15 Dekabr 2025 16:06
400
İQTİSADİYYAT
A- A+
Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  


Azərbaycan Respublikası Maliyyə Nazirliyində növbəti kollegiya iclası keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kollegiya iclasında nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların cari il ərzindəki fəaliyyəti, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların vəziyyəti, maliyyə xidmətləri və dövlət müəssisələri ilə işin təşkili, həmçinin dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi istiqamətlərində bu il görülən işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub.

Kollegiyanın sədri Sahil Babayev qeyd edib ki, başa çatmaqda olan 2025-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin tarixində yüksək nailiyyətlər, hərtərəfli inkişaf və ardıcıl tərəqqi ili kimi yadda qalacaq. Nazir bildirib ki, ilin on bir ayında sosial-iqtisadi sahədə dayanıqlı artım və makroiqtisadi sabitlik təmin olunub, maliyyə mövqelərimiz daha da möhkəmlənib, Dövlət Neft Fondunun və Mərkəzi Bankın sərəncamında olan valyuta ehtiyatları artıb.

Nazir bildirib ki, komitə və plenar iclaslarda keçirilən geniş müzakirələrdən sonra ötən həftə Milli Məclis tərəfindən “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi və icmal büdcəyə daxil olan əsas maliyyə sənədləri qəbul edilib. Gələn ilin dövlət və icmal büdcələrinin ölkəmizin sosial-iqtisadi prioritetləri və qarşımızda duran çağırışlar nəzərə alınmaqla tərtib olunduğunu vurğulayan maliyyə naziri bildirib ki, müdafiə qabiliyyətinin daha da gücləndirilməsi, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın davam etməsi, iqtisadi inkişafın stimullaşdırılması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, dövlətin əsas vəzifə və funksiyalarının həyata keçirilməsi üçün 2026-cı il üzrə maliyyə təminatı tam formalaşdırılıb.

Kollegiyanın sədri 2025-ci ilin dövlət büdcəsinin 11 aylıq icrasını da müsbət qiymətləndirib və qeyd edib ki, yanvar-noyabr aylarında icmal və dövlət büdcələrinin gəlirləri proqnozu üstələyib. Belə ki, icmal büdcənin gəlirləri 11 aylıq proqnoza qarşı 2 milyard 526 milyon manat və ya 6,1 faiz çox icra olunub. Eyni dövrdə dövlət büdcəsinin gəlirləri də proqnozu 324,6 milyon manat və ya 0,9 faiz üstələyib. İcmal və dövlət büdcələrinin xərcləri isə müvafiq olaraq 36 milyard 784,3 milyon manat və 31 milyard 414,7 milyon manat səviyyəsində icra edilib.

Qeyd olunub ki, dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və büdcəyə əlavə gəlirlərin cəlb edilməsi məqsədilə 2025-ci ilin aprel ayından etibarən vahid xəzinə hesabının qalığının aktiv idarə edilməsinə başlanılıb. Bu çərçivədə milli valyutada olan vəsaitlərin yerli banklarda depozitə yerləşdirilməsi və Mərkəzi Bank ilə imzalanmış razılaşmaya əsasən ABŞ dolları ilə müxbir hesabın qalığına faiz gəlirinin hesablanması təmin edilib. Nəticədə aprel–dekabr aylarında kommersiya banklarında yerləşdirilmiş depozitlər üzrə 98,6 milyon manat, Mərkəzi Bankdakı ABŞ dolları ilə müxbir hesabın qalığı üzrə isə 20,8 milyon manat olmaqla, ümumilikdə 119,4 milyon manat əlavə gəlir dövlət büdcəsinə köçürülüb.

Müzakirələr zamanı bildirilib ki, dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın, səmərəliliyin və operativliyin artırılması məqsədilə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən rəqəmsallaşma və idarəetmə proseslərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində sifarişlərin elektronlaşdırılması, ödəniş sənədlərinin minimallaşdırılması, təsdiqedici sənədlərin pasportlaşdırılması, eləcə də informasiya sistemlərinin müasirləşdirilməsi xüsusilə prioritet istiqamətlər kimi müəyyən edilib.

İclasda büdcə daxilolmalarının uçotu və idarə olunmasının tam elektronlaşdırılması, “İCMAL” informasiya sisteminin geniş tətbiqi, “e-mühasibat” sisteminin rəqəmsal həllərinin inkişaf etdirilməsi, beləliklə uçotun şəffaflığının və operativliyinin daha da artırılması müzakirə olunub.

Kollegiya iclasında, həmçinin maliyyə xidmətləri sahəsində və dövlət müəssisələri ilə işin təşkili istiqamətində görülmüş işlər haqqında məruzə dinlənilib. Bildirilib ki, dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqi üçün yeni Qaydalar layihəsi hazırlanıb. Dövlət müəssisələrinin büdcə və maliyyə göstəricilərinin monitorinqinin təkmilləşdirilməsinin, vahid hesabat şablonlarının tətbiqinin əhəmiyyəti vurğulanıb və bu çərçivədə həm dövlət şirkətləri, həm də publik hüquqi şəxslər üzrə vahid monitorinq mexanizminin tətbiqinin planlaşdırıldığı qeyd olunub. Bu tədbirlər dövlət vəsaitlərinin səmərəli idarəedilməsini, maliyyə şəffaflığını və hesabatlılığını daha da gücləndirəcək.

İclasda “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin yaradılması və dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal həllərin tətbiqi istiqamətində görülən işlər barədə də məlumat verilib. Qeyd olunub ki, cari ildə “Büdcə Məlumat İdarəetmə” altsisteminin yeni versiyası, “İCMAL” informasiya sistemi, “e-rüsum” sisteminin təkmilləşdirilməsi, dövlət satınalmalarında elektron müqavilə platforması və GRP konsepsiyası üzrə vahid mühasibatlıq sisteminin ilkin mərhələsi hazırlanıb. Hazırda vahid maliyyə məlumat bazasının formalaşdırılması, böyük həcmli məlumatların emalı və analitik təhlili üçün modellərin tətbiqi, eləcə də büdcənin gəlir və xərclərinin proqnozlaşdırılmasını dəstəkləyəcək proqram təminatının inkişaf etdirilməsi üzrə işlər davam etdirilir.

Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlər haqqında təqdimat nümayiş etdirilib və müvafiq məruzə dinlənilib, “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına uyğun illik maliyyə hesabatlarını tərtib edən təşkilatlarda əsas fondlara tətbiq edilən amortizasiya normaları barədə Təlimat” təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zelenski: Türkiyə növbəti üçtərəfli danışıqlara ev sahibliyi etməyə hazırdır

20:47
10 Mart

Yaxın Şərqdə baş verən münaqişə ilə bağlı Rusiya turoperatorlarına böyük ziyan dəyib

20:31
10 Mart

İsraildə tikinti sahəsinə raket düşüb, həmyerlimiz vəfat edib

19:43
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:28
10 Mart

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!