05 Noyabr 2026 17:08
84
DÜNYA
A- A+
“Diplomatik faciə” serialı davam edir: Kobaxidze Herçinskini sələfindən də betər saydı

“Diplomatik faciə” serialı davam edir: Kobaxidze Herçinskini sələfindən də betər saydı


Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinskini “faciəvi şəxsiyyət” adlandırıb. Üstəlik, onun fikrincə, Herçinski bu məsələdə özündən əvvəlki səfir Karl Hartzeli də geridə qoymağı bacarıb.

TASS-ın məlumatına görə, Kobaxidze bu barədə jurnalistlərlə söhbətində danışıb. Baş nazirin sözlərinə görə, Herçinski Gürcüstanın daxili siyasi proseslərinə müdaxilə etməklə yanaşı, seçkilər ərəfəsində müxalifəti dəstəkləyən açıq çağırışlar səsləndirib və etirazçıların ölkədə zorakılıq törətməsinə rəvac verib.

Kobaxidze sələfi Karl Hartzelin diplomatik karyerasını da xatırladaraq bildirib ki, ona da vaxtilə gürcü xalqına qarşı istədiyi tərzdə danışmaq imkanı verilib, lakin missiyasının sonunda layiqli vəzifə ilə belə təmin olunmayıb: “Bunu sizə bir daha deyə bilərəm ki, cənab Herçinski faciəvi şəxsiyyətdir. O, hətta özündən əvvəlki səfir cənab Hartzeldən də daha faciəvi şəxsiyyətdir. Hartzelin diplomatik karyerasını necə başa vurduğunu bilirsiniz. İndi də cənab Herçinskiyə hər şeyi deməyə imkan verirlər. Buna görə də o, faciəvi şəxsiyyətdir”.

Beləliklə, Kobaxidzenin diplomatik tənqidində maraqlı bir müqayisə ortaya çıxıb: Tbilisidə Aİ səfirlərinin fəaliyyəti artıq təkcə siyasi mübahisələrin deyil, baş nazirin ifadəsi ilə desək, bir növ “faciə”nin də mövzusuna çevrilib.

 “Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan neftinin qiyməti 107 dollara çatır

10:13
06 Noyabr

Qızıl və gümüş ucuzlaşır

10:13
06 Noyabr

Neft bahalaşıb

10:12
06 Noyabr

Azərbaycan əsgərinin Şuşaya daxil olması üçün hər gün dua edirdim – Litvalı jurnalist Riçardas Lapaytis 

09:59
06 Noyabr

Sudan sərhədində atışmada iki Misir hərbçisi həlak olub

09:55
06 Noyabr

UEFA Avropa Liqası: “Yuventus” və “Marsel” səfərdə qalib gəlib

09:52
06 Noyabr

Qocalmanı ləngitmək mümkündürmü?

09:35
06 Noyabr

UEFA Konfrans Liqası: “Trabzonspor” öz meydanında məğlub olub, “Kayrat” səfərdə xal qazanıb  

09:32
06 Noyabr

ABŞ Prezidenti: Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq

09:31
06 Noyabr

S.Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib

09:30
06 Noyabr

Tramp: İranın qalan hissəsini də məhv etmək məcburiyyətində qala bilərəm  

09:29
06 Noyabr

Gözəl nitq də bir zənginlikdir

09:25
06 Noyabr

Xınalıq kəndinə 15 santimetr qar yağıb

09:24
06 Noyabr

Elmdə yeni nəfəs

09:20
06 Noyabr

Sözün qanadında özünə doğru 

09:15
06 Noyabr

Azərbaycan gəncliyi - bu günün gücü, sabahın məsuliyyəti

09:10
06 Noyabr

ZƏFƏR gündəliyi

09:05
06 Noyabr

Bir ömrün əbədiyyətə çevrildiyi gün

09:00
06 Noyabr

Ot kökü üstə bitər  

08:55
06 Noyabr

Zəfər tariximiz - qürur salnaməmiz 

08:50
06 Noyabr

Milli birliyin və qəhrəmanlığın rəmzinə çevrilmiş Zəfər

08:45
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!