı olan Azərbaycan Ordusunun zabiti kimi qürurluyam ki, mən həm də "Azərbaycan" qəzetində Elgünün davamçısı oldum və şəhid qardaşımızın qisasını alıb qalib zabit kimi redaksiyamıza qayıtdım".


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib  

12:01
16 Noyabr

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir  

12:00
16 Noyabr

Azərbaycan parlamentinin sədri: Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar  

11:59
16 Noyabr

Teymur Musayev: Dünyadakı uşaqların 93 faizi çirkli hava ilə nəfəs alır  

11:23
16 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

11:02
16 Noyabr

Azərbaycan neftinin ucuzlaşması davam edir

11:00
16 Noyabr

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

10:55
16 Noyabr

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb  

10:54
16 Noyabr

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir  

10:53
16 Noyabr

Nazir müavini: Azərbaycanda yeni su mənbələrinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir  

10:42
16 Noyabr

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib  

10:31
16 Noyabr

Mayk Tayson 19 il sonra peşəkar döyüşdə məğlub olub  

10:27
16 Noyabr

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

10:07
16 Noyabr

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib  

10:06
16 Noyabr

Zelenski: Trampın administrasiyası dövründə Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatacaq  

10:05
16 Noyabr

İrakli Kobaxidze: Bakıda keçirilən yüksəksəviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi  

10:04
16 Noyabr

Millətlər Liqası: Portuqaliya və İspaniya qalib gəlib  

09:33
16 Noyabr

Goranboy "yaşıl diyar"a çevrilir

09:25
16 Noyabr

Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş

09:20
16 Noyabr

COP29 könüllüləri konfransın işinə töhfələr verirlər

09:15
16 Noyabr

COP29-da ölkəmizdən bir ilk

09:10
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!