16 Noyabr 2024 08:20
280
İQTİSADİYYAT
A- A+
Azərbaycan yaxın gələcəkdə "yaşıl enerji" nəqlində də mühüm tranzit ölkəsi olacaq

Azərbaycan yaxın gələcəkdə "yaşıl enerji" nəqlində də mühüm tranzit ölkəsi olacaq


Dünyanın ölkəmizdə keçirilən COP29-dan gözləntiləri çoxdur. Çünki bəşəriyyətin iqlim dəyişikliyi ilə bağlı problemlərinin artması fonunda artıq "dur" deməyin vaxtıdır. Geciksək, planetimizi xilas etmək daha çətin olacaq.

Bu bəşəri problemin həlli bütün dövlətlərdən və imkanlı şəxslərdən həm də səxavətli olmağı tələb edir. Təmiz ətraf mühit üçün yeni texnologiyalara və müasir texnikalara ehtiyac var. Üstəlik, onlardan istifadə edilməsinə də vəsait xərclənməsi tələb olunur. Mütəxəssislərin hesablamalarına görə, dünyada 1,5  emissiyaya nail olmaq üçün 2050-ci ilə qədər milyardlarla vəsaitin xərclənməsi lazım gələcək.

COP29-un bir məqsədi də bu vəsaitin mənbəyini tapmaqdır. Bununla bağlı BMT və Azərbaycan tərəfi birlikdə çox iş görüb. Məqsədləri bəşəriyyəti xilas etmək üçün onun maddi təminatını yaratmaqdır. Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramının nümayəndəsi Erik Peter Uşer deyir ki, COP29 çərçivəsində iqlim dayanıqlığı innovasiyalarının maliyyə sahəsindəki razılaşmadan yüksək nəticələrə nail olacağını gözləyir. BMT-nin nümayəndəsi COP29-la bağlı çox ümidli olduğunu bildirir: "Bu üzdən həmin qitəni təmsil edən ölkələr Azərbaycanda keçirilən COP29-a ümid bağlayıblar. Burada bütün ölkələrdən və bir çox şirkətdən insanlar iqlim məsələlərini müzakirə etmək üçün toplaşıblar. Müzakirələr iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq istiqamətindədir. Azərbaycandan yüksək gözləntilərimiz var. Ümid edirəm tədbirin sonunda dövlətlər bir araya gələrək maliyyə məsələlərində konkretləşməyə nail ola biləcəklər". 

Məlumdur ki, dövlətlərin inkişafı, onların elmi və maddi potensialı eyni deyil. Afrika qitəsi bu sahədə xeyli geri qalıb. Qitədəki ölkələr imkansızlıq üzündən öz problemlərini təkbaşına həll etməyə qadir deyillər. Çad Respublikasının Ekologiya Nazirliyinin nümayəndəsi Mberqoqu Melom Patrisia deyib ki, ölkəsi iqlim dəyişikliyindən çox əziyyət çəkir: "Sevindirici haldır ki, COP29-da iştirak edən liderlər planetin qlobal problemindən danışırlar. Onlar iqlimdən ziyan çəkən Afrikanı bərpa etmək niyyətində olduqlarını söyləyirlər. Bu, bizim ümidimizi artırır". 

COP29 çərçivəsində ölkəmizdə qonaq olan afrikalı nümayəndə, biznesin inkişafı üzrə baş məsləhətçi Barbro Mutombo da deyir ki, COP29 tədbirindən gözləntiləri olduqca böyükdür: "Xüsusən Afrika üçün başlıca hədəflərimiz arasında bərpaolunan enerji mənbələrinə yönəlmiş konkret addımlar yer alır". Onun sözlərinə görə, iqlim maliyyəsinə daha geniş çıxış imkanı Afrika ölkələri üçün həyati əhəmiyyətlidir. Qonaq bildirir: "COP28 çərçivəsində 2030-cu ilə qədər Afrikada 5 giqavat bərpaolunan enerji istehsal etmək öhdəliyi götürmüşük və bu istiqamətdə irəliləyişə nail olmağı arzulayırıq". Afrikalı nümayəndə həmçinin Azərbaycanın COP29 sessiyasına evsahibliyini yüksək dəyərləndirib təşkilatçılıqdan məmnunluğunu ifadə edərək ölkəmizə təşəkkür edib.

Məlum olduğu kimi, Azərbaycan Avropa, eləcə də dünya bazarlarına neft-qaz nəqlində mühüm tranzit ölkəsi sayılır. Gələcəkdə isə "yaşıl enerji"nin nəqli sahəsində ölkəmiz mühüm tranzit ölkəsi kimi xüsusi əhəmiyyət daşıyacaq. Azərbaycan  yaxın gələcəkdə "Yaşıl enerji platforması"nın mühüm halqası olacaq. Ölkəmizin energetika naziri Pərviz Şahbazov da COP29 çərçivəsində keçirilən Enerji Keçidi üzrə İnvestisiya Forumunda çıxışı zamanı vurğulayıb ki, Azərbaycan Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarının vahid geosiyasi məkana çevrilməsi, ölkələrimiz arasında strateji tərəfdaşlıqların qurulması və möhkəmləndirilməsinə əsaslanan əməkdaşlıqda bərpaolunan enerji sahəsində əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib  

12:01
16 Noyabr

Qazaxıstanlı nazir: COP29-dan əsas gözlənti milyonluq maliyyələşdirmə hədəflərinin müəyyənləşdirilməsidir  

12:00
16 Noyabr

Azərbaycan parlamentinin sədri: Bəziləri ümumi çağırışlar qarşısında dialoqun gücünü unudurlar  

11:59
16 Noyabr

Teymur Musayev: Dünyadakı uşaqların 93 faizi çirkli hava ilə nəfəs alır  

11:23
16 Noyabr

Bakıda COP29 çərçivəsində Parlament Görüşü keçirilir

11:02
16 Noyabr

Azərbaycan neftinin ucuzlaşması davam edir

11:00
16 Noyabr

DSMF: On ayda 82 min 513 elektron arayış alınıb

10:55
16 Noyabr

COP29-da iqlim dəyişmələrinin sağlamlığa təsiri mövzusunda müzakirələr aparılıb  

10:54
16 Noyabr

“ASAN xidmət” ICESCO ilə əməkdaşlığı genişləndirir  

10:53
16 Noyabr

Nazir müavini: Azərbaycanda yeni su mənbələrinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir  

10:42
16 Noyabr

COP29 çərçivəsində ANAMA və BMTİP birgə mina təhlükəsi ilə mübarizə və ekoloji dayanıqlılıq üzrə yan tədbir keçirib  

10:31
16 Noyabr

Mayk Tayson 19 il sonra peşəkar döyüşdə məğlub olub  

10:27
16 Noyabr

Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir

10:07
16 Noyabr

Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib  

10:06
16 Noyabr

Zelenski: Trampın administrasiyası dövründə Rusiyanın Ukraynaya qarşı müharibəsi başa çatacaq  

10:05
16 Noyabr

İrakli Kobaxidze: Bakıda keçirilən yüksəksəviyyəli COP29 siyasi baxımdan mühüm və maraqlı idi  

10:04
16 Noyabr

Millətlər Liqası: Portuqaliya və İspaniya qalib gəlib  

09:33
16 Noyabr

Goranboy "yaşıl diyar"a çevrilir

09:25
16 Noyabr

Şəhidliyin zirvəsində qeyd olunan 50 yaş

09:20
16 Noyabr

COP29 könüllüləri konfransın işinə töhfələr verirlər

09:15
16 Noyabr

COP29-da ölkəmizdən bir ilk

09:10
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!