16 Noyabr 2024 09:10
248
İQTİSADİYYAT
A- A+
COP29-da ölkəmizdən bir ilk

COP29-da ölkəmizdən bir ilk


"Azchemco" şirkətinin şoran torpaqları yararlı hala gətirən məhsullarına ziyarətçilər böyük maraq göstərirlər


BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı (COP29) tədbirlərin böyük əksəriyyəti "yaşıl zona"da keçirilir. "yaşıl zona" müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor, media işçiləri, alimlər, gənclər, yerli icmalar, QHT-lər, vətəndaş cəmiyyəti və rəsmi Mavi zona nümayəndələrini də əhatə edən geniş iştirakçı auditoriyasının ünsiyyət qurduğu məkandır. 

Bura həm də iştirakçıların öz fikir, baxış və ideyalarını, eləcə də layihələrini bölüşdükləri dinamik platformadır. "Yaşıl zona" iqlim dəyişmələri ilə mübarizə üçün potensial həll yollarının araşdırılmasına dair müzakirələr, panellər, sessiya və konfranslar, eləcə də əyani nümayişlər üçün mərkəz funksiyasını yerinə yetirir. Maraqlı tərəflər burada iqlim dəyişmələri ilə mübarizə sahəsində özlərinin innovativ layihələrini təqdim edir və prosesdə yaxından iştirak etmək imkanı əldə edirlər. Pavilyonlarda sərgilənən yerli şirkətlər təklif etdikləri məhsulları, ixtiraları ilə COP29-un Azərbaycanda böyük uğura imza atmasında böyük rol oynayırlar.

Bunlardan biri də "Azchemco" şirkətidir.  Şirkətin məhsulları sərgilənən pavilyonun ətrafında xeyli ziyarətçinin olması diqqətimizi cəlb etdi. Təmsilçilər ziyarətçiləri maraqlandıran suallara  səbr və həvəslə cavab verirdilər. Şirkətin direktoru Ruslan Akçurinlə həmsöhbət olduq. Direktor bildirdi ki, "Azchemco" kənd təsərrüfatı və kimya bazarlarının ehtiyacı olan etibarlı qida təminatı üçün keyfiyyətli, zərərli qatqısız, kənd təsərrüfatı məhsullarını əldəetmə imkanını həyata keçirir. "Yaşıl dünya" naminə kənd təsərrüfatı və iqtisadi mənbələrin daimi istifadəsini təmin etmək və gələcək nəsillərə ekoloji baxımdan təmiz dünya qoyub getmək şirkətin prioritetidir.

Ruslan Akçurin fikirlərinin davamını belə söylədi: "Şirkətimizin cəmi 5 yaşı var. Məlumdur ki, Azərbaycanda və dünyada şoran torpaqlar mövcuddur və onlar kənd təsərrüfatında heç bir rol oynamırlar. Bizim şirkətin istehsal etdiyi məhsullar  həmin torpaqların şoranlığını azaldır, onları kənd təsərrüfatı üçün yararlı hala salır. Bəri başdan deyim ki, "Azchemco" bu işlə məşğul olan ilk şirkətdir və onun dünyada analoqu yoxdur. Biz Azərbaycanda ilk maye gübrə istehsal edən şirkətik. Bir müddət əvvəl 16 maye gübrə məhsulunun lisenziyasını almış və cari ilin may ayından satışına başlamışıq. Əlavə olaraq suda həll olunan 2 cür toz gübrəmizin olduğunu da deyə bilərəm. Yaxın zamanlarda daha 3 toz və 5 maye gübrənin lisenziyasını alacağıq. Hələ ilin əvvəlində - aprel ayında "Azchemco" ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında memorandum imzalanmışdır. Sənədə əsasən, müxtəlif rayonlara səfər etmiş,  torpaq nümunələri götürmüşük.  Qeyd edim ki, ən şoran torpaq Ağdaş rayonunda aşkar olunmuşdur".

Həmsöhbətimizin dediyinə görə, "Azchemco" dünya kənd təsərrüfatı sektorunda innovativ, təşəbbüskar şirkət və istehsal etdiyi məhsulların Azərbaycanın brendinə çevrilməsinə nail olmaq üçün fasiləsiz çalışır. Şirkət dünya kənd təsərrüfatı kimyası sənayesində Azərbaycanı lider ölkə kimi tanıtmaq yolunda irəliləmək məqsədini qarşısına qoyub. Onun missiyası habelə qida təhlükəsizliyinin və keyfiyyətinin artırılması ilə rəqabət qabiliyyətliliyinin və xarici bazarlara ixrac potensialının artırılması, kənd təsərrüfatında istifadə olunan keyfiyyətli aqrokimyəvi maddələrin, bitki mühafizəsi vasitələrinin və preparatlarının istehsalı, eləcə də onlardan düzgün istifadəyə dair maarifləndirmə işlərinin aparılmasından ibarətdir. 

