02 Dekabr 2023 10:00
653
İQTİSADİYYAT
A- A+
DMA rəqəmsallaşmaya keçir

DMA rəqəmsallaşmaya keçir

 

Azərbaycanın əldə etdiyi uğurların bir təminatı da insan kapitalıdır, yüksək peşə vərdişlərinə və əqli potensiala malik gənclər ordusudur. Çünki gənclik daim axtarışda olan, yeniliyi sevən, ideyalarla zəngin bir qüvvədir. 
Prezident İlham Əliyev də  hər zaman bu meyarları nəzərə alaraq Azərbaycanın  qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük meydan verilməsinin tərəfdarı olub, hər cür şərait yaradılmasına təminat verib. Gənclərimiz də bu imkanlardan yararlanır, cəmiyyətin inkişaf prosesinin avanqardına çevrilirlər. 
Bu gün Azərbaycanda gənclərin hərtərəfli inkişafı, onların üzləşdiyi problemlərin həlli, o cümlədən gənclərin layiqli məşğulluğunun təmin edilməsi dövlətin apardığı siyasətin əsas prioritet istiqamətlərindəndir. Gənclər ölkəmizin həm ictimai-siyasi, həm də iqtisadi həyatında mühüm rol oynayırlar. Çünki Prezident İlham Əliyevin ölkədə dinamik inkişafı təmin edən uğurlu islahatları  iqtisadiyyatın dayanıqlı inkişafında gənclərin iştirakı üçün geniş meydan açıb, onların əmək bazarına çıxışının və məşğulluğunun artırılmasının hərtərəfli dəstəklənməsinə şərait yaradıb. Bu islahatların nəticəsidir ki, gənclər arasında işsizlik səviyyəsi kəskin şəkildə azalmaqla yanaşı, Azərbaycan gəncliyi ictimai həyatın və iqtisadiyyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. 
Bu günlər Türkiyənin Antalya şəhərində  iki gün davam edən Türkiyə İş Qurumu Baş İdarəsi (İŞKUR) və Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA), habelə Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) birgə təşkilatçılığı ilə "NEET-in (Not in Education, Employment or Training) qlobal və yerli tendensiyaları" adlı konfransın da mövzusu gənclərin məşğulluğunun təmin edilməsi olub. Konfransda 41 ölkədən, habelə Beynəlxalq Əmək Təşkilatı (BƏT), İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatından (İƏİT) nümayəndələr iştirak edib. Tədbirdə dünya ölkələri üçün vacib çağırışlardan biri olan gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində birgə həllər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
Xatırladaq ki, tədbirin təşkilatçılarından  biri olan Dünya Məşğulluq Xidmətləri Assosiasiyası (WAPES) 1988-ci ildə üzv ölkələr arasında məşğulluq və əmək bazarı məsələləri barədə fikir mübadiləsi aparmaq üçün qurulub. WAPES özlüyündə 80 dövlətin məşğulluq qurumunu və bir milyon əməkdaşını əhatə edir. Təşkilatın əsas dəyərləri gənclərə önəm verilməsi, kommersiya məqsədi güdməməsi, şəffaflıq, bərabərlik və yüksəkkeyfiyyətli xidmətdir.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) WAPES-in üzvüdür. Hazırda WAPES ilə Dövlət Məşğulluq Agentliyi arasında əməkdaşlıq çərçivəsində tədbirlər həyata keçirilir. Dövlət Məşğulluq Agentliyi WAPES-in müxtəlif görüş və tədbirlərində aktiv şəkildə təmsil olunur. Məsələn, 2021-ci ilin sentyabrında Dövlət Məşğulluq Agentliyi və Türkiyə Respublikasının İş Qurumunun ("İŞKUR") əməkdaşlığı çərçivəsində WAPES-a üzv təşkilatlar üçün "Postpandemiya dövründə karyera inkişafı və ixtisas seçimi" mövzusunda virtual konfrans təşkil edilib. 2022-ci ilin aprel ayında isə Estoniya Respublikasının Tallin şəhərində WAPES tərəfindən "Davamlı dəyişən əmək bazarında məşğulluq xidmətlərinin problemləri və innovativ yanaşmalar" mövzusunda Dünya Konqresi keçirilib və Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti konqresdə iştirak edib. Konqres çərçivəsində Azərbaycan Dövlət Məşğulluq Agentliyi tərəfindən "Texnoloji innovasiyalar və xidmətlərin göstərilməsi zamanı süni intellektdən istifadə sahəsində məşğulluq xidmətlərinin təcrübəsi" mövzusunda üzv ölkələr üçün DMA-nın rəqəmsal layihələri haqqında təqdimat da yer alıb. Adıçəkilən konqresdən beş ay sonra-sentyabr ayında WAPES ilə Almaniya Federativ Respublikasının Məşğulluq Xidmətinin (BA) birgə əməkdaşlığı çərçivəsində Avropa regionu üçün "Transmilli miqrasiya idarəçiliyində məşğulluq xidmətlərinin rolu və ikitərəfli əməkdaşlıq formaları" mövzusunda tədbir keçirilib və Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti tədbirdə iştirak edib.
Bu baxımdan qardaş Türkiyədə keçirilən ikigünlük konfrans da təbii ki, sıradan bir tədbir deyildi, onu sadaladığımız əvvəkli  tədbirlərin davamı kimi dəyərləndirmək olar. Tədbirin əsas diqqətçəkən məqamlarından biri də o oldu ki, dünya ölkələrinin məşğulluq xidmətlərinin nümayəndələri öz təcrübələrini bölüşdülər. Əlbəttə, təhsilsiz, işsiz və təlimsiz gənclərin  rastlaşdıqları maneələrin aradan qaldırılması üçün beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi öz müsbət nəticəsini verir. Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli  qardaş ölkələr olan Azərbaycan və Türkiyənin  bütün sahələrdə uğurlu əməkdaşlığını, həmçinin əmək və sosial müdafiə, məşğulluq sahəsində səmərəli əməkdaşlıq təcrübəsini vurğulayıb. Agentliyin fəaliyyəti barədə məlumat verərək, qurumun fəaliyyətində müasir yanaşmalara, rəqəmsallaşmaya böyük önəm verildiyini qeyd edib. 
Beynəlxalq Əmək Təşkilatının Türkiyə ofisinin direktoru Yaser Əhməd Həsən, WAPES-in prezidenti Noureddin Benxalil və Avropa üzrə vitse-prezidenti Florens Dumontiyer, Avropa Məşğulluq Xidmətləri Şəbəkəsinin rəhbəri Karoline Mansel çıxışlarında bildiriblər ki, konfrans gənclərin məşğulluğunun təminatı ilə bağlı fəal təcrübə mübadilələrinin aparılmasına  mühüm töhfə verəcək.

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!