"Torpağı kənd təsərrüfatı üçün yararlı vəziyyətə salmaq üçün nə qədər vaxt lazım olur?" sualına direktor cavab verdi ki, bu, şoranlıqdan və sahənin həcmindən asılıdır: "İşin mexanizmi belədir ki, gübrəni su ilə qarışdırıb  yeraltı damlama sistemi ilə torpağı suvarırıq. Proses zamanı DPR/369 vasitəsi ilə şoranlıq azalır. Eyni vaxtda həm  suyun, həm də gübrənin monitorinqini aparır, işin müsbət nəticə verməsini nəzarətdə saxlayırıq.  Sudan bu cür səmərəli istifadə şirin suya qənaət olunmasına təkan verir. "Bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə yararlı hala gətirdiyimiz torpağa  nümunə üçün çiyələk bitkisi əkmişik. Məhsul yetişəndə onu Qida Təhlükəsizliyi Agentliyinə təqdim edəcəyik ki, meyvədə kimyəvi qalığın, nitrat payının olub-olmadığını müəyyənləşdirsin". 

Sırf Azərbaycan şirkəti olan "Azchemco"nun pavilyonunda 16 maye gübrə və şoranlığı azaldan məhsullar sərgilənir. Bütün bu məhsullar Azərbaycan istehsalıdır. İşlərini daha da genişləndirmək, dünya miqyasında tanınmaq üçün təcrübə və peşəkarlıq lazım olduğunu bilən şirkətin əməkdaşları dünyanın bir çox ölkələrində keçirilən konfrans və seminarlarda iştirak edirlər. Həmin tədbirlərdə "Azchemco"nun ötən qısa müddətdə Azərbaycanda kənd təsərrüfatına verdiyi töhfə təqdir olunur. "Biz bir Azərbaycan şirkətiyik" deyərək qürurlanan əməkdaşlar xaricilərin bu sahəyə meyil göstərmələrini də diqqətdən qaçırmırlar. Bütün bunlar şirkətin beynəlxalq əməkdaşlığa başlamasına imkan verir.  Şirkətin məhsulları hazırda Avropanın bir neçə ölkəsində, ABŞ-də lisenziya alıb. Ruslan Akçurin dedi ki,  yaxın gələcəkdə məhsullarının ixrac olunacağına tam əmindir.  

 Kənd təsərrüfatına böyük fayda verəcək şirkətin gördüyü işlər pavilyonu ziyarət edənlərdə böyük maraq doğurur. Həm yerli, həm də xarici ziyarətçilər buradakı hər  xırda detala diqqət ayırır, nəyisə öyrənməyə cəhd edirlər. İki gün öncə Heydər Əliyev Fondunun vitse-prezidenti, "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" (IDEA) İctimai Birliyinin  təsisçisi və sədri Leyla Əliyeva pavilyonu ziyarət edərkən layihənin 3-cü mərhələsinə start vermişdir.


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib  

12:01
16 Noyabr

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir  

12:00
16 Noyabr

Azərbaycan parlamentinin sədri: Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar  

11:59
16 Noyabr

Teymur Musayev: Dünyadakı uşaqların 93 faizi çirkli hava ilə nəfəs alır  

11:23
16 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

11:02
16 Noyabr

Azərbaycan neftinin ucuzlaşması davam edir

11:00
16 Noyabr

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

10:55
16 Noyabr

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb  

10:54
16 Noyabr

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir  

10:53
16 Noyabr

Nazir müavini: Azərbaycanda yeni su mənbələrinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir  

10:42
16 Noyabr

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib  

10:31
16 Noyabr

Mayk Tayson 19 il sonra peşəkar döyüşdə məğlub olub  

10:27
16 Noyabr

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

10:07
16 Noyabr

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib  

10:06
16 Noyabr

Zelenski: Trampın administrasiyası dövründə Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatacaq  

10:05
16 Noyabr

İrakli Kobaxidze: Bakıda keçirilən yüksəksəviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi  

10:04
16 Noyabr

Millətlər Liqası: Portuqaliya və İspaniya qalib gəlib  

09:33
16 Noyabr

Goranboy "yaşıl diyar"a çevrilir

09:25
16 Noyabr

Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş

09:20
16 Noyabr

COP29 könüllüləri konfransın işinə töhfələr verirlər

09:15
16 Noyabr

COP29-da ölkəmizdən bir ilk

09:10
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!